Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə21/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   470
lotubeçə deyilirdi. 

Rejissor anlamının oynanılan tamaşaların xarakterinə  və  məkan-bölgənin ləhcə deyiminə 

uyğun adları da olub. Bunlardan daha geniş miqyasda işlənəni, dilağızda daha çox dolaşanı, 

mahiyyətcə daha dərini, mənaca daha tutumlusu aşağıdakılardır. 



Aynaz. Göstərmə xarakterinə görə ayna (güzgü) sözü ilə bağlıdır. Azərbaycanın şimal-qərb 

şəhər və kəndlərində tamaşalara rəhbərlik edənlər bu adla çağırılıblar. Onlar həm də əsas oyunçular 

sayılıblar. 

Qızılqaz. Dilimizdə öndəri seçmək, onun böyüklüyünü mübaliğə ilə  nəzərə çatdırmaq, 

deyimin təsir gücünü məcazi mənada artırmaq üçün işlənən ifadədır. Meydan teatrı estetikasında 

oyun-tamaşanı hasilə  gətirib tamaşaçılara təqdim edən başçıdır. Qızılqaz söz-deyimi daha çox 

məmləkətimizin qərb bölgələri üçün xarakterikdir. 



Yarənbaz. Fars mənşəli "yar" (dost, aşna, yardımçı...) və  "ənbaz" (ortaq, şərik) sözlərinin 

birləşməsindən yaranıb. Cənubi Azərbaycanın Təbriz,  Ərdəbil, Qəzvin, Makul, Xoy, Urmu 

mahallarında daha çox işlənib. "Həmsənət", "yöndaş" (tərəf-müqabil) mənalarını da ifadə edib. 

Lakin ilk növbədə müxtəlif xarakterli və müxtəlif məzmun-formalı oyunlara başçılıq edənlərin 

çağırıldıqları addır. 

Yürən. Meydanlarda, karvansaraylarda, bazar içində  məzhəkəli oyun çıxaranların 

öncüllərinə y ü r ə n deyilib. Mənşəcə kökü daha qədim zamanlara gedib çıxır. 



Kəhya. Həm idarə edən, həm də saman (farsca kah sözündəndir) anlamlarını daşıyır. Bəzən 

yağışdan sonraki palçiqlı meydançalarda tamaşaların rahat oynanılması üçün yerə saman tökürdülər. 

İdarə edən ifadəsi isə funksiya baxımından həmin flkri ehtiva edir. 



Kosabaşı. Bu deyim, əsasən, kosanın qəhrəman olduğu xalq tamaşalarına aiddir. Tamaşanı 

hazırlayan şəxs el ağzında və oyunçular arasında kosabaşı çağırılıblar. 



Lotubaşı. Oyunçuları lotu adlandırılan məzhəkə, məsxərə,  şəbədə  və qaravəllilərin  əsas 

ifaçısına və  həmin oyunları hazırlayıb  ərsəyə  gətirənlərə deyilib. Lotubaşı tamaşa boyu hər  şeyə

yəni bədii və texniki gedişata tam nəzarət edib. 

Xəlfə. Ərəbcə bu sözün mənalarından biri məclisə başçılıq edəndir. Xalq içində həm lotubaşı 

anlamı var, həm də toy şənliklərində teatral çalarlı oyunların təşkilatçısına deyilib. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin