Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə109/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   262
2-ci movzu demoqrafiya

192
VII FƏSİL
ƏMƏK HAQQI VƏ İŞ QÜVVƏSİNİN DƏYƏRİ STATİSTİKASI
7.1. Əmək haqqı statistikasının vəzifələri
Əmək haqqı müəssisə və təşkilatlarda işçilərə istehsal edilmiş məhsu­
lun, göstərilmiş xidmətin və işlənmiş vaxtın müqabilində pul və natura 
formasında hesablanan (vergilər çıxılana qədər) muzda deyilir. Əmək 
qanunvericiliyinə və kollektiv əmək müqaviləsinə uyğun olaraq işçilər 
hər il növbəti məzuniyyətə buraxıldıqda, işləmədiyi bayram və başqa 
günlər üçün verilən, habelə əmək şəraiti ilə əlaqədar bütün ödənişlər də 
əmək haqqına daxildir.
Əmək haqqı iş qüvvəsinin dəyərinin başlıca tərkib ünsürlərindən 
biridir. Odur ki, onu aşağıdakı kimi də müəyyən etmək olar. Əmək haqqı 
iş qüvvəsinin dəyərini ifadə edir. Başqa sözlə, əmək haqqı iş qüvvəsinin 
təkrar istehsalı və istehsalın səmərəli fəaliyyət göstərməsinin təmin olun­
ması üçün tələb edilən yaşayış vasitələrinin dəyərini ifadə edir. İş qüvvə­
sinin dəyəri əmək haqqı formasında təzahür edir və əmək bazarında kon­
yunkturadan asılı olaraq dəyişə bilər. Bunlara uyğun olaraq əmək haqqı 
və iş qüvvəsinin dəyəri statistikası aşağıdakı vəzifələri yerinə yetirir:
- əmək haqqı fondunu və sosial xarakterli ödənişləri müəyyən edir;
- əmək haqqı fondunun tərkibi və strukturunu təhlil edir;
- işçilərin orta nominal əmək haqqını və orta gəlirlərini müəyyən edir;
- nominal və real əmək haqqının dinamikasını öyrənir;
- ayrı-ayrı peşə qrupları üzrə əmək haqqının kəmiyyətini hesablayır;
- iş qüvvəsinin dəyərini müəyyən edir.
7.2. Əmək haqqı fondunun tərkibi
Əmək haqqı fonduna müəssisə və təşkilatlarda işlənmiş və işlənməmiş 
vaxtın müqabilində işçilərə pul və natura formasında hesablanan əmək 
haqqı; əməyin stimullaşdırılması, iş rejimi və əmək şəraiti ilə əlaqədar 
əlavə ödənişlər daxildir. İşçilərin yemək, mənzil və yanacaqla təmin olun­
ması ilə əlaqədar sərf olunan xərclər də əmək haqqı fonduna daxil edilir.
İşlənmiş vaxta görə ödənişlərə aşağıdakılar aiddir;
- tarif dərəcəsinə, vəzifə maaşına, götürə işə görə, habelə məhsul satı­
şından əldə edilən vəsaitdən faizlə hesablanan əmək haqqı;
193


- natura formasında ödənilmiş məhsulların dəyəri;
- ödənilmə mənbəyindən asılı olmayaraq daimi, yaxud da vaxtaşırı 
xarakter daşıyan mükafatlar;
- işçiləri stimullaşdırmaq məqsədilə tarif dərəcələri və vəzifə maaş­
larına (peşə ustalıqlarına, qarışıq vəzifələrdə işlədiklərinə görə və i.a.) 
edilən əlavələr;
- əmək haqqı vaxtında ödənilmədikdə və istehlak səbətinin dəyəri art­
dıqda indeksləşdirmədən əmələ gələn məbləğlər;
- iş rejimi və əmək şəraiti ilə əlaqədar əlavə ödənişlər (insanların səh­
həti üçün zərərli işlərdə və təhlükəli şəraitdə, gecə vaxtı və iş vaxtından 
artıq işlədikdə, habelə bayram və istirahət günləri üçün işçilərə verilən 
əlavə ödənişlər).
İşlənilmiş vaxta görə əmək ödənişlərinə əvəzçiliklə işə qəbul edilmiş və 
işçilərin siyahı sayma daxil edilməyən şəxslərə verilən əmək haqqı aiddir. 
İşçilərin siyahı sayma daxil edilməyən işçilərə verilən əmək haqqı statistik 
hesabatlarda əmək haqqı fondunun tərkibində deyil, ayrıca göstərilir.
İşlənilməmiş vaxta görə əmək haqqı müxtəlif ödənişlərdən (iş günü 
ərzində işlənilməmiş saat, işlənilməmiş adam-gün) ibarətdir. Buna aşa­
ğıdakılar daxildir:
- hər il növbəti və əlavə məzuniyyət günləri üçün ödənişlər;
- kollektiv müqaviləyə əsasən verilən (qanunvericilikdə nəzərdə 
tutulan məzuniyyət günlərindən başqa) əlavə məzuniyyət günləri üçün 
ödənişlər;
- istehsalatdan ayrılmadan təhsil alan işçilərə verilən məzuniyyət 
günləri və yeni peşə hazırlığı ilə əlaqədar ödənişlər;
- dövlət və ictimai işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərin 
əməyinin ödənilməsi;
- xəstəliyə görə işə çıxılmayan günlər üçün müəssisənin vəsaiti hesa­
bına ödənişlər (əmək qabiliyyətini müvəqqəti itirdikdə məcburi tibbi 
sığorta fondundan verilən vəsaitdən başqa);
-m üdiriyyətin təşəbbüsü ilə tam iş günü işləmədikdə işçilərə müəs­
sisə vəsaitindən verilən ödənişlər;
- müəssisədə işin təşkilində yol verilən nöqsanlara görə boş dayanma- 
yanlar üçün ödənişlər və i.a.
Birdəfəlik stimullaşdırıcı amillərə aşağıdakılar daxildir: 1) birdəfəlik 
verilən mükafatlar; 2) ilin yekunlarına görə verilən əlavə əmək haqqı; 3) 
xidmət illərinə görə verilən əmək haqqı; 4) istifadə olunmamış məzuniy­
yət günləri üçün ödənişlər; 5) məzuniyyət verilərkən əlavə ödənişlər; 6)
194
bütün işçilərə, yaxud da onların əksəriyyətinə edilən maddi yardımlar; 7) 
həvəsləndirici tədbir kimi işçilərə pulsuz verilən səhmlərin dəyəri və s.
İşçilərin yemək, mənzil və yanacaqla təmin edilməsi ilə əlaqədar xərc­
lərə aşağıdakılar aiddir: a) qanunvericiliyə uyğun olaraq iqtisadiyyatın 
ayrı-ayrı sahələrində işçilərə pulsuz verilən yeməyin və məhsulun dəyəri; 
b) işçilərə qanunvericilikdə nəzərdə tutulduğundan artıq pulsuz, yaxud da 
güzəştli şərtlərlə verilən yeməyin dəyəri; c) qanunvericiliyə uyğun olaraq 
ayrı-ayrı sahələrdə işçilərə pulsuz verilən mənzilin dəyəri, yaxud da 
mənzil pulsuz verilmədikdə pul formasında ödənilən kompensasiyalar; d) 
işçilərə pulsuz verilən yanacağın dəyəri.
Əmək haqqı fondu ay, rüb və il üzrə hesablanır. İllik əmək haqqı 
fondu aylar üzrə əmək haqqı fondunun cəminə bərabərdir. İstər müəssisə 
və təşkilatlar, istərsə də sahələr və bütövlükdə iqtisadiyyat üzrə orta əmək 
haqqının səviyyəsi əmək haqqı fonduna əsasən müəyyən edilir. Əmək 
haqqı fondu barədə məlumat iş qüvvəsinin dəyərini müəyyənləşdirmək, 
MHS-də gəlirlərin əmələ gəlməsi və bölgüsü hesablarını tərtib etmək, 
bölgü metodu ilə ÜDM-i hesablamaq üçün lazımdır. Əmək haqqı fondu 
barədə məlumatdan istər bütövlükdə iqtisadiyyat, istərsə də onun ayrı- 
ayrı sahələri və bölmələri səviyyəsində sahələrarası balansın tərtib 
olunması, iqtisadiyyatın strukturunu, iqtisadi artımı və əhalinin həyat 
səviyyəsini təhlil etmək üçün ekonometrikanın istehsal funksiyaları və 
digər modellərinin işlənib hazırlanmasında geniş istifadə edilir. Sərf 
olunan əməyin haqqının ödənilməsi ilə əlaqədar xərclər məhsulların 
istehsalına çəkilən xərclərin ən mühüm, iqtisadiyyatın bəzi sahələrində 
hətta çox böyük xüsusi çəkiyə malik olan ünsürlərindən biridir.
Müəssisələrdə əmək haqqı fondu ayrı-ayrı işçi kateqoriyaları üzrə 
müəyyən olunur. Ayrı-ayn işçi kateqoriyaları üzrə əmək haqqı fondunun 
strukturunda müxtəliflik vardır. Müxtəlif iqtisadi fəaliyyət sahələrində 
əmək haqqının strukturunu təhlil edərkən istər bütün işçi heyəti, istərsə də 
onun ayrı-ayrı kateqoriyaları üzrə bu fərqlər daha da artır. Sahələr üzrə 
əmək haqqı fondunun strukturu haqqında məlumatlardan əmək sahəsində 
siyasətin işlənib hazırlanması və kollektiv müqavilələrin bağlanmasında 
istifadə olunur.
Statistikada əmək haqqına daxil edilməyən sosial xarakterli ödənişlər­
dən də bəhs olunur. Beynəlxalq tövsiyələrə uyğun olaraq sosial ödənişlərin 
bir hissəsi milli hesablarda əsas etibarilə “Sosial sığorta ayırmaları (faktiki 
və hesablanan)” maddəsində öz əksini tapır. Sosial xarakterli ödənişlərin 
bir hissəsi əmək haqqına daxil edilməsələr də, onlar bu və ya digər 
dərəcədə muzdlu işçilərin gəlirlərinin formalaşmasında iştirak edirlər.
195


Sosial xarakterli ödənişlərə aşağıdakılar aiddir:
-m üəssisənin vəsaiti hesabına burada çalışan işçilərin pensiyalarına 
edilən əlavələr, yaxud da yeni pensiyaya çıxan işçilərə edilən birdəfəlik 
yardımlar;
- bağlanmış sığorta müqaviləsinə əsasən işçilərə müəssisənin vəsaiti 
hesabma verilən sığorta ödənişləri;
- könüllü tibbi sığortaya ödənilən üzvlük haqqı və müəssisənin vəsaiti 
hesabma onun işçilərinə səhiyyə təşkilatlarının göstərdikləri xidmətin 
dəyərinin ödənilməsi;
- əmək müqaviləsi dayandırıldıqda verilən işdən çıxarma pulu (son 
hesablaşma pulu) və müəssisə ləğv olunduqda, yaxud da ştatlar ixtisar 
edildikdə işdən çıxarılmış işçilərə ödənilən məbləğlər;
- işə gedib-qayıtma xərclərinin ödənilməsi, ailə vəziyyəti ilə əlaqədar 
birdəfəlik maddi yardım;
- müəssisələrin göndərişi ilə gündüz ali və orta ixtisas təhsili müəs­
sisələrinə oxumağa göndərilmiş işçilərə verilən təqaüdlər; digər xərclər və 
ödənişlər.
Sosial xarakterli ödənişlərin bir hissəsi qüvvədə olan əmək qanunve­
riciliyinə əsasən, çox hissəsi isə müdiriyyətlə əməkçi təşkilatları (o cüm­
lədən həmkarlar ittifaqları təşkilatları) arasında bağlanmış əmək müqavi­
lələri əsasında həyata keçirilir. Müəssisələrin işçiləri əmək haqqı fondu və 
sosial xarakterli ödənişlərlə yanaşı səhmlərə, habelə təşkilatın mülkiyyə­
tində iştiraka görə də gəlir əldə edə bilər. Müəssisələr pensiya fonduna, 
sosial sığorta fonduna və məcburi sığortaya, dövlət məşğulluq fonduna 
müəyyən ödənişləri həyata keçirir. Müəssisələrdə işçilərə pulsuz, yaxud 
da güzəştli şərtlərlə paltar, xüsusi geyim və ayaqqabı, müalicə-profilak­
tika yeməkləri verilir, tədris, mədəni-kütləvi, idman və digər tədbirlərin 
həyata keçirilməsi üçün bina icarəyə götürülür və s.
Müəssisə və təşkilatların çəkdikləri bu xərclər haqqında informasiya 
işçilərin ümumi gəlirlərinin müəyyən edilməsi və MHS-də müvafiq 
hesabların tərtib olunması, habelə iş qüvvəsinin dəyərinin hesablanması 
üçün lazımdır.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin