Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Azərbaycanda əhalinin siyahıya alınması tarixindən



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə89/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   262
2-ci movzu demoqrafiya

5.6. Azərbaycanda əhalinin siyahıya alınması tarixindən
Məlum olduğu kimi, indiki müstəqil Azərbaycan təqribən 200 ilə ya­
xın bir müddətdə əvvəlcə Çar Rusiyasının, sonra isə keçmiş Sovet İttifa­
qının tərkibində olmuşdur. Odur ki, bu dövrdə əhalinin siyahıya alınması 
sahəsində görülən işlərin nəzərdən keçirilməsi az əhəmiyyət kəsb etmir.
Rusiya imperiyasında əhalinin ilk dəfə siyahıya alınması 1897-ci ildə 
9 fevral (28 yanvar) vəziyyətinə aparılmışdır. Siyahıyaalma zamanı 
şəhərlərdə özüqeydetmə, kənd yerlərində isə sorğu üsulundan istifadə 
olunmuş və aşağıdakı üç əhali kateqoriyası nəzərə alınmışdır: 1) mövcud
137


əhali; 2) daimi (oturaq) əhali; 3) təhkim olunmuş əhali. Hesablama əsas 
etibarilə mövcud əhali üzrə aparılmış, üç formada siyahıyaalma vərəqin­
dən istifadə olunmuşdur. “A ” formasında kənd icmalarmdakı XVIII-XIX 
əsrlərdəki xəzinə torpaqlarına malik olub, yardımçı işlər görmək üçün 
bütöv kəndləri ilə birlikdə xəzinə və xüsusi sənaye müəssisələrinə təhkim 
olunmuş kəndlilər nəzərdə tutulmuşdur. Kəndli təsərrüfatları (bu formanı 
hesablayıcı doldurmalı idi), “B” formasında kəndlərin daxilində sahibkar 
təsərrüfatları, xüsusi evlər və həyətlər, “V” formasında isə şəhərlərdə 
yaşayan əhali (özüqeydetmə qaydasında) siyahıya alınmışdır. Lakin əhali 
siyahıyaalma ilə əlaqədar kifayət qədər maarifləndirilmədiyinə görə hə­
min formaların çox hissəsi sayıcılar tərəfindən doldurulmuşdur. Siyahıya- 
alma vərəqələri siyahıyaalmaya kənd yerlərində 20-30 gün, şəhərlərdə isə 
5-10 gün qalmış paylanmış və doldurulmuşdur. Sonra isə şəhərlərdə 
fevralın 9 və 10-da, kənd yerlərində isə 9-12-də doldurulmuş vərəqələri 
sayıcılar toplamış və onlarda qəti zaman vəziyyətinə müəyyən düzəlişlər 
etmişlər.
Siyahıyaalma vərəqinə aşağıdakı 14 sual daxil edilmişdi: təsərrüfat və 
ailə başçısına münasibət, yaşı, cinsi, nikah vəziyyəti, hansı təbəqəyə 
(zümrəyə) aid olması, ictimai vəziyyəti və ya rütbəsi (vəzifəsi, silki), ana­
dan olduğu yer, qeydiyyatda olduğu yer, daimi yaşadığı yer (müvəqqəti 
getmişdirsə və ya müvəqqəti yaşayırsa bu barədə qeyd aparılmaqla), 
etiqad etdiyi din, ana dili, savadlılığı (oxuya bilirmi, oxumuşdurmu, təh­
sillə əlaqədar kurs qurtarmışdırmı?), məşğulluğu, sənəti, vəzifəsi və ya 
nəyə xidmət etməsi, ayrıca göstərilməli olan göstəricilər: əsas peşəsi, əsas 
yaşayış mənbəyi, əlavə yaşayış mənbəyi). Kənd yerlərində bu suala cavab 
verərkən həm də hərbi mükəlləfiyyətə münasibəti, fiziki qüsuru, yaxud da 
mənəvi sarsıntı keçirib-keçirməməsinin göstərilməsi tələb olunurdu. 
Proqramda milliyyət və məşğulluq məsələləri ilə əlaqədar suallar nəzərdə 
tutulmamışdı. Siyahıyaalma vərəqində dini etiqadı və hərbi mükəlləfiy­
yətlə əlaqədar sualların nəzərdə tutulması əhalinin müəyyən hissəsini 
qorxu altında saxlayırdı.
Siyahıyaalma materialları əsas etibarilə əl ilə işlənmişdir. Bu isə onun 
işlənmə müddətinin uzanmasına səbəb olmuşdu. Məşğulluq, ana dili və 
savadlılıqla əlaqədar suallar çox çətinliklə işlənmişdir. Siyahıyaalmamn 
materialları iki cilddə və iki dildə (rus və fransız dillərində) dərc olun­
muşdu. Müəyyən nöqsanlarına baxmayaraq əhalinin 1897-ci ildə 
aparılmış siyahıya alınması XIX əsrin axırlarında Rusiya əhalisinin sayı 
və tərkibi haqqında yeganə düzgün mənbə olmuşdur.
Bütün ölkə əhalisini əhatə edən 1897-ci ildə aparılmış siyahıyaalma
138
ilə 1926-cı ildə aparılmış siyahıyaalma arasındakı dövrdə “kiçik” siya- 
hıyaalmalar da aparılmışdır. Belə siyahıyaalmaları aparmaqda məqsəd 
əhali haqqında məhdud məlumat əldə etməkdən, yaxud da ayrı-ayrı 
ərazilər üzrə əhalinin sayının müəyyən edilməsindən ibarət olmuşdur. 
Məsələn, 1917-ci ildə kənd təsərrüfatı və şəhər siyahıyaalmaları aparıl­
mışdır. Bu siyahıyaalmalarda təsərrüfat üzvlərinin, qaçqınların, əsirlərin 
sayının, əhalinin yaşı və cinsinin müəyyən edilməsi vəzifəsi qarşıya 
qoyulmuşdu. 1918-ci ildə (2 iyun vəziyyətinə) Peterburq əhalisinin; 
1920-ci ildə (28 avqust vəziyyətinə) Vətəndaş müharibəsi şəraitində aclıq 
və dağıntıların, kənd təsərrüfatı siyahıyaalınması ilə birlikdə sənaye 
müəssisələrinin qısa uçota alınması ilə yanaşı, Sovet Rusiyası əhalisinin 
70%-ə qədərindən bir qədər çoxunu əhatə edən siyahıyaalma aparıl­
mışdır. 1923-cü ildə (15 mart vəziyyətinə) şəhərlərdə və şəhər tipli 
qəsəbələrdə əhalinin siyahıyaalınması həyata keçirilmişdir.
1926-cı ildə 17 dekabr vəziyyətinə ümumittifaq miqyasında əhalinin 
siyahıya alınması aparılmışdır. Siyahıyaalmanı yaşayış evlərini gəzməklə 
sayıcılar sorğu üsulu ilə aparmışlar. Əsas siyahıyaalma sənədi şəxsi 
vərəqə və ailə xəritəsi olmuşdur. Şəxsi vərəqədə aşağıdakı suallar nəzərdə 
tutulmuşdu: soyadı, adı, atasının adı, cinsi, yaşı, hansı xalqın nümayən­
dəsi olması, ana dili, doğulduğu yer, siyahıyaalma yerində yaşadığı 
müddət, nikah vəziyyəti, savadlılığı, fiziki çatışmazlığı, psixi durumu
məşğuliyyəti (əsas və köməkçi məşğuliyyəti ayrıca göstərilməklə), çalış­
dığı sahə, işsizlər üçün isə - işsiz qaldığı müddət, əvvəlki məşğulluğu, 
yaşamaq üçün vəsait mənbəyi (işsizlər üçün). Şəxsi vərəqədə cəmi 15 
sual, əlavə suallarla birlikdə 30-a yaxın sual nəzərdə tutulmuşdu. Əlavə 
suallar əsas etibarilə əsas və əlavə məşğuliyyət, sosial vəziyyət, peşə və iş 
yerləri ilə əlaqədar məsələlərə həsr edilmişdi.
