i.a.); d) işverənə qarşı heç bir tələb irəli sürülmədən digər müəssisələrin
işçiləri ilə həmrəylik əlaqələrinin qurulması və onların müdafiə edilməsi;
e) hökumətin yeritdiyi iqtisadi və sosial siyasətə etirazla, yaxud da siyasi
tələb irəli sürülməsi ilə əlaqədar olan problemlər.
Əmək münaqişələri haqqmda məlumatlar hər ay toplanır. Və bu za
man aşağıdakılar nəzərə almır: 1) tətil və lokautlarm sayı; 2) əmək müna
qişələrinə cəlb edilmiş müəssisə və təşkilatların sayı; 3) əmək münaqişə
lərinə cəlb edilmiş işçilərin sayı. Tətil hərəkatı
dövründə xəstəlik və
məzuniyyətlə əlaqədar, habelə müdiriyyətin icazəsi ilə iş yerində olmayan
(özbaşına işə çıxmayan şəxslər də daxil olmaqla) şəxslər həmin müddətdə
əmək münaqişələrinə cəlb edilənlərin tərkibinə daxil edilməməlidir.
Əmək münaqişələrinin davam etdiyi müddət günlə, iş vaxtı itkisi isə
adam-gün və adam-saatla, münaqişəyə dolayısı ilə cəlb edilmiş işçilərin
sayı (nəqliyyatın işinin pozulması, xammalın, yanacağın və enerjinin
olmaması və i.a.) və müəssisənin məhsul istehsalı
ilə əlaqədar düçar
olduğu itkinin məbləği və s. müəyyən olunur.
Əmək münaqişələrinin sayı müəyyən olunarkən aşağıdakı meyar əldə
rəhbər tutulur. Başqa sözlə, aşağıdakı hallar bir tətil hesab olunur:
1) Bir müəssisənin, yaxud da təşkilatın eyni vaxtda bir əmək
münaqişəsi ilə əlaqədar bir qrup işçinin işi müvəqqəti dayandırmaları;
2) Müxtəlif müəssisələrdə çalışan bir qrup işçinin eyni vaxtda həya
ta keçirdikləri bir əmək münaqişəsi ilə (məsələn, əmək
haqqının
verilməsinin gecikdirilməsi) əlaqədar olaraq işin müvəqqəti dayandırıl
ması;
3) Bir müəssisədə, yaxud da müxtəlif müəssisələrdə çalışan işçilərin
cəlb olunduğu bir münaqişə ilə əlaqədar olaraq işin müvəqqəti dayan
dırılması. Bu zaman işin müvəqqəti dayandırılması müxtəlif vaxtlarda baş
verir. Lakin işin dayandırıldığı vaxtlar arasındakı müddət iki aydan çox
olmur.
Analitik məqsədlər üçün əmək münaqişələri
haqqmda məlumatlar
aşağıdakı istiqamətlər üzrə işlənir:
1) əmək münaqişələri başvermə səbəblərinə görə qruplaşdırılır. Hər
qrupda münaqişəyə cəlb olunan müəssisə və təşkilatların, münaqişə işti
rakçılarının sayı və itirilmiş iş vaxtının (adam-günlə) miqdarı müəyyən
edilir;
2) bu məlumatlar sahələr, regionlar və bütövlükdə iqtisadiyyat üzrə
də işlənir;
3) əmək münaqişələrinin davametmə müddəti onların və iştirakçıla
rın sayı, işin dayandırılması nəticəsində itirilmiş adam-günlərinin miqdarı
184
ilə qarşılıqlı əlaqədə öyrənilir;
4)
analitik məqsədlər üçün bir tətil hərəkatına orta hesabla cəlb edil
miş işçilərin, işlənilməmiş vaxtın miqdarı, bir tətilin davametmə müddəti
hesablanır.
Əmək münaqişələri haqqında məlumatları beynəlxalq səviyyədə mü
qayisə etmək üçün aşağıdakı göstəricilərdən istifadə olunması
məsləhət
görülür:
1) münaqişə nəticəsində hər 1000 işçiyə düşən iş vaxtı itkisi (İ):
j _ Münaqişə nəticəsində iş vaxtı itkisi ^ ^
İşç ilə rin o rta siy a h ı sayı
2) işçilərin hər 1000 nəfərinə düşən münaqişədə iştirak edənlərin sayı
(Ə):
M ü n a q iş ə d ə iş tir a k e d ə n işçilərin say ı
x
^
qqq
İ şç ilə rin o r t a s iy a h ı sayı
Bu göstəricilər iqtisadiyyatın münaqişə baş verdiyi sahələri üzrə
hesablanır.
Ayrı-ayrı ölkələrdə tətil hərəkatlarının əsas səbəbləri əmək haqqının
verilməsinin ləngidilməsi, əmək haqqının yüksəldilməsinin tələb olun
ması, kollektiv əmək müqavilələrində nəzərdə tutulan şərtlərin pozulması
və s. ibarətdir.
Dostları ilə paylaş: