larma (məsələn, Azərbaycanda Dövlət Statistika Komitəsinə, ABŞ-da
Siyahıyaalma Bürosuna, İtaliyada Statistika İnstitutuna, Rusiya Federa
siyasında Federal Dövlət Statistika Xidmətinə) həvalə edilir.
4) Siyahıyaalmanı aparmaq üçün kadrların seçilməsi və hazırlanması;
5) Yaşayış məntəqələrinin sahələrinin dəqiqləşdirilməsi və xəritə-
materialların hazırlanması. Bu tədbirin həyata keçirilməsi siyahıyaalma
zamanı bütün əhalinin əhatə olunması üçün lazımdır. Rayonların
xəritələrinə və şəhərdəki məhəllələrin planlarına, habelə əhalinin sayı
haqqındakı məlumatlara əsasən rayonun (şəhərin) ərazisi “siyahıyaalma
sahələri”nə bölünür. Siyahıyaalma sahələrinin sərhədləri adətən inzibati-
ərazi vahidlərinin sərhədi ilə uyğun gəlir ki, bu da siyahıyaalma üzərində
nəzarətin həyata keçirilməsini və əldə edilmiş materialların sonrakı
mərhələlərdə işlənməsini asanlaşdırır.
Siyahıyaalmanm metodologiyasını, aparılması vasitələrini, proqramı
nı, siyahıyaalma vərəqində sualların qoyuluşunu, onların ardıcıllığını,
məlumatların toplanmasının üsul və qaydalarını, siyahıyaalma heyətinin
“yükünü” və s. məsələlərini təkmilləşdirmək məqsədilə əhalinin sınaq
siyahıyaalınması aparılır. Məlum olduğu kimi 2009-cu il aprelin 13-22-də
Azərbaycan Respublikasında əhalinin siyahıya alınması aparılmışdır.
Buna daha yaxşı hazırlaşmaq və onu müvəffəqiyyətlə aparmaq üçün
2008-ci ilin eyni vaxtında Şamaxı rayonunda sınaq siyahıyaalınması
həyata keçirilmişdir. Deməli, hər hansı bir rayonda (şəhərdə) başdan-başa
aparılan müşahidə bir növ “baş məşq” xarakteri daşıyır. Ümumiyyətlə
sınaq siyahıyaalmasının təbii şəraitinə, əhalinin tərkibinə və onun ərazi
üzrə yerləşməsinin xarakterinə görə bir-birindən fərqlənən bir neçə
rayonda aparılması məqsədəuyğundur.
Əhalinin siyahıya alınmasının müvəffəqiyyətlə aparılması və uğurla
başa çatdırılması xeyli dərəcədə onun məqsədi və əhəmiyyəti, aparılması
qaydası və müddətləri haqqında kütləvi informasiya vasitələrində yaxşı
təşkil olunmuş izahat işlərindən asılıdır. Məsələn, siyahıyaalmaya hazırlıq
dövründə qəzet və jurnallarda çoxlu sayda məqalələr və qısa məlumatlar
dərc olunmalı, radio verilişlərində izahat işləri aparılmalı, televiziya
kanallarında xüsusi filmlər nümayiş etdirilməli, internetdə ayrıca səhifə
açılmalı, kütləvi tirajla əyani vəsait və şüarlar çap olunmalı, sərgilər, vit
rinlər düzəldilməli, zərf, təqvim, avtoqələm dəsti, açıqcalar buraxılmalı,
siyahıyaalma ərəfəsində qəzetlərdə bu hadisəyə həsr edilmiş və əhalini bu
çox mühüm tədbirdə fəal iştirak etməyə çağıran baş məqalələr dərc
olunmalı, xüsusi buraxılışlar olmalıdır. Bütün bunlar siyahıyaalmanı
müvəffəqiyyətlə başa çatdırmağa imkan verə bilər.
Dostları ilə paylaş: