Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


«Əhalinin həyat səviyyəsi statistikası»



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə82/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   262
2-ci movzu demoqrafiya

«Əhalinin həyat səviyyəsi statistikası» 
fəslində ətraflı nəzərdən keçirilir 
və təhlil olunur.
30 http ://www. stat.gov. az/ source/healthcare/.
31 Azərbaycanın statistik göstəriciləri 2013. Bakı, “Səda” nəşriyyatı, 2013, s. 293.
125


Nəticə
- Əhali statistikası geniş mənada statistika elminin ən qədim sahələ­
rindən biridir. Statistikanın bu sahəsinə demoqrafiya statistikası da 
deyilir;
- “demoqrafiya” termini iki latın sözünün - “demos” və “qrafıya” -
birləşməsindən əmələ gəlmişdir. Demos - xalq, qrafıya isə - yazmaq 
deməkdir;
- olduqca mürəkkəb hadisə olan əmək qabiliyyəti müxtəlif mövqe­
lərdən öyrənilə bilər. Bununla əlaqədar olaraq statistikada öz aralarında 
qarşılıqlı əlaqədə olan, lakin spesifik xüsusiyyətlərinə görə bir-birindən 
fərqlənən anlayışlardan istifadə edilir;
- “işləmək üçün müəyyən edilmiş yaş həddində olan əhali”, “işləmək 
üçün müəyyən edilmiş yaş həddində olan əmək qabiliyyətli əhali”, “əmək 
ehtiyatları”, “məşğul əhali” kateqoriyalarını bir-birindən fərqləndirmək 
lazımdır;
- əhali haqqında məlumatlara tələbat vardır. Bunun regional 
səviyyədə toplanması xüsusilə böyük əhəmiyyətə malikdir;
- əhali və əmək ehtiyatları statistikası bir sıra çox mühüm vəzifələri 
yerinə yetirir. Və bunların öyrənilməsi onun predmeti haqqmda 
təsəvvürün formalaşmasına müsbət təsir edir;
- bir sıra hesablamaları aparmaq üçün əhalinin hər hansı bir tarixə və 
orta sayının müəyyən olunması zəruriliyi meydana çıxır. Bu məqsədlə 
müxtəlif üsullardan istifadə edilir;
- əhalinin sayının düzgün müəyyən edilməsi müxtəlif şərtlərə əməl 
edilməsi ilə bilavasitə əlaqədardır. Bunlara hər şeydən əvvəl daimi və 
mövcud əhali kateqoriyalarının hesablanması aiddir;
- əhali qruplaşdırılarkən cins, yaş, ailə vəziyyəti, milliyyət və s. kimi 
əlamətlərdən istifadə olunur;
- qanunvericilikdə müəyyən edilmiş «əmək qabiliyyətli yaşda olan 
əhalinin sayı ilə» bu kateqoriyaya daxil olmayan, lakin iqtisadiyyatda 
faktiki məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı və iqtisadiyyatda 
məşğul olan yeniyetmələrin sayını müqayisə etməklə müxtəlif göstəricilər 
hesablanır;
- statistikada xalis demoqrafiya əlamətləri üzrə qruplaşdırmalarla 
yanaşı, bütün əhali və onun ayrı-ayrı kontingentləri üzrə bir sıra başqa 
göstəricilər də hesablanır;
- əhalinin təbii hərəkəti dedikdə doğum və ölüm halları nəticəsində
126
insan nəsillərinin dəyişməsi nəzərdə tutulur. Evlənmə və boşanma halları 
da buraya daxildir;
- əhalinin təbii hərəkətinə xarakteristika vermək üçün doğum, ölüm və 
təbii artım əmsalları hesablanır;
- statistikada xəstələnmə növləri üzrə Ölümün səbəbləri aydınlaşdırılır 
və müxtəlif göstəricilər hesablanır. Bu məqsədlə ölüm cədvəli tərtib 
olunur və həmin göstəriciləri hesablamaq üçün ondan geniş istifadə 
olunur;
- əmək ehtiyatlarının təbii hərəkəti nəticəsində onun sayının dəyiş­
məsinə xarakteristika vermək üçün müxtəlif göstəricilər hesablanır;
- miqrasiya latınca “migratio” sözündən əmələ gəlmiş və yerdəyişmə 
mənasını verir. Miqrasiyanın bir sıra növləri vardır;
- əhalinin yerdəyişməsinə müxtəlif amillər (iqtisadi, siyasi, sosial, 
etnik və i.a.) təsir göstərir;
- əhalinin və işçi qüvvəsinin beynəlxalq miqrasiyası ayrı-ayrı 
ölkələrin milli qanunvericilikləri və beynəlxalq hüquq normaları ilə 
tənzimlənir;
- müxtəlif hesablamaları aparmaq üçün əhalinin və əmək ehtiyat­
larının perspektiv sayı müəyyən olunur. Bu zaman müxtəlif metodlardan 
istifadə edilir;
- əhaliyə sosial xarakteristika verərkən savadlılıq, təhsil səviyyəsi
mədəniyyət müəssisələri, tibbi heyətlə, xəstəxanalarda çarpayılarla təmin 
olunması, ayrı-ayrı xəstəliklərlə xəstələnən şəxslərin yaş strukturu, əlillik 
göstəriciləri, idman və siqaretçəkmə halları və s.-dən geniş istifadə 
olunur.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin