Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


NÜSRƏT FƏTULLAYEV (25.9.1913 - 1.10.1987)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə437/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   433   434   435   436   437   438   439   440   ...   470
NÜSRƏT FƏTULLAYEV (25.9.1913 - 1.10.1987) 

 

Sırf səhnə ilə bağlı olan, teatr-dekorasiya sənətçisi Nüsrət Möhsün oğlu Fətullayev ömrünün 

son günlərinə kimi yaradıcılıq axtarışlarından qalmayıb. Milli teatr rəssamlığımızın inkişafında və 

formalaşmasında böyük xidmətlər göstərib. 

25 sentyabr 1913-cü ildə  Lənkəran rayonunda doğulan Nüsrət Fətullayev Bakı  Rəssamlıq 

Məktəbində  təhsil alıb (1930-1934). Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi 

Aleksandr Korneyçukun "31-43" ("Eskadranın məhvi") dramının tamaşası ilə Äkademik Milli Dram 

Teatrında ilk işinə başlayıb. 1938-ci ilin ikinci yarısından bu kollektivə baş rəssam təyin olunub və 

ömrünün sonunadək həmin vəzifəni ləyaqətlə icra edib. 

Sənətdəki xidmətlərinə görə respublikanın əməkdar incəsənət xadimi (4 may 1940) və xalq 

artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb. "Şərqin səhəri" (Ənvər Məmmədxanlı) tamaşasma 

görə 1948-ci ildə Stalin mükafatı,  İlyas  Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramının 

tamaşaemdejcı tərtibatı üçün isə 1972-ci ildə Azərbaycanın Dövlət mükafatı laureatı olub. 

Gənc Tamaşaçılar Teatrında Mirzə  Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" 

komediyasma (1938), Musiqili komediya Teatrında Rauf Hacıyevin "Tələbələrin kələyi" (1940), 

Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" (1943), Fikrət  Əmirovun "Ürəkçalanlar" (1944), 

Süleyman  Ələsgərovun "Məhəbbət gülü" (1945), Vladimir Dolidzenin "Keto və Kote" (1945), 

Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib. 

Milli Dram Teatrında  əllidən çox tamaşanın rəssamı olub. Onların arasında estetik 

səciyyələrinə, forma əlvanlığına və monumentallıq xüsusiyyətlərinə görə səhnəqrafiyada xüsusi yer 

tutanları bunlardır: "Almaz", Cəfər Cabbarlı (1936), "Skapenin kələkləri", Jan Batist Molyer (1936), 

"Həyat", Mirzə  İbrahimov (1937), "Hacı Qara", Mirzə  Fətəli Axundzadə  və "Va-qif", Səməd 

Vurğun (1938), "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev (1940 və 1957), "Aydın" və "Oqtay 

Eloğlu", Cə-fər Cabbarlı (1940), "Xoşbəxtlər", Sabit Rəhman və "Fərhad və Şirin", Səməd Vurğun 

(1941), "Dumanlı Təbriz", Meınınəd Səid Ordubadi (1945), "Nüşabə", Abdulla Şaiq (1946), "İşıqlı 



yollar", İlyas Əfəndiyev (1947), "Rəqs müəllimi", Lope de Veqa (1949), "Müfəttiş" Nikolay Qoqol 

(1952), "Qış nağılı", Vilyam Şekspir (1955), "Səyavuş", Hüseyn Cavid (1963), "Xanuma", Avksenti 

Saqareli (1975), "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə (1978), "Cehizsiz 

qız", Aleksandr Ostrovski (1979), "Yad adam", Leonqard Frank (1980), "Təhminə və Zaur", Anar 

(1985). 

Nüsrət Fətullayev əsasən realist səhnə tərtibatına üstünlük verib. Yaradıcılığının bir qolunu 

da monumental-romantik üslub təşkil edib. Teatrın texniki prinsiplərini dərindən bilməsi, səhnə 

ölçülərinə  dəqiqliklə riayət etməsi onun işlədiyi tərtibatlara tamlıq,  əzəmət və obrazlılıq gətirirdi. 

Tərtibat verdiyi tamaşalarda aktyorların sərbəst səhnə davranış-larını yaradıcı  həssaslıqla nəzərə 

alırdı. Milli etnoqrafiyanı  dərindən bilirdi. Nüsrət Fətullayev tərtibat rəssamlığında klassik üslub 

ənənələrini yaşadırdı. Ancaq o, dövrün qaynar, mürəkkəb, təzadlı, işıqlı ruhunun rəng təzətərliyinə

təravətli ovqatına da cəsarətlə can atırdı. Onun tərtibatında janr-üslub qarışıqlığı olmurdu, ancaq 

müxtəlif formaların harmonik sintezi, bir poetikada füsunkarlıqla birləşməsi həm tamaşaya 

möhtəşəm obrazlılıq gətirir, həm də tamaşaçmı heyrətdə saxlayırdı. 

Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   433   434   435   436   437   438   439   440   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin