Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə55/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   262
2-ci movzu demoqrafiya

88
Cədvəl 4.1
Azərbaycan Respublikası əhalisinin sayı və tərkibi (ilin əvvəlinə)8
İllə r
Ə halinin sayı, m in nəfər
Ə halinin ü m u m i say ın d a 
xüsusi çəkisi, %
C əm i
Ş əhər
əhalisi
K ənd
əhalisi
Ş əhər əhalisi
K ənd əhalisi
1989
7021,2
3805,9
3215,3
54,2
45,8
1999
7953,4
4064,3
3889,1
51,1
48,9
2009
8922,4
4739,1
4183,3
53,1
46,9
2010
8997,6
4774,9
4222,7
53,1
46,9
2011
9111,1
4829,5
4281,6
53,0
47,0
2012
9235,1
4888,7
4346,4
52,9
47,1
2013
9356,5
4966,2
4390,3
53,1
46,9
1989, 1999, 2009-cu illərin məlumatları əhalinin siyahıyaalınmaları üzrə, qalan illərin 
m əlum atları isə ilin əvvəlinə göstərilmişdir.
4.1 
cədvəlindəki məlumatlardan aydın olur ki, Azərbaycan Respub­
likasının əhalisi 1989-ci ilə nisbətən 2013-cü ildə 33,3% artmış, əhalinin 
tərkibində şəhər əhalisinin xüsusi çəkisi 1,1 bənd azalmış, kənd əhalisi- 
ninki isə - 1,1 bənd artmışdır.
Əhalinin sayının düzgün müəyyən edilməsi şərtlərindən biri də daimi 
və mövcud əhali kateqoriyalarının mahiyyətinin aydınlaşdırılması və bir- 
birilərindən fərqləndirilməsidir.
Daimi əhali dedikdə, qeydiyyata alma məqamında harada olmasından 
asılı olmayaraq həmin yaşayış məntəqəsində daimi yaşayan əhali nəzərdə 
tutulur. Məsələn, əhali siyahıya alınarkən Gəncə şəhərinin daimi əhalisinə 
aşağıdakılar aid edilir: 1) Gəncə şəhərində daimi yaşayan və siyahıyaal- 
manın qəti zamanında həqiqətən orada olan əhali; 2) Gəncə şəhərində 
daimi yaşayan, lakin siyahıyaalmanın qəti zamanında həqiqətən orada 
olmayan, başqa sözlə, hər hansı bir səbəbdən digər yaşayış məntəqələrində 
(məsələn, Qazax şəhərində) olan şəxslər.
Mövcud əhali dedikdə isə harada yaşamasından asılı olmayaraq 
siyahıyaalma zamanı hər hansı bir yaşayış məntəqəsində həqiqətən 
mövcud olan əhali nəzərdə tutulur. Buna uyğun olaraq Gəncə şəhərinin 
mövcud əhalisinə aşağıdakılar daxil ediləcəkdir: 1) Gəncə şəhərində dai-
8 Azərbaycanın statistik göstəriciləri 2013. Bakı, “Səda” nəşriyyatı 2013-cü il, s. 76.
89


mi yaşayan və siyahıyaalmanın qəti zamanında həqiqətən orada olan 
şəxslər; 2) başqa yaşayış məntəqələrində daimi yaşayan, lakin siyahıya- 
almanın qəti zamanında Gəncə şəhərində olan şəxslər (ezamiyyətdə, 
müalicədə olan və s.). Deməli, daimi əhalini qeydiyyata aldıqda “müvəq­
qəti getmişləri”, mövcud əhalini qeydiyyata aldıqda isə “müvəqqəti 
yaşayanları” nəzərə almaq lazımdır.
Siyahıyaalma aparılarkən həm daimi, həm də mövcud əhali kateqoriya­
larından istifadə olunur. Bunların arasında fərqin əmələ gəlməsi siyahıyaal- 
ma zamanı əhalinin ölkə ərazisində yerdəyişməsi ilə əlaqədardır. Odur ki, 
“müvəqqəti yaşayanlar” və “müvəqqəti getmişlər” adlandırılan əhali 
kateqoriyalarını aydınlaşdırmaq lazımdır. “Müvəqqəti” sözünün arxasında 
altı ay, yaxud da bir il dayana bilər. Məsələn, ölkəmizdə 1999-cu ilin 
yanvar ayında əhali siyahıya alınarkən “müvəqqəti” sözü üçün müəyyən 
edilmiş vaxt on iki aya bərabər olmuşdur.
Beləliklə, bu əhali kateqoriyaları arasında asılılıq vardır. Bu asılılıq 
əhali kateqoriyaları balansını ifadə edir. Bunu aşağıdakı kimi yazmaq 
olar:
1) DƏ = MƏ + MG - MY;
2) MƏ = DƏ + MY - MG
Burada: DƏ - daimi əhali; MƏ - mövcud əhali; MY - müvəqqəti 
yaşayanlar; MG - müvəqqəti getmişlər deməkdir.
