rayonlarında siyahıyaalmanın müəyyən edilmiş vaxtdan əw əl aparılması
məqsədəuyğundur.
Dünya ölkələrinin əksəriyyətində əhalinin siyahıya alınması haqqında
məlumatlar vərəqindən” istifadə olunmaqla ənənəvi metodla aparılır. Si-
yahıyaalma vərəqinin doldurulmasında müxtəlif üsullardan istifadə edilir.
Başqa sözlə, onu ya bu iş üçün ayrılmış xüsusi sayıcılar doldurur, yaxud
da özüqeydetmə üsulundan istifadə edilir.
Göründüyü kimi, sorğu üsu
lunda siyahıyaalma vərəqi sayıcı tərəfindən doldurulur və həmin sənəd
həmişə onda olur. Özü qeydetmə isə o deməkdir ki, siyahıyaalma vərəqi
doldurulmaq üçün əhaliyə paylanır və sayıcılara sənədin doldurulmasına
kömək göstərmələri tövsiyə olunur. Özüqeydetmə ucuz başa gəldiyinə və
əməliyyatların sürətləndirilməsinə imkan verdiyinə görə daha faydalı
hesab olunur. Lakin sorğu üsulu ölkələrin çoxunda yüksək keyfiyyətli
siyahıyaalma materiallarının əldə olunmasını təmin edir.
Siyahıyaalma vərəqində müşahidə proqramına
uyğun olaraq suallar
nəzərdə tutulur. Siyahıyaalmanın metodundan, sorğunun və materialların
sonrakı mərhələlərdə işlənməsi üsullarından asılı olaraq siyahıyaalma
vərəqinin forması müxtəlif ola bilər. Fərdi siyahıyaalma vərəqi bir nəfər
haqqında məlumatların yazılması üçün nəzərdə tutulmuşdur. Lakin
siyahıyaalma vərəqi bir mənzildə və yaxud yaşayış binasında yaşayan,
yaxud da ev təsərrüfatının bütün üzvləri haqqında məlumat toplanmasına
imkan verir. Müasir siyahıyaalmalarda bir ev təsərrüfatı haqqında məlu
mat toplanması üçün nəzərdə tutulan siyahıyaalma vərəqələrindən daha
geniş istifadə olunur.
Suallara verilən cavabların
əksəriyyəti rəqəmlərlə, bəziləri isə (milliy
yəti, məşğulluğu, iş yeri) sözlə yazılır. Məlumatların toplanması yalnız
əsas sualları özündə əks etdirən ixtisar olunmuş siyahıyaalma vərəqindən,
tam (çoxsuallı) siyahıyaalma vərəqindən istifadə olunmaqla həyata
keçirilir.
Siyahıyaalma vərəqindən istifadə olunmaqla əhalinin ənənəvi metodla
siyahıya alınması ilə yanaşı digər metodlardan da istifadə edilir. Belə ki,
dünyanın bir sıra ölkələrində siyahı (cədvəl), habelə digər inzibati mən
bələrdən və müayinələrdən (başdan-başa, yaxud da seçmə müşahidəsi)
istifadə olunur. Toplanan məlumatların hadisəni
tam əhatə etməsindən və
dəqiqliyindən asılı olmayaraq onlar tələb olunan səviyyədə “işlənmədik-
də” keyfiyyəti xeyli aşağı düşür. Odur ki, siyahıyaalma başa çatdıqdan
sonra müəyyən olunmuş müddətdə toplanmış məlumatların elmi əsaslarla
işlənməsinə xüsusi diqqət yetirmək lazımdır.
Dostları ilə paylaş: