"Müsəlman artıstlərı ittifaqı"
Bu dram dəstəsini Abbasmirzə Şərifzadə yaradıb. Truppanın adı "Artistlər ittifaqı", "Bakı
musəlman aktyorları ittifaqı", "İttifaq" kimi də yazılıb.
1917-ci ilin oktyabrında Abbasmirzə Şərifzadənin başçılığı ilə tanınmış teatr fədailəri bir
yerə yığılaraq cəmiyyətin nizamnaməsini və məramnaməsini müzakirə ediblər. Bu sənədlər
mətbuatda çap olunub.
Qabaqcıl teatr sənətkarları Hüseyn Ərəblinski və Hüseynqulu Sarabski buna ciddi etirazlarını
bildiriblər, hətta mətbuatda narazılıq məqaləsi ilə çıxış ediblər. Lakin Şərifzadə öz inadından
dönməyib. O, tanınmış aktyorları, təcrübəli gəncləri və sənətə yenicə gələn bacarıqlı həvəskarları öz
ətrafına toplayaraq məşqlərə başlayıb. Abbasmirzə Şərifzadə yeni dəstənin baş rejissor vəzifəsini
tutub. Əsas məşqlər "İsmailiyyə" binasında keçirilib və "İttifaq"ın idarə heyəti də burada yerləşib.
İlk vaxtlar onlar Bakı Gənclər Təşkilatında cəmləşmiş ziyalıların qüvvələrindən də istifadə ediblər.
Noyabrın 20-də bu teatr truppası özünün ilk tamaşası olan "Nadir şah" (Nəriman Nərmanov)
faciəsini göstərib. Mətbuatın yazdığına görə, tamaşa uğurla keçib. Nadir şah rolunu Abbasmirzə
Şərifzadə özü oynayıb. İlk dəfə məhz bu teatr dəstəsi Nargin adasındakı hərbi əsrlərə kömək
məqsədilə Xeyriyyə cəmiyyəti zalında ("İsmailiyyə"də) "Əsirlər gecəsi" adlı bədii kompozisiya
göstərib.
"Müsəlman artistləri ittifaqı" hazırladığı tamaşaları, əsasən, "İsmailiyyə", "Malı teatr",
Tağıyev teatrı binalarında göstərib. Onun repertuarında Üzeyir bəy Hacıbəyovun "Leyli və
Məcnun", "Əsli və Kərəm", Hacıbaba Şərifzadənin "Mehr və Mah" operaları, Namiq Kamalın
"Osmanlı müharibəsi" ("Vətən"), Nəriman Nərimanovun "Şamdan bəy" ("Dilin bəlası"),
Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" dramları daha tez-tez göstərilib.
Truppanın 1917-ci ildə ən maraqlı və bitkin işi dekabrın 15-də göstərilən "Ədirnə fəthi"
(Cəfər Cabbarlı) tamaşası olub. Tamaşaya quruluşu rejissor Abbasmirzə Şərifzadə verib. Əsas rolları
Abbasmirzə Şərifzadə (Ənvər paşa), Sidqi Ruhulla (Xalid), Xəlil Hüseynov (Rüfət), Mehdi bəy
Hacınski (Kamal), Şura Olenskaya (Zöhrə), Rza Darablı (Mustafa paşa), Nataliya Lizma (İnci),
Mirzə Muxtar Məmmədov (Molla Sübhan), Əbülhəsən Anaplı (Hacı İbrahim), Hüseynağa
Hacıbababəyov (Nazir), Əhməd Qəmərli (Şükri paşa) oynayıblar.
"Müsəlman artistləri ittifaqı" 1918-ci ilin ilk üç ayında daha səmərəli çalışıb. Truppa qısa
müddətdə Abbasmirzə Şərifzadənin rejissorluğu ilə aşağıdakı tamaşaları teatrsevərlərin
müzakirəsinə verib.
5 yanvar. "Nadir şah", Nəriman Nərimanov. Əsas rolları Sidqi Ruhulla (Nadir şah), Əhməd
Qəmərli (Şah Təhmas), Rza Darablı (Gürcü bəy), Mirzə Muxtar Məmmədov (Cəfər xan), Yunis
Nərimanov (Rza xan), Xəlil Hüseynov (Rzaqulu xan), Hacıağa Abbasov (Ədhəm xan) ifa ediblər.
Dostları ilə paylaş: |