Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə281/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   277   278   279   280   281   282   283   284   ...   470
MİLLİ  BALET SƏNƏTİNİN TƏŞƏKKÜLÜ 

VƏ ƏSAS YARADICILIQ  

MƏRHƏLƏLƏRİ 

 

Bakida opera tamaşaları göstərmək üçün Mayılov qardaşları tərəfindən 1911-ci ildə əzəmətli 



teatr binası tikildi. Bir il sonra Modest Musorqskinin "Boris Qodunov" operası ilə ilk pərdələrini 

açan teatr binasında  əsasən rus truppasının hazırladığı tamaşalar oynanılırdı. Hərdən müəyyən 

müsamirələrdə, azərbaycanlı milyonçuların ianə məqsədilə keçirdikləri "Şərq gecələri"ndə bəzi balet 

nömrələri də göstərilirdi. Hətta "1001 gecə" nağılları, müxtəlif xalq əfsanələri  əsasında da kütləvi 

rəqslər təşkil olunurdu və proqramlarda onlar balet epizodları kimi təqdim edilirdi. 

1920-ci ilin iyununda bugünkü Opera və Balet Teatrı "Rus Operası", arada "Böyük Rus 

Operası" kimi fəaliyyət göstərdiyi dövrdə kollektivdə, zəif də olsa, əcnəbi millətlərdən ibarət balet 

truppası vardı. Onlar klassik dünya operaları kimi müntəzəm olmasa da, müəyyən vaxtlarda şöhrətli 

Qərb bəstəkarlarının və rus sənətkarlarının balet əsərlərini tamaşaya qoyurdular. 1933-cü ildə milli 

kadrların yetişdirilməsi ilə bağlı opera teatrının nəzdində xoreoqrafiya studiyası yaradıldı. Sonralar 

müstəqil təhsil ocağına çevrilən bu məktəbin ilk şagirdlərindən biri də Qəmər Almaszadə olub və o, 

təhsilini Sankt Peterburq xoreoqrafiya məktəbində davam etdirib. Operanın nəzdindəki xoreoqrafiya 

məktəbində Pyotr Çaykovskinin "Sonalar gölü", "Şelkunçik", Lüdviq Minkusun "Don kixot", Adolf 

Adanın "Jizel", "Korsar", Boris Asafyevin "Baxçasaray fəvvarəsi" ("Baxçasaray fontanı", 

"Bağçasaray çeşməsi" kimi də yazılıb), Sezar (Çezare) Puninin "Esıneralda" baletləri və digər 

əsərlər kurs və diplom işləri kimi tamaşaya qoyulurdu. 

Xoreoqraf iya məktəbinin növbəti kursunun buraxılış imtahanı üçün Əfrasiyab Bədəlbəyli 

birpərdəli "Tərlan" baletini yazdı. 1939-cu ildə məktəbin buraxılış şagirdlərinin iştiraki ilə tamaşaya 

qoyulmuş baletin libretto müəllifi bəstəkarın qardaşı Turqut Bədəlbəyli idi. O, bu librettonu 

Azərbaycan xalq nağılının motivləri  əsasında qələmə almışdı. "Tərlan"ı tamaşaya Bədəlbəylilərin 

digər qardaşları, rejissor Şəmsi Bə-dəlbəyli hazırlamışdı və baletmeyster Qəmər xanım Almaszadə 

idi. Baletin dirijorluğunu müəllif özü edirdi. 

Həmin  ərəfədə  Əfrasiyab Bədəlbəyli Cəfər Cabbarlının "Qız qalası"  əfsanəvi mövzulu 

poemasının süjeti əsasında özünün yazdığı eyniadlı balet üzərində  işləyirdi. opera teatrına təqdim 

olunan "Qız qalası" baletinin premyerası 1940-cı ilin 18 aprelində göstərildi. Quruluşçu 

baletmeysterlər Sergey kevorkov və Vaxtanq Voronski (Nadiradze), müəyyən rəqslərin quruluşçusu 

Qəmər Almaszadə, rəssam  Ənvər Almaszadə, rejissor İsmayıl Hidayətzadə idi. İlk tamaşanın 

dirijoru  Əfra-siyab Bədəlbəyli idi və  əsas rollardan Gülyanağın, Poladm və Cahangir xanın 

partiyalarını Qəmər Almaszadə, Konstantin Bataşov və Anatoli Urvantsev ifa edirdilər. 

"Qız qalası" baletinin İlk tamaşası böyük təntənə ilə keçdi. Beləliklə də 18 aprel 1940-cı il 

tarixi milli baletimizin təşəkkül tarixi kimi əbədiləşdi. 

Növbəti milli baletimiz 30 dekabr 1950-ci ildə tamaşaçılara göstərildi. Bu, Soltan 

Hacıbəyovun bəstələdiyi 3 pərdəli və 6 Şəkilli "Gülşən" baleti idi. Müasir həyatdan götürülən 

baletin librettosunu işləyən Qəmər Almaszadə həm də tamaşa-nm quruluşçu baletmeysteri, rejissoru 

Soltan Dadaşov, dirijoru isə Niyazi idi. Tamaşaya bədii tərtibatı Ənvər Almaszadə vermişdi. Qəmər 

Almaszadə Gülşən, Konstantin Bataşov Azad və Yuri kuznetsov Əhməd rollarını ifa edirdilər. 

Aradakı on il ərzində balet truppası 1941-ci ildə Rikkardo Driqonun "Arlekinada" (quruluşçu 

baletmeyster  İqor Arbatov, rəssam  Ənvər Almaszadə, dirijor Əfrasiyab Bədəlbəyli), 1945-ci ildə 

Lüdviq Minkusun "Don kixot" (xoreoqraf Aleksandr Qorski, rəssam  Ənvər Almaszadə, dirijor 

Əfrasiyab Bədəlbəyli), Pyotr Çaykovskinin "Sonalar gölü" (baletmeyster Sergey Kevorkov, rəssam 

Mirra Panadiadi, dirijor Əfrasiyab Bədəlbəyli), 1949-cu ildə Pyotr Çaykovskinin "Şelkunçlk" 

(baletmeyster Sergey Kevorkov, rəssam Fyodor Qusak, dirijor Əfrasiyab Bədəlbəyli),  İqor 

Morozovun "Doktor Aybolit" (baletıneyster Qəmər Almaszadə, rəssam  Ənvər Almaszadə, dirijor 



Əfrasiyab Bədəlbəyli) baletlərini hazırlayaraq öz repertuarına daxil edib. Əvvəlki dörd tamaşada 

Qəmər Almaszadə Paulina, Kitri, Odetta - Odiliya və Maşa obrazlarının partiyalarında məharətlə 

çıxış edib. Onun plastik hərəkətlərinin mayasında milli rəqslərimizin zərif, cazibədar elementləri 

təcəssüm tapırdı və bu da xoreoqrafik hərəkətlərin zənginləşməsinə səbəb olurdu. 

Məşhur bəstəkar Qara Qarayev xeyli vaxt idi ki, dahi Nizaminin eyniadlı poeması əsasında 

İsmayıl Hidayətzadənin, Yuri Slonimskinin və Sabit Rəhmanın müştərək yazdıqları "Yeddi gözəl" 

librettosuna musiqi bəstələyirdi. Teatr ictimaiyyətinin intizarla gözlədiyi gün gəlib çatdı və 7 noyabr 

1952-ci ildə OBT "Yeddi gözəl"in ilk tamaşasını baletmeyster Pyotr Qusevin quruluşunda,  Ənvər 

Almaszadə ilə Fyodor Qusakin səhnə tərtibatında, Kamal Abdullayevin dirijorluğunda və İs-mayıl 

Hidayətzadənin rejissorluğunda tamaşaçılara təqdim etdi. Leyla Vəkilova Aişə, Yuri Kuznetsov 

Bəhram  şah, konstantin Bataşov Mənzər, Anatoli Urvantsov Vəzir xarakterlərinin partiyalarını ifa 

edirdilər. "Yeddi gözəl" baleti bütün məziyyətlərinə və bu janrdakı yeni estetik səciyyələrinə görə 

milli səhnə  sənəti tariximizdə hadisəyə çevrildi. Balet bu quruluşda uzun müddət teatrın 

repertuarında aparıcı tamaşalardan biri kimi yaşadı. 

1950-ci illərdə balet sənətinə qüdrətli səhnə ustaları Qəmər Almaszadə və Leyla Vəkilovadan 

sonra Rəfiqə Axundova, M[aqsud Məmmədov kimi parlaq istedad sahibləri gəldilər. 1954-cü ildə 

Qəmər xanımın quruluşunda göstərilən Reynqold Qlierin "Qırmızı lalə" (rəssam Fyodor Qusak, 

dirijor Vladimir Traxmoviç) baletində Maqsud Məmmədov Li Şan Fu, Sergey Keverkovun səhnə 

təfsirində oynanılan Boris Asafyevin "Baxçasaray fəvvarəsi"ndə Leyla Vəkilova Zarema, 1955-ci 

ildə  Qəmər Almaszadənin quruluşunda oynanılan Pyotr Çaykovskinin "Yatınış gözəl" baletində 

Rəfiqə Axundova Feya Siren, Leyla Vəkilova Avrora, 1956-cı ildə repertuara daxil edilən Aleksandr 

kreynin "Laurensiya" (quruluşçu Qəmər Almaszadə) baletində Leyla Vəkilova Laurensiya, Maqsud 

Məmmədov Frondoso, Rəfiqə Axundova Xosinta, 20 yanvar 1957-ci ildə Boris Zeydmanın "Qızıl 

açar"  əsərində (baletmeyster Qəmər Almaszadə) Leyla Vəkilova Malvina, Maqsud Məmmədov 

Pyero, xoreoqrafiya məktəbinin tələbəsi Çimnaz Babayeva Buratino, 1 noyabr 1958-ci ildə "Qız 

qalası"nın üçüncü redaksiyasında (quruluşçu baletmeyster Qəmər Almaszadə) Leyla Vəkilova 

Gülyanaq, Maqsud Məmmədov Polad, Xumar Zülfüqarova Yengə, 1959-cu ildə Rikkardo Driqonun 

"Arlekinada"sının ikinci redaksiyasında Leyla Vəkilova Paulina, Maqsud Məmmədov Kolen, Rəfiqə 

Axundova Luiza, "Yeddi gözəl"in ikinci işləməsində Leyla Vəkilova Aişə, Maqsud Məmmədov 

Mənzər partiyalarını ifa etdilər. 

Teatrı ilk növbədə milli balet əsərləri və milli baletmeysterlərin yetişdirilməsi, balet 

aktyorlarının formalaşması maraqlandırırdı. Buna görə də teatr yazıçı Piter Abrahamsın romanının 

motivləri  əsasında Yuri Slonimskinin "İldırımlı yollarla" librettosuna Qara Qarayevin bəstələdiyi 

baletin təqdimini intizarla gözləyirdi. Əsər ifa olunub bəyənildikdən sonra baletmeyster Konstantin 

Sergeyevdən, Rəssam Valeri Dorrerdən, dirijor Niyazidən ibarət yaradıcı heyət əsər üzərində uzun 

müddət işlədi. İlk tamaşası 25 dekabr 1960-cı ildə göstərilən baletdə  əsas  ifaçılar  Leyla Vəkilova 

(Sari),  Maqsud Məmmədov (Lenni),  Rəfiqə Axundova (Fanni),  Anatoli Urvantsov (Qert) və 

Konstantin Bataşov (Mako) idi. 

Opera və Balet Teatrı 27 aprel 1961-ci ildə Adolf Şarl Adanın "Jizel" baletini Qəmər 

Almaszadənin və Nadejda Fyodorovanın quruluşunda göstərəndən sonra (Jizel - Leyla Vəkilova, 

Albert - Maqsud Məmmədov) yenidən milli bəstəkarın  əsərinə müraciət etdi. Gənc bəstəkar Arif 

Məlikov türe ədibi Nazim Hikmətin "Məhəbbət əfsanəsi" pyesinin librettosu əsasında eyniadlı balet 

bəstələmişdi. Onu tamaşaya baletmeyster Yuri Qriqoroviç, rəssam Simon Virsaladze və dirijor 

Niyazi hazırlamışdılar. Böyük uğur qazanan baletdə  əsas partiyalar Leyla Vəkilovaya (Şirin), 

Dönməz Hacıyevə (Fərhad), Raisa İzmayılovaya (Məhmənə banu) və Konstantin Bataşova (Vəzir) 

tapşırılmışdı. Tamaşa repertuarda möhkəmləndikcə aparıcı rolların ifaçıları da dəyişirdilər. 

1960-cı illərin ikinci yarısından sonra, Qara Qarayevlə Arif Məlikovun  əsərlərinin Dünya 

miqyasında  şöhrətlənməsi ilə bağlı  bəstəkarlarımız balet janrına xüsusi maraq göstərdilər. Teatr 

Süleyman Sani Axundovun hekayəsi  əsasında  Əfrasiyab Bədəlbəylinin yazdığı librettoya Əşrəf 



Abbasovun bəstələdiyi  "Qaraca qız"  (15 sentyabr 1965),  Tofiq Bakıxanovun birpərdəli "Xəzər 

balladası" (librettosu Səyavuş  Məmmədzadənindir. 12 yanvar 1968), Fikrət  Əmirovun "Şur" 

xoreoqrafik novellasına (librettosu Qəmər Almaszadənindir. 27 dekabr 1968),  Rauf Hacıyevin  

"Yallı"  xoreoqrafik miniatürünə  və "Azərbaycan süitası"na (1969), Qara  Qarayevin   "Leyli  və 

Məcnun" xoreoqrafik poemasma və Fərəc Qarayevin "Qobustan kölgələri" baletinə (15 may 1969), 

Fərəc Qarayevin "Kaleydoskop" xoreoqrafik miniatürünə (1971), Niyazinin "Çitra" baletinə (9 aprel 

1972), Nazim Əliverdibəyovun "Muğam" xoreoqrafik miniatürünə (22 yanvar 1972), Fikrət 

Əmirovun "Nəsimi dastanı" (13 sentyabr 1973)  və "1001 gecə" (15 iyul 1979) baletlərinə, "Xəzəri 

fəth edənlər" xoreoqrafik miniatürünə (1975), Nəriman Məmmədovun "Humay" balet poemasına (6 

dekabr 1981), Aqşin  Əlizadənin "Babək" (29 may 1986), Musa Mirzəyevin   "Nizami"   (1991),   

Xəyyam   Mirzəzadənin "Ağ və Qara" (7 iyun 2000) baletlərinə quruluşlar verib. Bəzi baletlər bir 

neçə redaksiyada tamaşaya hazırlanıb. 

Son otuz ildə teatr Dünya klassiklərindən Pyotr Çaykovskinin "Sonalar gölü", "Romeo və 

Cülyetta", "Şelkunçin", Dmitri Şostokoviçin "Xanım və xuliqan", Friderik Şopenin "Şopeniana", 

Sergey Prokofyevin "Zoluşka", Lüdviq Minkusun "Don Kixot" və "Paxita", Qaetano Donisettinin 

"Arlekinada", Jorj Bizenin eyniadlı opera musiqisi əsasında Rodion Şedrinin "Karmen", Moris 

Ravelin "Bolero" baletlərini repertuarına daxil edib. Teatrda Çimnaz Babayeva, Tamilla Şirəliyeva, 

Vladimir Pletnyov, Mədinə Əliyeva kimi balet ustaları yetişiblər. 

Göründüyü kimi, azərbaycanlı  bəstəkarlar həm 1 pərdəli, həm 2 hissəli, həm də klassik 

üslubda baletlər bəstələməklə yanaşı, xoreoqrafik lövhələr, miniatürlər sahəsində  də  sənət 

nailiyyətləri qazana bilmişlər. 

Qəmər xanım Almaszadə coşğun temperamenti, emosional cazibədarlığı, Leyla Vəkilova 

poetik lirizmi, hərəkət plastikasının zərifliyi, Maqsud Məmmədov  Şərq ehtirası ilə Avropa rəqs 

dinamizmıni birləşdirməsi, havadakı ecazkar uçuşları, Rəfiqə xanım ritm ahəngdarlığını 

hərəkətlərdə  məharətlə musiqi dilinə çevirməsi, Tamilla Şirəliyeva milli rəqs elementlərindən 

ustalıqla barına bilməsi, Çimnaz Babayeva kövrək hərəkətlərlə psixoloji mətləblərə lirizm çalarları 

aşılaması, Mədinə Əliyeva ənənəyə sədaqəti və işgüzarlığı ilə milli balet sənəti ifaçılığımızın estetik 

çalarlarını zənginləşdirmişlər. 

Maqsud Məmmədov, Rəfiqə Axundova, Tamilla Şirəliyeva bu gün quruluşçu baletmeyster 

kimi Qəmər Almaszadənin və Leyla Vəkilovanın yaratdıqları milli məktəb  ənənələrini ləyaqətlə 

davam etdirirlər. 

 

*  *  * 



 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin