döyüşçülərin rollarında uşaqlar oynayırdılar. Şəbihgərdan onlara kömürdən bığ və saqqal çəkirdi.
Tamaşa daxilindəki davranışlarında pərakəndəlik, nizamsızılıq gözə çarpırdı və bu, hadisələrə
təbiilik gətirmək naminə edilirdi.
Şəbih tamaşaları və dərviş zikrləri üçün tikilən binaya təkyə deyilib. Təkyə sözü ərəbcə
"söykənmə", "istinadetmə" mənalarını verir.
Şəbih tamaşalarının qış aylarında və əsasən, axşamlar göstərilməsi üçün müvəqqəti qurulan,
səhnəyəbənzər meydançası olan yerlərə şuraxana, qəməriyyə, mahtab adları verilib.
Şəbih tamaşalarının keçirilməsini, onlara çəküəcək bütün xərcləri öz üzərinə götürən mömin
adam tənyədar adla-nıb.
Şəbih tamaşaları üçün istifadə olunan bədii mətnlərin təziyənamə adı da var.
Səyyar əza qafiləsinin hər bir oyunçusu əzadar deyə çağırılıb.
Əza qafiləsi özünün mərasimini gecə də davam etdirəndə öndə məşəlçilər gedirdilər.
Üzərində "Qasım otağı" və bu tipli məkanlar quraşdırılan xərəklər çoxlu əzadarın
çiyinlərində aparılırdı. Xərəyə el arasında təxtirəvan da deyilirdi.
Şəbihgərdanlar, şəbih tamaşalarında oynayanlar gərdun adı ilə də tanınırdılar.
Milli teatrın romantik faciə qolunun poetika göstəricilərini və estetik prinsiplərini daha
dərindən öyrənmək üçün şəbih oyunlarının bədii, nəzəri əsaslarına da yiyələnmək lazımdır.
Şəbih tamaşalarında çağdaş teatr üçün səmərəli ola biləcək kifayət qədər ifadə vasitələri,
forma elementləri vardır.