Hər hansı bir yaşayış məntəqəsi və ya rayon üzrə daimi və mövcud 
əhalinin sayı bir-birindən fərqlənə, hətta bəzi hallarda kəskin surətdə fərq­
lənə bilər. Lakin müvəqqəti yaşayan əhalinin sayı ilə müvəqqəti getmiş 
əhalinin sayı adətən ölkə üzrə bir-birinə uyğun gəlir.9 *
Buna əsasən demək 
olar ki, siyahıyaalma məlumatlarında ölkə üzrə daimi və mövcud əhalinin 
sayının bir-birinə uyğun gəlməsi siyahıyaalmanın dəqiqliyinə nəzarətin 
başlıca göstəricisi hesab edilə bilər. Təcrübə göstərir ki, bu iki əhali kate­
qoriyası arasındakı fərq adətən 0,1-0,2%-ə bərabər olur ki, bu da normal 
haldır.
Əhalinin sayı həm də ayrı-ayrı inzibati-ərazi vahidləri üzrə müəyyən 
edilir. Ayrı-ayrı ərazilər, yaxud da inzibati vahidlər üzrə əhalinin sıxlığı 
göstəricisi də (həmin ərazidə məskunlaşmış əhalinin sayını onun sahəsinə 
bölməklə bir kv. km-ə düşən əhali) hesablanır. Bu göstərici Azərbaycan
9 Müvəqqəti yaşamaq üçün ölkədən başqa ölkələrə gedən və müvəqqəti yaşamaq üçün başqa
ölkələrdən ölkəyə gələn əhali nəzərə alınmır.
90
Respublikasının iqtisadi rayonları üzrə kəskin surətdə fərqlənir. Belə ki, 
2013-cü ilin əvvəlinə olan məlumata görə ölkəmizdə əhalinin sıxlığı 108 
nəfərə bərabər olduğu halda, bu göstərici Abşeron iqtisadi rayonunda 161 
nəfərə, Gəncə-Qazax iqtisadi rayonunda 97 nəfərə, Şəki-Zaqatala iqtisadi 
rayonunda 67 nəfərə, Quba-Xaçmaz iqtisadi rayonunda 73 nəfərə, Aran 
iqtisadi rayonunda 88 nəfərə, Lənkəran iqtisadi rayonunda 143 nəfərə, 
Dağlıq Şirvan iqtisadi rayonunda 49 nəfərə, Naxçıvan iqtisadi rayonunda 
77 nəfərə bərabərdir (http://www. azstat. org/region).
Əhalinin ölkə ərazisində yerləşməsini təhlil edərkən onun sıxlığı gös­
təricisi ilə yanaşı, həm də şəhər və kənd yaşayış məntəqələrinin orta 
həcmi (əhalinin sayı), yaşayış məntəqələrinin öz aralarındakı orta məsafə 
və onlarla inzibati mərkəzlər arasındakı məsafə kimi göstəricilərindən də 
istifadə edilə bilər.
Əhali kateqoriyası olduqca mürəkkəb topludur. Çünki bir çox dəyişən 
əlamətlərə (göstəricilərə) malikdir. Odur ki, onu ayrı-ayrı qruplara və 
yarımqruplara bölmədən 
hərtərəfli 
öyrənmək mümkün deyildir. 
Statistikada əhali müxtəlif əlamətlərə görə qruplaşdırılarkən birinci 
növbədə xalis demoqrafik göstəricilər əsas götürülür. Bunlara əhalinin 
cinsi, yaşı, ailə vəziyyəti, milliyyəti və s. aiddir. Bunları bir qədər ətraflı 
nəzərdən keçirək.
Əhalinin tərkibində qadınlarla kişilər arasındakı nisbət müxtəlif dövrlər­
də eyni olmamışdır. Əhalinin tərkibində kişilərin və qadınların xüsusi 
çəkisi, hər 100 qadma düşən kişilərin sayı, qadınların xüsusi çəkisinin 
kişilərə nisbətən artıq olmasını ifadə edən göstəricilər hesablanır. Bu nisbi 
artıqlıq 1%-ə qədər olduqda cüzi, 1-3% olduqda orta, 3 %-dən çox olduqda 
isə əhalinin cins tərkibində uyğunsuzluq olması deməkdir. Əhalinin cinsə 
görə tərkibinin öyrənilməsi iqtisadi və demoqrafik əhəmiyyətə malikdir. 
Bu barədə məlumatlar onun təkrar istehsalının və perspektiv sayının 
müəyyən edilməsi, ömür müddətinin hesablanması üçün lazımdır. Doğulan 
uşaqların da cins tərkibi öyrənilir. Başqa sözlə, doğulan hər 100 qız 
uşağına neçə nəfər oğlan uşağmm düşməsi müəyyən edilir. 100 nəfər qız 
uşağına görə 105 oğlan uşağının doğulması normal hal hesab edilir.
Azərbaycanda əhalinin cins tərkibi haqqında 4.2. cədvəlindəki 
məlumatlara əsasən mühakimə yürütmək olar.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin