Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


 Azərbaycanın statistik göstəriciləri. 2009, Bakı, «Səda» nəşr. S. 93



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə96/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   262
2-ci movzu demoqrafiya

34 Azərbaycanın statistik göstəriciləri. 2009, Bakı, «Səda» nəşr. S. 93
157


3) Orta ixtisas təhsilli mütəxəssislər;
4) İnformasiyanın hazırlanması, sənədlərin tərtib olunması, uçot və 
xidmətetmə sahələrində məşğul olan qulluqçular;
5) Xidmət, mənzil-kommunal təsərrüfatı, ticarət və bunlara yaxın 
fəaliyyət növləri ilə məşğul olan şəxslər;
6) Kənd və meşə təsərrüfatı, ovçuluq, balıq yetişdirilməsi və balıq 
ovu ilə məşğul olan ixtisaslı işçilər;
7) İri və xırda sənaye müəssisələrinin, tikinti, nəqliyyat, rabitə, 
geologiya və faydalı qazıntıların kəşfiyyatı, bədii sənətkarlıqla məşğul 
olan şəxslər;
8) Operatorlar, aparatçılar, qurğu və maşınların maşinistləri, yığıcı 
çilingərlər;
9) İxtisassız fəhlələr.
Bu təsnifləşdirmə yalnız mülki işçi qüvvəsinə aiddir. Və o, milli əmək 
bazarının strukturunu əks etdirir, beynəlxalq müqayisə aparmağa yararlı 
olan informasiya əldə etməyə imkan verir. Bu təsnifləşdirmədən həm ölkə 
miqyasında, həm də sahə və regional səviyyədə istifadə oluna bilər.
İşçilərin böyük əksəriyyəti iqtisadiyyatın rəsmi bölməsində məşğul 
olur. Rəsmi bölmə dedikdə hüquqi şəxs statusu olan iqtisadi vahidlərin 
toplusu nəzərdə tutulur. Bu bölmədə məşğul olan işçilərin sayı və tərkibi 
haqqında əsas məlumat mənbəyi statistika hesabatlarıdır.
Rəsmi bölmədə fəaliyyət göstərən iqtisadi vahidləri aşağıdakı qruplara 
bölmək olar:
1) Kiçik sahibkarlığın subyekti olmayan, işçilərinin sayı 15 nəfərdən 
(və ya qanunvericiliklə müəyyən edilmiş normadan) çox olan (əvəzçiliklə 
və mülki-hüquqi xarakterli müqavilə ilə işləyənlər də daxil olmaqla) 
hüquqi şəxslər və onların əlahiddələşmiş bölmələri. Bunlar iri və orta 
müəssisələrdir və məlumatı hər ay verirlər;
2) Dövlət və bələdiyyə mülkiyyətində olan və işçilərinin sayı 15 
nəfərdən (və ya qanunvericiliklə müəyyən edilmiş normadan) az olan 
strukturlar. Onlar işçilərin sayı haqqında məlumatı rübdə bir dəfə verirlər;
3) Kiçik müəssisələr. Bunlara kiçik sahibkarlıq subyekti olan hüquqi 
şəxslər aiddir. Bunlara aşağıdakı meyarlara cavab verən kommersiya təş­
kilatlarını misal göstərmək olar: a) dövlət və bələdiyyə, habelə ictimai və 
dini təşkilatların mülkiyyətində olan müəssisə və təşkilatların nizamnamə 
kapitalında iştirak payı, tutaq ki, 25%-dən çox olmayan kommersiya təş­
kilatları; b) bir və ya bir neçə şəxsə məxsus kiçik sahibkarlıq subyekti 
olmayan, mülkiyyətdə iştirak payı 25%-dən çox olmayan kommersiya 
təşkilatları; c) sənaye və tikintidə işçilərinin sayı 40 nəfərdən və illik
158
dövriyyəsi 200 min manatdan, kənd təsərrüfatında işçilərinin sayı 15 
nəfərdən və illik dövriyyəsi 100 min manatdan, topdansatış ticarət müəs­
sisələrində işçilərinin sayı 10 nəfərdən və illik dövriyyəsi 300 min ma­
natdan və iqtisadiyyatın digər sahələrində işçilərinin sayı 5 nəfərdən və 
illik dövriyyəsi 100 min manatdan az olan kiçik sahibkarlıq subyektləri. 
Kiçik müəssisələr işçilərin sayı haqqında məlumatı rübdə bir dəfə seçmə 
qaydasında verirlər.
4) 
İctimai təhlükəsizliyi və ölkənin müdafiəsini təmin edən dövlət 
hakimiyyəti orqanları. Bunlar məşğul əhalinin sayı haqqında ümumi 
məlumatı mərkəzləşdirilmiş qaydada, adətən ildə bir dəfə verirlər.
İqtisadi vahidlər səviyyəsində işçilərin sayı və tərkibi haqqında məlu­
matlar fəhlələr, qulluqçular və tarif dərəcələri üzrə təhlil oluna bilər. Fəh­
lələrə əmtəə və xidmətlərin istehsalı ilə bilavasitə məşğul olan, maşın və 
avadanlıqları idarə edən, onlara xidmət göstərən, təmir işlərini həyata 
keçirən, yükləri və sərnişinlərin daşınması ilə məşğul olan, istehsal pro­
sesinin normal aparılması üçün müəyyən şəraiti (sahələrin tullantılardan 
təmizlənməsi, binaların qızdırılması və s.) təmin edən şəxslər aiddir. 
Qulluqçulara rəhbər işçilər və mütəxəssislər daxildir. Rəhbər işçilərə 
müəssisədə və onun struktur bölmələrində vəzifə tutan, mütəxəssislərə 
mühəndis-texniki, iqtisadi və eyni xarakterli digər işlərlə məşğul olan, 
digər qulluqçular kateqoriyasına sənədləri rəsmiyyətə salan, uçota alan, 
nəzarət və təsərrüfat xidmətlərini həyata keçirən şəxslər aid edilir.
İqtisadiyyatın müxtəlif sahələrində ayn-ayrı işçi kateqoriyaları daha 
ətraflı nəzərdən keçirilir. Bu, xüsusilə də fəhlələr kateqoriyasına aiddir. İşin 
davametmə müddətindən asılı olaraq fəhlələr daimi, müvəqqəti və 
mövsümi, yerinə yetirilən işin xarakterindən asılı olaraq əsas və köməkçi 
fəhlələrə bölünür. Əsas fəhlələr müəssisədə əsas məhsulların istehsalında 
texnoloji prosesləri həyata keçirən fəhlələr, köməkçi fəhlələrə isə əsas 
fəhlələrin yerinə yetirdikləri əmək prosesinə xidmət göstərən şəxslər 
(təmirçilər, sazlayıcılar, anbar fəhlələri və s.) aid edilir.
Müəssisə və təşkilatlarda məşğul olan işçilərin ümumi sayını müəyyən 
etmək üçün hər hansı bir tarixə (ayın, yaxud da ilin əvvəlinə və ya 
axırma, habelə xüsusi təşkil olunmuş tədqiqatın aparıldığı tarixə), yaxud 
da müvafiq dövrə həmin iqtisadi vahidlərdə çalışan işçilərin sayı 
haqqında məlumatlara malik olmaq lazımdır.
Hər hansı bir tarixə işçilərin sayını müəyyən etmək üçün onların 
siyahı sayı göstəricisindən istifadə olunur. İşçilərin siyahı sayma hesabat 
dövründə əmək müqaviləsi ilə bir gün və daha çox müddətdə müəssisədə 
işləyən daimi, müvəqqəti və ya mövsümi işləri yerinə yetirən, habelə

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin