HƏSƏN AĞAYEV (10.5.1910 - 20.6.1986)
Rejissor Həsən Ağayev 10 may 1910-cu ildə Bakıda doğulub. Bakı Teatr Məktəbini bitirib
və 1928-ci ildə Bakı Türk İşçi Teatrında aktyor kimi səhnə fəaliyyətinə başlayıb. Teatr Gəncəyə
köçəndə o, İrəvana gedib və burada DADT-nin truppasına daxil olub. Aktyorluqdan daha çox
rejissor sənətinə maraq göstərən Həsən Ağayev Moskvada Lunaçarski adına Teatr Sənəti
İnstitutunda təhsil alıb. Moskva Bədaye Akademik Teatrının, Vaxtanqov və Meyerxold teatrlarının
estetik prinsiplərini, poetika səciyyələrini mənimsəməyə çalışıb.
1936-cı ildə Bakıya gəlib və OBT-də Üzeyir bəy Hacıbəyovun "Ər və arvad" operettasını
tamaşaya hazırlayıb. Elə həmin il Naxçıvana gedib və 1939-cu ilə kimi buradakı DDT-də ondan çox
əsərə səhnə quruluşu verib.
Bakı və Naxçıvan teatrlarında müəyyən rejissorluq təcrübəsi toplayan Həsən Ağayev 1939-
cu ildə Gəncə DDT-yə qu-ruluşçu rejissor qəbul edilib. Uzun illər bu kollektivdə səmərəli
yaradıcılıq axtarışları ilə çalışan sənətkar 1939 - 1942 və 1962 - 1965-ci illərdə kollektivə baş
rejissorluq edib.
Həsən Ağayevin Gəncə teatrında ilk işi Qurban Musayevin "Şərqin qalası" əsərin tamaşası
olub. O, bu teatrda Əbil Yusifovun "Babək", Cəfər Cabbarlının "Aydın", "Yaşar", "Solğun çisəklər",
Sabit Rəhmanın "Xoşbəxtlər", "Əliqulu evlənir", Jan Batist Molyerin "Jorj Danden", "Sevil",
Vilyam Şekspirin "Otello", Səməd Vurğunun "Fərhad və Şirin", "Vaqif", Mirzə İbrahimovun
"Məhəbbət", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran xanının vəziri", Nəcəf bəy
Vəzirovun "Hacı Qəmbər" və "Hacı Fərəc", Mirzə Fətəli Axundzadənin Nikolay Qoqolun
"Müfəttiş", Ənvər Məmmədxanlının "Şərqin səhəri", Məmmədhüseyn Təhmasibin "Bahar", "Çi-
Çəkiİ dağ", Karl Myufkenin "İldırımlı yollarla" (Piter Abrahamsın romanı əsasında), İlyas
Əfəndiyevin "Bahar suları", "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", Vasili Şkvar-kinin
"Özgə uşağı" və Novruz Gəncəlinin "Şəlalə", Məmmədhüseyn Təhmasibin "Bahar", Məcid
Şamxalovun "Qaynana", Robindranat Taqorun "Qanq qızı" ("Kəmalə"), Səttar Axundovun
"Məhəbbət nişanəsi" və "Almazın qızları", Bağır Bağırovun "Tamaşa qarının nəvələri" (Əbülhəsənin
romanı əsasında), Atif Zeynallının "Sirlər yuvası", Hüseyn Cavidin "Səyavuş", Hacıağa Quliyevin
"Sabir", Riçard Şeridanın "Aldanmış adaxlı", Əfqan Əsgərovun "Qız atası" və "Sarı Əlcək", Qurban
Musayevin "Köhnə həyətin adamları", Altay Məmmədovun "Kişilər", Kita Buaçidzenin "Həyətdə
qapan it var", Hüseyn Qaraoğlunun "Şəfiqə", "Abdulla Şərifovun Xallı dağın qartalı", Məhərrəm
Əlizadənin "Dağ çiçəyi", Boris Lavrenyovun "Hücum", Ədil İsgəndərovun "Qaya", Mustay Kərimin
"Aygül diyarı", Raymond kauqverin "Qatarlar səhər gedir", Maqsud İbrahimbəyovun "Mezazoy
əhvalatı", Lope de Veqanın "Rəqs müəllimi", Konstantin Simonovun "Bizim şəhərli oğlan", Nəbi
Xəzrinin "Sən yanmasan...", Süleyman Sani Axundovun "Eşq və intiqam", İsi Məlikzadənin "Yaxın
adam", Altay Məmmədovun "Kişilər", Firudin Ağayevin "Səməndər", Zeynal Xəlilin "Şairin
yuxusu", Yusif Əzimzadənin "Unutınaym", Süleyman Rüstəmin "Qaçaq Nəbi", Yusif Əzimzadənin
"Ürək döyünməsə", Əlibala Hacızadənin "İtkin gəlin" əsərlərinə maraqlı səhnə quruluşları verib.
Teatr sənətindəki xidmətlərinə görə Həsən Ağayev 20 may 1958-ci ildə Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. 20 iyun 1986-cı ildə gəncədə
vəfat edib.
Dostları ilə paylaş: |