Şəxsi vərəqə ilə yanaşı şəhərlərdə və şəhər tipli qəsəbələrdə ailə 
xəritələri də doldurulmuşdu. O, əlahiddələşmiş təsərrüfatı olan hər bir ailə 
və şəxs üzrə tərtib olunmuşdur. Bunu tərtib etməkdə məqsəd hər bir ailə­
nin tərkibini və mənzil şəraitini səciyyələndirən məlumatlar toplamaqdan 
ibarət olmuşdur. Ailə xəritəsində 20 sual nəzərdə tutulmuşdu. Yalnız 
mövcud əhalinin qeydiyyata alındığı şəxsi vərəqədən fərqli olaraq ailə 
xəritəsinə ailənin daimi üzvü olan bütün şəxslər daxil edilmişdi. Bu, 
şəhərlərdə həm mövcud, həm də daimi əhalinin sayını müəyyən etməyə 
imkan vermişdir. 1926-cı ildə aparılmış siyahıyaalma sənədlərindən biri 
də “sahiblik cədvəli” olmuşdur. Bu sənəd şəhər tipli yaşayış yerlərində 
hər bir torpaq sahəsinə və onun üzərindəki tikililərə sahib olan şəxs üzrə 
ayrılıqda tərtib olunmuş və qarşıya qoyulan məqsəd torpaqdan, tiki­
139


lilərdən, mənzillərdən və qeyri-yaşayış binalarından istifadə olunmasını 
qeydiyyata almaq, habelə şəhərlərin abadlığına xarakteristika verməkdən 
ibarət olmuşdur.
Əhali növbəti dəfə 1937-ci ildə 6 yanvar vəziyyətinə siyahıya alınmış 
və bu sorğu yolu ilə aparılmışdır. Bu siyahıyaalma zamanı ilk dəfə olaraq 
fərdi blanklardan (şəxsi vərəqələrdən) deyil, mənzillər üzrə, mənzillər 
daxilində isə ailələr üzrə doldurulan siyahı formasında blankdan istifadə 
edilmişdir. Siyahıyaalma proqramına aşağıdakı 14 sual daxil edilmişdi: 
cinsi, yaşı, milliyyəti, ana dili, dini, nikah vəziyyəti, savadı, tədris müəs­
sisəsinin adı (təhsil alanlar üçün), kurs və ya sinif, təhsil səviyyəsi, məş­
ğuliyyəti, iş yeri, ictimai qrupu. Yalnız mövcud əhali siyahıya alınmışdır. 
Siyahıyaalmanm nəticələri qabaqcadan verilmiş proqnoza uyğun gəlmə­
diyinə görə qənaətləndirici, daha dəqiq desək, düzgün hesab olunmamış­
dır. Lakin sonralar - 1990-cı illərin əvvəllərində 1937-ci ildə aparılmış 
siyahıyaalma zamanı əhalinin sayının düzgün müəyyən olunduğu sübuta 
yetirilmişdir.
1939-cu ildə əhali 17 yanvar vəziyyətinə sorğu üsulu ilə siyahıya alın­
mışdır. Və bu zaman siyahıyaalma vərəqindən istifadə edilmişdir. Siya- 
hıyaalma vərəqi bir neçə nəfər üçün nəzərdə tutulmuşdu. Siyahıyaalma- 
nm proqramına aşağıdakı 16 sual daxil edilmişdi: ailə başçısına münasi­
bəti, yaşamağın xarakteri (daimi və ya müvəqqəti), daimi yaşadığı yer və 
oradan çıxdığı vaxt (müvəqqəti yaşayanlar üçün), siyahıyaalma yerində 
olmayanlar (müvəqqəti olaraq başqa yaşayış məntəqələrinə getmişlər 
üçün), cinsi, yaşı, nikah vəziyyəti, milliyyəti, ana dili, vətəndaşlığı, 
savadı, təhsil müəssisəsinin adı və oxuduğu pillə (oxuyanlar üçün), orta 
və ya ali məktəbi qurtarması, məşğulluğu və ya yaşamaq üçün digər 
vəsait mənbəyi, iş yeri, ictimai qrupu. Mövcud və daimi əhali siyahıya 
alınmışdır. İlk dəfə sayıcıların öz sahələrindəki evlərə baş çəkmələrinə 
icazə verilmişdi. Siyahıyaalma başa çatdıqdan sonra 10 gün müddətində 
nəzarət yoxlamalar aparılmışdır. 1939-cu ildə aparılmış siyahıyaalma 
zamanı qəbul edilmiş qaydalar və metodoloji müddəalar sovet haki­
miyyəti illərində - 1959, 1970, 1979 və 1989-cu illərdə demək olar ki, 
olduğu kimi saxlanılmışdır.
1959-cu ildə əhalinin siyahıyaalınması 15 yanvar vəziyyətinə aparıl­
mışdır. Əvvəlki siyahıyaalmalardan fərqli olaraq onun materiallarının 
işlənməsi tamamilə mexanikləşdirilmiş və mərkəzləşdirilmiş qaydada 
aparılmışdır. Bu siyahıyaalma əhalinin perspektiv sayının hesablan­
masının elmi cəhətdən təşkili və əsaslandırılmasına imkan vermişdir.
1970-ci ildə də əhalinin siyahıya alınması 15 yanvar vəziyyətinə
140
aparılmışdır. O zaman ölkədə ilk dəfə əhalinin siyahıya alınmasında seç­
mə üsulundan istifadə edilmişdir. İki növ siyahıyaalma vərəqindən isti­
fadə olunmuşdur. Bunlardan birində 11 sual nəzərdə tutulmuş və hər dörd 
yaşayış evindən 3-ü üzrə doldurulmuşdur. İkincisində isə əlavə olraq 7 
sual nəzərdə tutulmaqla, hər dörd yaşayış evindən biri (25%-lik seçmə) 
üzrə tərtib olunmuşdur. Bundan başqa evlərdə və şəxsi həyətyanı 
təsərrüfatlarda məşğul olan əmək qabiliyyətli hər bir şəxs üçün ayrıca 
sorğu vərəqi, bir sıra iri şəhərlərdə gündəlik miqrasiyanı öyrənmək üçün 
işçilərin və təhsil alanların hər gün yaşadığı yerdən iş yerinə, yaxud da 
təhsil aldıqları yerə gedib-qayıtmaqla əlaqədar hərəkətlərini, yəni 
gündəlik miqrasiyanı özündə əks etdirən blank doldurulmuşdur.
1979-cu ildə əhali 17 yanvar vəziyyətinə siyahıya alınmışdır. Bu vaxt 
tamamilə yeni siyahıyaalma vərəqindən istifadə edilmişdir. Siyahıyaalma 
vərəqi həm də EHM-ə daxil edilmək üçün ilkin informasiyanın daşıyıcısı 
olmuşdur ki, bu da öz növbəsində bu işlə məşğul olan heyətin yükünün 
azalmasına, məlumatların müqayisə olunmasının sadələşdirilməsinə 
imkan vermişdir.
1989-cu ildə əhalinin siyahıya alınması 12 yanvar vəziyyətinə aparıl­
mışdır. Əvvəlki siyahıyaalmalardan fərqdi olaraq bu siyahıyaalmada ilkin 
informasiyalar EHM-ə yeni optik hesablayıcı qurğudan - “Blank-6”-dan 
istifadə olunmaqla daxil edilmişdir. Bu, əhalinin siyahıyaalma vərəqələ­
rində nəzərdə tutulan suallara verdikləri cavablan maşının oxuya biləcəyi 
rəqəm işarələri ilə kodlaşdırmağa imkan vermişdir.
SSRİ dağıldıqdan sonra indiki müstəqil dövlətlərin hamısında bir və 
ya iki dəfə əhalinin siyahıya alınması aparılmışdır. Azərbaycan Respubli­
kasında bu çox mühüm dövlət əhəmiyyətli tədbir 1999 və 2009-cu illərdə 
bayata keçirilmişdir. Hər iki halda ailə üçün nəzərdə tutulan siyahıyaalma 
vərəqindən istifadə olunmuşdur.
1999-cu ildə siyahıyaalma yanvarın 27-i vəziyyətinə aparılmış və 
siyahıyaalma vərəqində aşağıdakı suallar nəzərdə tutulmuşdu: soyadı, adı, 
atasının adı; ev təsərrüfatında (ailədə) birinci yazılmış şəxslə qohumluq 
münasibəti (əri, arvadı, oğlu, qızı, atası, anası, qardaşı, bacısı, gəlini, 
kürəkəni, qaynatası, qaynanası, babası, nənəsi, nəvəsi, digər qohumluq 
münasibətləri, qohum deyildir), cinsi, müvəqqəti qaibdir, doğulduğu tarix 
(tamam olmuş yaşı), doğulduğu yer (dövlət), milliyyəti, ana dili, vətən­
daşlığı (dövlət göstərilir), nikah vəziyyəti; əgər oxuyursa, oxuduğu tədris 
müəssisəsinin növü (ali təhsil müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, 
orta ümumtəhsil məktəbi və s.), təhsili (ali, natamam ali, orta ixtisas, 
ümumi orta, peşə təhsili, ibtidai, təhsili yoxdur, ancaq oxuyub yazmağı
141


bacarır), yaşamaq üçün gəlir mənbəyi və sosial vəziyyəti; işləyirsə əsas iş 
yerinin adı və fəaliyyət növü, peşəsi, yaxud da vəzifəsi; işləmirsə, nə 
vaxtdan işləmir və iş axtarıran, ev təsərrüfatının yerləşdiyi yaşayış bina­
sının növü (fərdi evdir, fərdi evin bir hissəsidir, aynca mənzildir, ümumi 
(kommunal mənzildir, yaşayış yeri yoxdur və s.), mənzilin avadanlığı 
(elektriki, qaz xətti, sıxılmış (balon) qazı, mərkəzi istilik sistemi, sobası, 
su xətti, kanalizasiya xətti, vanna otağı, telefonu, göstərilən şəraitin heç 
biri yoxdur), mənzilin sahəsi (ümumi sahə - kv.m., yaşayış sahəsi -
kv.m., yaşayış otaqlarının sayı və i.a.).
Göründüyü kimi suallar çox əhatəlidir və siyahıyaalma vərəqində 
məntiqi ardıcıllıqla düzülmüşdür. Başqa sözlə, suallar elə yerləşdirilmiş­
dir ki, sonrakı suallara verilən cavabların düzgünlüyünə əvvəlki suallara 
verilmiş cavablara əsasən nəzarət etmək mümkün olsun. Məsələn, nikahın 
bağlanması və təhsil adamın yaşı ilə əlaqədardır. Odur ki, yaşla bağlı sual 
nikah və təhsillə bağlı sualdan əvvəl qoyulmuşdur. Çünki adamın yaşı 
haqqında məlumata malik olduqda onun nikaha daxil olması və təhsili 
haqqında suallara verişmiş cavabların düzgün olub-olmamasına nəzarət 
etmək mümkün olur. Məşğulluq (vəzifə) da öz növbəsində təhsillə 
əlaqədardır. Ona görə də təhsil haqqında sualın məşğulluq haqda sualdan 
əvvəl qoyulması tamamilə qanunauyğundur. Siyahıyaalma materiallarının 
hər bir ailə üzrə ayrılıqda işlənməsini təmin etmək üçün ölkəmizdə 1999- 
cu ildə aparılmış siyahıyaalmada siyahıyaalma vərəqinə “ailədə birinci 
yazılmış şəxslə qohumluq münasibəti” sualı daxil edilmişdi.
Ölkəmizdə 2009-cu ildə siyahıyaalma aprelin 13-ü vəziyyətinə aparıl­
mış, siyahıyaalma vərəqində nəzərdə tutulan sualların əhatə dairəsi 
genişləndirilmiş və sualların sayı 35-ə çatdırılmışdır ki, bunların da 6-ı 
insanların sırf məişət şəraiti ilə bağlı olmuşdur.
Siyahıyaalma zamanı iki sənəddən istifadə olunmuşdur. Bunlardan 
biri “Sorğu vərəqəsi”, digəri isə “Siyahıyaalma vərəqəsi” adlandırıl­
mışdır. Sorğu vərəqəsində aşağıdakı suallar nəzərdə tutulmuşdu: 1) ev 
təsərrüfatı daxilində sıra nömrəsi, ailə daxilində sıra nömrəsi; 2) soyadı, 
adı, atasının adı; 3) ev təsərrüfatında birinci yazılmış şəxslə qohumluq 
münasibəti (əri, arvadı, oğlu, qızı, atası, anası, qardaşı, bacısı, gəlini, 
kürəkəni, qaynatası, qaynanası, babası, nənəsi, nəvəsi, nəticəsi, digər 
qohumu, qohum deyil); 4) cinsi; 5) doğulduğu tarix; 6) doğulduğu yer; 7) 
vətəndaşlığı; 8) milliyyəti; 9) ana dili; 10) nikah vəziyyəti; 11) 15 və 
yuxarı yaşlı qadınlar üçün: a) nikaha neçə yaşında daxil olub; b) 
siyahıyaalmaya qədər neçə uşaq doğub; c) onların neçəsi sağdır; 12) 
müvəqqəti qaibdir. Qaibolmanın səbəbi və qaibolma müddəti; 13) bu
142
yaşayış məntəqəsində daimi yaşayır; 14) bu yaşayış məntəqəsində nə 
vaxtdan yaşayır; 15) bundan əvvəl yaşadığı yer harada yerləşir - Azər­
baycan Respublikasının ərazisindəmi yerləşir, əgər Azərbaycan Respub­
likası ərazisində yerləşmirsə Azərbaycana gəlməkdə məqsəd - işləməyə, 
təhsil almağa, əvvəlki yaşayış yerinə qayıtmışdır, digər səbəblər; 16) 
qaçqın, yaxud da məcburi köçkün olması; 17) 2008-ci ilin aprel ayında 
yaşadığı rayonun, şəhərin, başqa ölkədirsə ölkənin adı; 18) təhsili (ibtidai 
ümumi, əsas ümumi, orta ümumi, texniki peşə, orta ixtisas, natamam ali, 
ali, diplomdan sonrakı təhsil, digər, diplom üzrə ixtisası, təhsili yoxdur); 
19) oxuyub-yazmağı bacarırmı; 20) hal-hazırda oxuyursa, oxuduğu tədris 
müəssisəsinin növü (ibtidai ümumtəhsil məktəbi, əsas ümumtəhsil 
məktəbi, orta ümumtəhsil məktəbi, peşə məktəbi, lisey, orta ixtisas təhsili 
müəssisəsi, ali təhsil müəssisəsi, aspirantura, doktorantura, digər təhsil 
müəssisəsi, heç yerdə oxumur); 21) məktəbəqədər müəssisəyə (uşaq 
bağçasına) gedirmi (məktəbə getməyən 3-5 yaşlı uşaqlar üçün); 22) 
yaşayış üçün gəlir mənbəyi (əmək fəaliyyəti nəticəsində əldə olunan 
gəlirlər, təqaüd, pensiya, əlilliyə görə pensiya, müavinətlər, işsizliyə görə 
müavinətlər, digər dövlət təminatı, əmanətlər, əmlakın icarəyə, yaxud 
kirayə verilməsindən əldə edilən gəlir, himayədədir, digər gəlir mənbə­
ləri; 23) siyahıyaalmaya bir həftə qalmış gəlir gətirən hər hansı bir fəaliy­
yətlə məşğul olması, yəni işləməsi; 24) iqtisadiyyatın hansı sahəsində 
çalışması (kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı, sənaye, tikinti, 
ticarət, nəqliyyat, rabitə və informasiya texnologiyaları, maliyyə fəaliy­
yəti, təhsil, elm, səhiyyə və sosial xidmətlərin göstərilməsi, dövlət ida­
rəetməsi, müdafiə və sosial təminat, mədəniyyət və incəsənət, digər sahə); 
25) məşğulluq statusu (muzdla işləyən, muzdsuz işləyən - şəxsi müəs­
sisədə: ailə, kəndli və ev təsərrüfatında. Fərdi qaydada, əmək haqqı 
almadan ailəyə məxsus müəssisədə; sahibkar - muzdla işçi cəlb etməklə, 
muzdla işçi cəlb etmədən; yuxarıda göstərilən məşğulluq statusuna uyğun 
deyildir; 26) məşğuliyyəti (hazırkı iş yeri üzrə peşəsi, vəzifəsi, yaxud 
yerinə yetirdiyi işin adı); 27) iş yerinin yaşadığı rayonun (şəhərin, qəsəbə­
nin, kəndin) ərazisində yerləşməsi; 28) işləmirsə, son bir ay ərzində iş 
axtarıbmı; 29) münasib iş təklif olunarsa yaxın iki həftə ərzində işə 
başlaya bilərmi?
“ Siyahıyaalma vərəqəsi”ndə (l№ -li forma) evdə yaşayanların siyahısı 
verilmiş və əslində əhalinin mənzil şəraiti öyrənilmişdir. Bununla əlaqə­
dar olaraq “Siyahıyaalma vərəqəsin”ndə aşağıdakı suallar nəzərdə tutul­
muşdur: 1) ev təsərrüfatının yerləşdiyi yaşayış binasının növü (fərdi ev­
dir, fərdi evin hissəsidir, ayrıca mənzildir, ümumi (kommunal) mənzildir,
143


idarə, müəssisə və təşkilatın inzibati binasıdır, internat evidir, uşaq evidir, 
yataqxanadır, mehmanxana otağıdır, digər yaşayış binasıdır, yaşayış üçün 
istifadə olunan qeyri-yaşayış binasıdır, çadırdır, vaqondur, yaşayış yeri 
yoxdur); 2) yaşayış binasının (mənzilin) mənsubiyyəti (şəxsi mülkdür, 
dövlət mülkiyyətidir, bələdiyyə mülkiyyətidir, mənzil və ya mənzil-tikinti 
kooperativinə və digər hüquqi şəxslərə məxsusdur, nazirliyə, idarəyə və 
təşkilata məxsusdur, başqa şəxslərdən icarəyə götürülmüşdür); 3) evin 
bayır divarlarının materialı (daş, panel, dəmir-beton, monolit-beton, kər­
pic, çiy kərpic, qarışıq materiallar, digər; 4) mənzilin abadlığı (elektrik, 
şəbəkə qazı, sıxılmış balon qazı, elektrik plitəsi, şəbəkə istilik sistemi, 
soba-qaz, odun, kömür, su xətti, digər su mənbəyi, şəbəkədən verilən isti 
su, fərdi qızdırıcı ilə verilən isti su, kanalizasiya xətti, vanna otağı, yaxud 
duş, mətbəx, telefon vasitəsi, kompüter, internetə çıxış, göstərilənlərin 
heç biri yoxdur; 5) mənzil sahəsi (ümumi sahə kv.m.), yaşayış sahəsi 
(kv.m.), yaşayış otaqlarının sayı); 6) ev təsərrüfatı (ailə) üzvlərinə məxsus 
başqa yaşayış evinin (mənzilin) mövcudluğu (ev təsərrüfatı üzvlərindən 
hər hansı birinin hazırda yaşadığı evdən başqa evi (mənzili) varmı, əgər 
varsa, onlardan neçəsi şəxsi mülkdür, sayı göstərilir.
Nəticə
- Əhalinin siyahıya alınması statistika orqanlarının ən mühüm vəzifə­
lərindən biridir. Əhalinin siyahıya alınmasının özünə məxsus bir sıra 
səciyyəvi cəhətləri vardır;
- Siyahıyaalma başdan-başa, yaxud da seçmə müşahidəsi formasında 
aparıla bilər. Çünki bunlar bir sıra sosial-iqtisadi və demoqrafik vəzifələri 
yerinə yetirməyə imkan verir;
- Əhalinin siyahıya alınması ilə əlaqədar hazırlıq işləri müxtəlif mər­
hələlərə bölünür. Bunların da hər birində müxtəlif vəzifələrin yerinə 
yetirilməsi qarşıya qoyulur;
- B i r sıra məsələləri bir daha nəzərdən keçirmək, onları təkmilləş­
dirmək məqsədilə siyahıya almadan çox-çox əvvəl sınaq siyahıyaalmaları 
aparılır. Bir növ baş məşq həyata keçirilir;
- Siyahıyaalmanı uğurla başa çatdırmaq üçün ən mühüm məsələlərdən 
biri də kütləvi informasiya vasitələrində məqsədyönlü izahat işlərinin 
aparılmasıdır;
- Statistik siyahıyaalmaların iki növü vardır. Onun birinci növündə 
formulyar müəssisədə aparılan ilk uçot məlumatlarına əsasən doldurulur. 
İkinci növündə isə formulyar qeydəalma qaydasında doldurulur. Əhalinin
144
siyahıya alınmasında ikincidən istifadə olunur;
- Əhalinin siyahıya alınmasının başlıca məsələlərindən biri də “qəti 
zaman”m müəyyən edilməsidir. Qəti zaman dedikdə ilin ayının, ayın 
gününün, günün saatının müəyyən edilməsi başa düşülür;
- Ölkələrin əksəriyyətində əhalinin siyahıya alınmasında xüsusi bir 
sənəddən - “siyahıyaalma vərəqi”ndən istifadə olunur. Həmin sənədin 
doldurulmasında iki üsuldan istifadə edilə bilər: 1) sənədi sayıcılar 
doldurur; 2) sənədi özüqeydetmə qaydasında şəxsin özü doldurur;
- Siyahıyaalmanın gedişində və o, başa çatdıqdan soma bu işin nə 
dərəcədə müvəffəqiyyətlə aparıldığını müəyyənləşdirmək üçün seçmə 
qaydasında nəzarət yoxlamalar aparılır;
- Əhalinin siyahıya alınmasının təşkili sahəsində beynəlxalq miqyasda 
müsbət təcrübə toplanmışdır. Bu təcrübədən istifadə edən ölkələrdə siya- 
hıyaalma daha uğurla həyata keçirilir;
- Azərbaycan Respublikasının da tərkibinə daxil olduğu çar Rusiya­
sında və keçmiş Sovet İttifaqında 1897, 1926, 1937, 1939, 1959, 1970, 
1979 və 1989-cu illərdə geniş proqram əsasında əhalinin siyahıya 
alınması aparılmış və bunlar bir-birindən bir sıra cəhətlərinə görə 
fərqlənmişdir;
-M üstəqil Azərbaycan Respublikasında əhalinin siyahıya alınması 
1999 və 2009-cu illərdə aparılmış və bu zaman beynəlxalq təcrübədən 
istifadə olunmuşdur.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin