Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İş vaxtı və ondan istifadə göstəriciləri



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə104/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   262
2-ci movzu demoqrafiya

6.7. İş vaxtı və ondan istifadə göstəriciləri
İş vaxtı fondu, onun strukturu və ondan istifadə göstəriciləri istehsal 
prosesinin təşkilinə və əmək məhsuldarlığına təsir edir. İş vaxtı statis­
tikası əmək haqqı və sosial sığorta statistikaları ilə bilavasitə əlaqədardır. 
İş vaxtı haqqında informasiya işçi qüvvəsindən istifadə müqavilələrini 
işləyib hazırlamaq və bağlamaq üçün lazımdır. Muzdla işləyən şəxslərin 
iş vaxtı əmək qanunvericiliyi ilə tənzimlənir. Qanunvericiliyə görə 
normal iş həftəsinin uzunluğu 40 saat, həddi-buluğa çatmayanlar və ağır 
şəraitdə işləyən şəxslər üçün isə həftədə 36 saat olmalıdır. Xüsusilə ağır 
şəraitdə çalışan bəzi işçi kateqoriyaları üçün iş həftəsinin uzunluğu daha 
az müəyyən edilir. Deməli, iş vaxtı dedikdə, işçinin işin fiziki cəhətdən 
yerinə yetirdiyi vaxtın uzunluğu (davam etdiyi müddət) nəzərdə tutulur.
İş vaxtının əsas ölçü vahidləri adam-gün və adam-saatdır. Təcrübədə 
adam-ay və adam-il kimi daha iri vaxt vahidlərindən də istifadə olunur. 
Lakin bunlar əslində müvafiq dövr üzrə hesablanan işçilərin orta siyahı
175


sayı göstəricilərinin ekvivalentidirlər. Adam-saat dedikdə, işçinin öz 
yerində işlədiyi bir saat nəzərdə tutulur. İşlənmiş adam-gün isə iş vaxtının 
uzunluğundan asılı olmayaraq işçinin iş yerinə gəlməsi və işə başlaması 
deməkdir.
Statistikada aşağıdakı iş vaxtı fondu bir-birindən fərqləndirilir: 1) təq­
vim üzrə iş vaxtı fondu; 2) tabel üzrə iş vaxtı fondu; 3) maksimum 
mümkün olan iş vaxtı fondu.
Təqvim üzrə iş vaxtı fondu həm adam-gün, həm də adam-saatla he­
sablanır. Adam-günlə iş vaxtı fondu hesablama aparılan dövrün bütün 
təqvim günlərində müəssisə və təşkilatlarda çalışan işçilərin siyahı sa­
yının cəminə bərabər olur. Adam-saatla iş vaxtı fondunu müəyyən etmək 
üçün isə adam-günlə iş vaxtı fondunu iş gününün normal orta uzunluğuna 
vurmaq lazımdır. O, hər bir işçi kateqoriyası üçün müəyyən edilmiş iş 
gününün normal uzunluğuna əsasən çəkili hesabi orta kəmiyyətin düsturu 
ilə müəyyən edilir.
Təqvim üzrə iş vaxtı fondu sərəncamda qalan iş vaxtını ifadə edir, 
təbiidir ki, bundan istehsal prosesində tamamilə istifadə olunması 
mümkün deyildir. Təqvim üzrə iş vaxtı fondu işə çıxılan və müxtəlif 
səbəblərə görə işə çıxılmayan adam-günlərin miqdarından ibarətdir. Buna 
uyğun olaraq təqvim üzrə iş vaxtı fondu işə çıxılan və müxtəlif səbəblər 
üzündən işə çıxılmayan adam-günlərin cəmi kimi də müəyyən edilə bilər. 
Təqvim üzrə iş vaxtı fondundan işçilərin orta siyahı sayını hesablamaq 
üçün istifadə olunur. Təqvim üzrə iş vaxtı fonduna qanunla müəyyən 
edilmiş işçilərə hər il verilən növbəti məzuniyyət, habelə bayram və 
istirahət günləri də daxildir.
Təqvim üzrə iş vaxtı fondundan istirahət və bayram günləri çıxıldıqda 
tabel üzrə iş vaxtı fondu müəyyən edilmiş olur. Tabel üzrə iş vaxtı fon­
dundan növbəti məzuniyyət günlərinin miqdarı çıxıldıqda isə maksimum 
mümkün olan iş vaxtı fondu almır. Bu, işləmək üçün mümkün olan vaxt 
deməkdir. Başqa sözlə, maksimum mümkün olan iş vaxtı fondu işçilərin 
hamısının 100% işə çıxması şəraitində işlənməsi mümkün olan iş vaxtını 
ifadə edir. O, normal iş dövrü ərzində faktiki işlənilmiş iş vaxtından və 
həmin dövrdə istifadə edilməmiş iş vaxtından ibarətdir.
Faktiki işlənilmiş vaxt müəyyən olunarkən Beynəlxalq Əmək Təşki­
latı tərəfindən bəyənilmiş beynəlxalq statistika standartlarına əsaslanılır. 
Bu standartlara uyğun olaraq faktiki işlənmiş vaxta aşağıdakılar daxil 
edilməlidir:
- normal iş dövründə faktiki işlənilmiş vaxt;
-norm al iş dövründən əlavə işlənilmiş və haqqı yüksək dərəcələrlə
176
ödənilmiş vaxt;
- iş yerinin hazırlanmasına, təmir işlərinə, avadanlıqların hazırlanması 
və onlara qulluq edilməsinə, qəbzlərin, vərəqələrin, qaimələrin doldurul­
masına sərf olunan vaxt;
- iş yerində keçirilən vaxt, boşdayanmalar, avadanlıqların dayanması, 
bədbəxt hadisələr, yaxud da iş yerində heç bir iş görülmədən (lakin 
bağlanmış müqaviləyə əsasən əmək haqqı ödənilən) keçən vaxt;
- siqaret çəkməyə, çay içməyə sərf olunan vaxt da daxil olmaqla iş ye­
rində qısa müddətli istirahətə sərf edilən vaxt.
Qeyd etmək lazımdır ki, beynəlxalq standartlara uyğun olaraq boşda­
yanmalar və iş vaxtından əlavə işlənilən vaxt da faktiki işlənilmiş vaxta 
daxildir. Boşdayanma dedikdə, işçinin iş yerində olması, lakin müxtəlif 
texniki və texnoloji səbəblərlə əlaqədar işləmədiyi vaxt nəzərdə tutulur. 
Deməli, boşdayanma işçi iş yerində olduğu halda iş vaxtı itkisi deməkdir.
İş vaxtından əlavə sərf olunan vaxt müəyyən olunmuş (və ya nəzərdə 
tutulmuş) vaxtdan əlavə işlənilən vaxta deyilir. O, həmişə ayrılıqda 
qeydiyyata alınmalıdır. Həm də qeyd etmək lazımdır ki, iş vaxtından 
əlavə iş dedikdə, əlavə olaraq müəyyən edilmiş normal vaxtdan artıq 
işlənmiş hər cür vaxt nəzərdə tutulmur. Hazırda sürətli iş qrafiki geniş 
yayılmışdır. Buna uyğun olaraq işçi öz arzusu ilə müəyyən bir limit 
daxilində iş gününün, iş həftəsinin uzunluğunda dəyişikliklər edə bilər. 
Belə bir şəraitdə qanunla, yaxud da əmək müqaviləsi ilə hər hansı bir 
dövrdə müəyyən edilmiş vaxtdan əlavə işləmək başqa bir vaxtda 
kompensasiya olunur. Həmin dövrdə üzürlü səbəbə görə istifadə olun­
mamış iş vaxtı xəstəliyə, tədrislə əlaqədar məzuniyyətdə olmaq, dövlət və 
ictimai işlərin yerinə yetirilməsi və qanunla nəzərdə tutulan digər hallarda 
işə çıxmamaqdan ibarətdir. Boşdayanmalar, müdiriyyətin icazəsi və 
özbaşına işə çıxmamaq iş vaxtı itkisi hesab olunur. İnzibati məzuniyyət 
və tam olmayan iş günü, yaxud iş həftəsi rejimində işlədikdə, habelə 
əmək münaqişələri ayrılıqda göstərilir. İş vaxtı fondu və ondan istifadə 
edilməsi haqqında ətraflı informasiyanı cədvəl 6.7-dən əldə etmək olar.
İşçi qüvvəsi balansının müəssisə səviyyəsində hər ay tərtib olunması 
məqsədəuyğundur. Üzürlü səbəblərə görə iş vaxtından istifadə olunma­
masının istiqamətləri və iş vaxtı itkisinin səbəblərinin təsnifləşdirilməsi 
istehsal proqramını real iş vaxtı imkanları ilə müqayisə etməyə imkan 
verir. Balansın məlumatlarına əsasən aşağıdakı göstəricilərin hesablan­
ması mümkündür:
1) Maksimum mümkün olan iş vaxtı fondundan istifadə əmsalı:
177


FIV
xlOO
Ə
T
m.m.f.
Burada: 
Əmm.f. -
maksimum mümkün olan iş vaxtı fondundan
istifadə əmsalı; FİV - faktiki işlənilmiş vaxt; Tmmf - maksimum 
mümkün olan iş vaxtı fondu deməkdir.
Bu göstəricidən müəssisə və onun ayrı-ayrı bölmələri səviyyəsində iş 
vaxtından istifadəni təhlil edərkən istifadə olunur.
2) Tabel üzrə iş vaxtı fondundan istifadə əmsalı
Ə
tab.f
FİV
T ta b .f
•100
Burada: Ttab f - tabel üzrə iş vaxtı fondu deməkdir

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin