həmin müəssisədə çalışan və əmək haqqı alan mülkiyyətçiləri daxildir. Hər təqvim günü üçün işçilərin siyahı sayma həmin gün həm işə çıxan, həm də müxtəlif səbəblərdən (xəstəlik, növbəti, əlavə, tədris, müdiriy yətin təşəbbüsü, hamiləlik və doğuş, uşağa qulluq edilməsi ilə əlaqədar məzuniyyətdə olduqlarına görə) işə çıxmayan işçilər daxil edilir, işi evdə yerinə yetirmək üçün müəssisə ilə müqavilə bağlamış, tətil hərəkatında iştirak edən, heç bir səbəb olmadan işə çıxmayan, tam olmayan iş günündə, yaxud da iş həftəsində işə götürülmüş şəxslər də işçilərin siyahı sayma daxil edilir. Aşağıdakı şəxslər işçilərin siyahı sayma daxil edilmir: 1) başqa təşki latlarda daimi işləyən, əvəzçiliklə işə götürülmüş şəxslər; 2) mülki-hü quqi xarakterli müqavilələr əsasında iş görənlər; 3) əmək haqqı saxlanıl madan başqa təşkilatlara göndərilən şəxslər; 4) istehsalatdan ayrılmaqla oxumağa göndərilən və həmin müəssisənin vəsaiti hesabına təqaüd alan lar; 5) müəssisə və təşkilatların işləməyən mülkiyyətçiləri; 6) təsadüf nə ticəsində baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması üçün birdəfəlik işlərin yerinə yetirilməsinə cəlb edilmiş, istehsalat təcrübəsində və stajkeçmədə olan (əmək haqqı ödənilməklə ştatda olan vəzifələrə qə bul edilməmiş) şəxslər, habelə texniki peşə təhsili müəssisələrinin şa girdləri. İşçilərin siyahı sayma dövrün hər təqvim günündə siyahıda olan işçilər daxil edilir. Bu zaman bayram və bazar günləri üzrə işçilərin sayı həmin günlərdən əvvəlki iş günündə siyahıda olan işçilərin sayma bərabər götü rülür. Bütün mülkiyyət formalarına mənsub olan iri və orta həcmli müəssisə