Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ŞAHLAR QULİYEV (25 SENTYABR 1946)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə312/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   308   309   310   311   312   313   314   315   ...   470
ŞAHLAR QULİYEV (25 SENTYABR 1946) 

 

Gur, qəltanlı  və mis cingiltili bariton səsi olan Şahlar Həsənağa oğlu Quliyev Cəlilabad 

rayonunda doğulub. Məktəbi bitirən ili Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun 

Musiqili Komediya aktyorluğu fakültəsinə daxil olub. 1969-cu ildə oranı bitirərək Azərbaycan 

Dövlət Konservatoriyasının vokal şöbəsinə  qəbul edilib. Professor Elmira Quliyevanın sinifində 

vokal təhsil alan Şahlar Quliyev 1973-cü ildə  təhsilini başa vuraraq, Konservatoriyanın  Şövkət 

Məmmədova adına Opera Studiyasına solist götürülüb. İki ildən sonra isə o, Azərbaycan Dövlət 

Opera və Balet Teatrına dəvət alıb. 




Yaradıcılıq dövründə Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Həsən xan), "Əsli və  Kərəm" 

(Keşiş), "Leyli və Məcnun" (Nofəl), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Şahvələd), Müslüm 

bəy Maqomayevin "Şah  İsmayıl" (Aslan şah), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Fikrət 

Əmirovun "Sevil" (Atakişi və Əbdüləli bəy), Şəfiqə Axundovanın "Gəlin qayası" (Xan), Əfrasiyab 

Bədəlbəylinin "Söyüdlər ağlamaz" (Murad), Cahangir Cahangirovun "Xanəndənin taleyi" (Aşur 

bəy), Süleyman Ələsgərovun "Bahadır və Sona", Məmməd Quliyevin "Aldanmış ulduzlar" 

(Yumruqoğlu), Cüzeppe Verdinin "Aida" (Amanasro), "Riqoletto" (Monteron), Jorj Bizenin 

"Karmen" (Eskamilio), Cakomo Puççininin "Toska" (Baron Snarpio), "Bohema" (Şonar), Pietro 

Maskaninin "Kənd namusu" (Alfio), Aleksandr Borodinin "Knyaz İqor" (Knyaz İqor), Sergey 

Raxmaninovun "Aleko" (Aleko), Nikolay Rimski-Korsakovun "Çar gəlini" (Qryaznoy) operalarında 

daha yaddaqalan partiyaları ifa edib. 

Milli opera sənətinin inkişafında göstərdiyi xidmətlərə  və  sənətdə qazandığı nailiyyətlərə 

görə 19 sentyabr 1991-ci il-də Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin