Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


AĞADADAŞ QURBANOV (8.3.1911 - 25.6.1965)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə403/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   399   400   401   402   403   404   405   406   ...   470
AĞADADAŞ QURBANOV (8.3.1911 - 25.6.1965) 

 

Ağadadaş Qurbanov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biridir. 

1927-ci il martın 15-də "Dənizçilər klubu"nda Lətif Kərimlinin "Fırtına" pyesinin tamaşası 

oynanılıb. Bu tamaşanı, başda Ağadadaş Qurbanov olmaqla, talelərini teatra bağlayan Muxtar 

Dadaşov, Məmmədağa Dadaşov, Kərim Həsənov və başqaları (4-cü dəstənin pionerləri) 

hazırlamışdılar. Bununla da Bakıda Fəhlə  Uşaqlar Teatrının (Bakı  Uşaq Teatrı kimi də yazılıb. 

Sonralar Gənc Tamaşaçılar Teatrı adlandırılıb) bünövrəsi qoyulub. 

Ağadadaş Qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləyib. Qısa müddətdə 

kollektivin  əsas ifaçı qüvvələrindən biri olub. Aktyorun GTT-də oynadığı çoxsaylı  səhnə 

surətlərindən baş  qəhrəmanlar Aydın ("Aydın", Cəfər Cabbarlı), Molla İbrahimxəlil ("Molla 

İbrahimxəlil kimyagər", Mirzə  Fətəli Axundzadə), Hacı  Qəmbər ("Hacı  Qəmbər", Nəcəf bəy 

Vəzirov), Karl Moor ("Qaçaqlar", Fridrix Şiller), Xlestakov ("Müfəttiş", Nikolay Qoqol), Babək 

("Babək", Əbil Yusifov), Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Bəhram, Elman 

("Fitnə" və "Vətən", Abdulla Şaiq), Piri baba ("Qaraca qız", Süleyman Saninin eyniadlı hekayəsi 

əsasında Abdulla Şaiqin işləməsi), Qlenervan ("Kapitan Qrantın uşaqları", Jül Vern), Tom dayı 

("Tom dayının koması", Biçer Stou), Məlik Məmməd ("Məlik Məmməd", Əyyub Abbasov), Ayaz 

("Ayaz", Mirmehdi Seyidzadə), Qaneş ("Əfilər", Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi 

əsasında) səhnə surətləri teatrın və aktyorun yaradıcılığında xüsusi yer tutub. Ağadadaş Qurbanov 

1952-ci ildən ömrünün sonunadək (25 iyun 1965) Milli Dram Teatrında işləyib. 

 

 



 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   399   400   401   402   403   404   405   406   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin