6.9. Əmək miqrasiyası statistikası
Əhalinin, xüsusilə də əmək ehtiyatlarının sürətlə hərəkət etməsi həm
işsizlik səviyyəsinin yüksək olduğu, həm də işçi qüvvəsinin azlıq etdiyi
regionlarda istehsal proseslərinin səmərəli idarə edilməsi və bu əsas üzə
rində iqtisadi səmərəliliyin yüksəldilməsi ilə əlaqədar bir sıra tədbirlərin
həyata keçirilməsini zəruri edir. Bu, həm də əmək miqrasiyasına aiddir.
Əmək miqrasiyası ölkənin sosial-iqtisadi vəziyyətinə fəal təsir göstərir.
Bu, öz ifadəsini ÜDM-in və məşğulluğun artmasında, həyat səviyyəsinin
yüksəldilməsində tapır. Əks əlaqə də mövcuddur, başqa sözlə, siyasi
sabitlik pozulduqda, istehsalın səviyyəsi aşağı düşdükdə miqrantların
ölkəyə gəlməsi azalır.
Miqrasiyanın ölkənin sosial-iqtisadi inkişafına təsirini öyrənərkən
onun həm müsbət, həm də mənfi cəhətlərini nəzərə almaq lazımdır. Mə
185
sələn, birmənalı şəkildə demək olar ki, başqa ölkələrdən gələn işçi qüv
vəsi əmək bazarında gərginlik yaradır, yerli işçilərin əmək haqqının azal
masına səbəb olur, işsizliyi artırır. Məlum olduğu kimi, işçi qüvvəsinin
immiqrasiyası milli əmək bazarındakı konkret şəraitlə əlaqədardır, sahə
və region çərçivəsində tələblə təklif arasındakı uyğunsuzluğu aradan
qaldırmaqla tarazlıq yaradır.
Bununla birlikdə immiqrasiya proseslərinin, xüsusilə də qeyri-fəal
immiqrasiyanın mənfi cəhətləri də vardır. Belə ki, qeyri-fəal immiqrantlar
bəzi hallarda gəldikləri ölkədə qeyri-qanuni kommersiya fəaliyyəti ilə
(qaçaqmalçılıqla silah və ya narkotik maddələrin gətirilməsi və s.) məşğul
olmaqla iri şəhərlərdə, sərhədyanı ərazilərdə, ayrı-ayrı etnik qrupların
yığcam yaşadığı rayonlarda kriminal vəziyyət yaradırlar.
Əmək miqrasiyasınm dəqiq və tam nəzarətdə saxlanması xeyli dərə
cədə hüquqi bazanın vəziyyətindən asılıdır. MDB ölkələrində ümumi
əmək bazarının mərhələli şəkildə formalaşdırılması, işçi qüvvəsinin
sərbəst yerdəyişməsi üçün şərait yaradılması sahəsində görülən ilk
tədbirlərdən biri 1994-cü ildə əmək miqrasiyası və miqrantların sosial
müdafiəsinin təşkili haqqında əməkdaşlığa dair razılaşma olmuşdur. Bu
razılaşmada aşağıdakı məsələlərin tənzimlənməsi nəzərdə tutulmuşdur:
işçilərin əmək fəaliyyətinə cəlb edilməsi qaydaları; diplomların, iş stajı
nın tanınması; əmək gəlirlərindən vergitutulmalar; sosial təminat; tibbi
xidmət və i.a. Lakin qeyd etmək lazımdır ki, razılaşmanın bir çox müd
dəaları de-yure mövcud olmuş, de-fakto isə istifadə olunmamışdır.
Əmək miqrasiyası iş yerinin dəyişməsi ilə əlaqədar olaraq məşğul əha
linin yerdəyişməsi deməkdir. Məlum olduğu kimi, daxili və xarici əmək
miqrasiyaları bir-birindən fərqlənir. Ölkə daxilində əmək miqrasiyasının
statistik təhlili əmək üzrə cari və illik hesabatlara əsaslanır. Bu zaman işçi
qüvvəsinin miqrasiyasının (hərəkətinin) miqyası və istiqamətləri region
lar (şəhər və kəndlərə ayrılmaqla), sahələr və mülkiyyət formaları üzrə
müqayisə aparılması və gələn (artma) və gedənlərin (azalma) sayının
saldosunun müəyyən edilməsi yolu ilə həyata keçirilir. Əmək ehtiyatla
rının hərəkəti xüsusi təşkil olunmuş seçmə müşahidəsinin köməyilə daha
dərindən öyrənilə bilər. Bunun vasitəsilə işçi qüvvəsinin miqrasiyası
(axıcılığı), onun sahələr və bölmələr arasında yenidən bölgüsü prosesində
meydana çıxan səbəb-nəticə əlaqələrini təhlil etmək mümkün olur.
Əmək miqrasiyasının növlərindən biri gündəlik miqrasiyadır. Bu,
işçinin hər gün iş yerinə getməsi və iş yerindən evinə qayıtmasını ifadə
edir. Gündəlik miqrasiyanın saldosu (qalığı) həmin regiona işə gələnlərin
sayı ilə həmin regiondan başqa regiona işə gedənlərin sayı arasındakı fərq
186
kimi müəyyən edilir. Gündəlik miqrasiya həmin ərazi vahidində işçi qüv
vəsinin formalaşması mənbələrindən biridir. Onun həcmi və istiqamətləri
müəyyən dərəcədə ölkənin ayrı-ayrı regionlarında işçi qüvvəsi artıqlığı
nın olmasını, yaxud da çatışmadığım qiymətləndirməyə imkan verir. Bu
informasiyalardan isə haqqında danışılan prosesi tənzimləmək üçün
istifadə edilir.
Gündəlik miqrasiya haqqında məlumatları işləyən şəxslərin iş və
yaşayış yerləri üzrə ayrılıqda başdan-başa aparılan birdəfəlik uçotaalın-
masınm materiallarına əsasən müəyyən etmək olar. Gündəlik miqrasiya
nın miqyası haqqında informasiya mənbələrindən biri də ev təsərrüfat
larının məşğulluq problemləri üzrə seçmə müayinəsi nəticəsində əldə
edilən materiallar ola bilər.
Xarici əmək miqrasiyası əhalinin iqtisadi fəaliyyətlə məşğul olmaq
üçün ölkədən başqa ölkələrə getməsinə deyilir. Əmək miqrasiyasının sayı
və axını, əhalinin cinsinə, yaşma, peşələrinə, iqtisadi fəaliyyət növlərinə
görə bölgüsü haqqında məlumatlara müasir dövrdə daha böyük ehtiyac
vardır.
Xarici ölkələrdən işçi qüvvəsinin ölkə iqtisadiyyatına cəlb edilməsinin
müxtəlif formaları vardır. Bu formalardan istifadə olunması öz əksini
statistika hesabatlarında tapır. Statistika hesabatlarını tərtib edərkən aşağı
dakı əsas anlayış və müddəalardan istifadə olunur:
- xarici əməkçi - miqrantlar. Bunlar öz ölkələrindən kənarda, yaxud
da xarici işverənlərlə bağlanmış mülki-hüquqi müqavilələr əsasında işin
yerinə yetirilməsini (xidmət göstərilməsini) həyata keçirən vətəndaşlar
dan ibarətdir. Əməkçi-miqrantlar adətən qısa müddətə cəlb olunurlar.
Lakin iqtisadi fəaliyyətlə məşğulolma müddəti uzadıla bilər;
- mövsümi işçilər. Bunlar xarici ölkələrdə işverənlərin təşkil etdikləri
istehsal prosesinin mövsümi xarakter daşıması ilə əlaqədar öz ölkələrin
dən kənara işləməyə gedən şəxslərdir. Onların yerinə yetirdikləri işlər
ilin müəyyən hissəsində həyata keçirilir;
- sərhədyanı işçilər. Bunlar hər gün və ya hər həftə daimi yaşadığı
yerə qayıtmaq şərtilə əmək fəaliyyətini həyata keçirmək üçün yaşadığı öl
kədən qonşu ölkənin ərazisinə keçən şəxslərdən ibarətdir. Sərhədyanı
işçilər əslində gündəlik miqrantlara bənzəyir. Çünki xarici işverənin ya
nında işləməyinə baxmayaraq hər gün və ya hər həftə daimi yaşadığı
ölkəyə qayıdır. Başqa ölkələrdə yaşayan və ya digər ölkələrə işləməyə
gedib və geri qayıdan şəxslər də sərhədyanı işçilərə aiddir.
- muzdla işləyən stajçılar. Bunlara özlərinin peşə səviyyələrini yük
səltmək məqsədilə xaricdəki işverənlərin yanında muzdla çalışan işçilər
187
aid edilir. Stajkeçənlər iqtisadi fəal miqrantların xüsusi qrupudur. Ona
görə ki, onların xaricdə işləməkdə əsas məqsədləri ixtisaslarım yüksəlt
məkdir. Lakin buna baxmayaraq onların yerinə yetirdikləri işlərin əhə
miyyəti danılmazdır. Bunun əhəmiyyəti stajkeçən stajlı işçi olduqda
xüsusilə artır.
MDB ölkələrində beynəlxalq əmək miqrasiyası üzərində statistik
müşahidənin aparılmasına 1995-ci ildən başlanılmışdır. Hazırda bu
ölkələrdə əsas informasiya mənbəyi müəssisələrin məlumatlarıdır. Ölkə
vətəndaşlarının xaricdə gördükləri işlərdə statistik müşahidənin obyekti
xarici ölkə vətəndaşlarının əməyindən istifadə etməyə icazə (lisenziya)
almış və podrat müqaviləsi bağlamış hüquqi şəxslərdən (müəssisə və
təşkilatlar) ibarətdir. Xarici işçi qüvvəsini cəlb edən statistik müşahidə
obyekti hüquqi şəxslər və onların əlahiddələşmiş bölmələri və xüsusi
icazəsi olan fiziki şəxslərdir. Azərbaycanda əmək miqrasiyası üzərində
nəzarəti Respublika Miqrasiya xidməti həyata keçirir.
Əmək miqrasiyası ilə əlaqədar tərtib olunan müşahidə sənədlərində bir
sıra göstəricilər nəzərdə tutulmuşdur. Sənədin xaricdə işləyən milli kadr
lar hissəsində ölkədən xaricə getmiş şəxslərin yaş tərkibi, hansı ölkələrə
getmələri, işin müddəti, iqtisadiyyatın sahəsi, peşəsi və miqrantların kate
qoriyaları (cəlb olunma forması) göstərilir. Milli iqtisadiyyatda məşğul
olan xarici vətəndaşlar hissəsində onların yaş tərkibi, iqtisadiyyatın sa
həsi, hansı ölkələrdən gəlmələri, cəlbolunma və işədüzəlmə formaları
qeyd edilir.
Bunlar əmək miqrasiyası üzrə aşağıdakı informasiyaların hazırlanma
sına imkan verir: ölkədən kənarda çalışan işçilərin (işçiləri qəbul edən öl
kələr üzrə) sayı üzrə; iqtisadiyyatın sahələri üzrə (işçi-miqrant, mövsümi
işçilər, stajkeçənlər və i.a.) üzrə; ölkədən gedən anda peşə tərkibi. Əcnəbi
işçilər haqqında ayrı-ayrı ölkələr, onların haradan gəlmələri, iqtisadiy
yatın sahələri, cəlbolunma formaları (məsələn, DIN-nin icazəsinə uyğun
olaraq, yaxud da icazə tələb olunmayan formalarda), işədüzəlmə qayda
ları (xarici hüquqi şəxslərlə bağlanmış podrat müqavilələrinin, həmin
ölkənin hüquqi və fiziki şəxsləri ilə əcnəbi vətəndaşlar arasındakı əmək
müqavilələrinin reallaşdırılması çərçivəsində və i.a.) üzrə məlumatlar
hazırlanır.
Miqrasiya proseslərinin tənzimlənməsi aşağıdakıların müəyyən
olunmasını zəruri edir:
- işçi qüvvəsinin cəlb edilməsi, istiqamətləndirilməsi, işə düzəldilmə
sinin təşkili formalarının müəyyən edilməsi;
- əcnəbi işçi qüvvəsinin cəlb olunacaq iqtisadiyyatın və fəaliyyət
188
növlərinin prioritet sahələrinin müəyyən edilməsi;
- işçi qüvvəsinə olan ümumi tələbat haqqında proqnoza əsasən yaradı
lacaq iş yerlərinin baş sxeminin işlənib hazırlanması;
- ölkənin demoqrafik potensialı, kvotalaşdırma mexanizminin təkmil
ləşdirilməsi, müəyyən peşələr üzrə ixtisaslı kadrların cəlb olunması
nəzərə alınmaqla maliyyə-iqtisadi “vasitə”lərin yaradılması;
- beynəlxalq tələblər nəzərə alınmaqla əmək şəraiti və onun mühafizə
si sahəsində bir-biri ilə əlaqələndirilməsi mümkün olan tədbirlər siste
minin müəyyən edilməsi;
- miqrantların sərhədyanı zonalarda sadələşdirilmiş qaydada işləmələ
rinə imkan verən xüsusi saziş (müqavilə) bağlanması.
Əmək miqrasiyasının miqyasına qiymət vermək üçün aşağıdakı
mənbələrdən istifadə oluna bilər:
1) əhalinin siyahıyaalma məlumatları;
2) informasiyaların inzibati mənbələri;
3) əmək miqrasiyası məsələləri ilə əlaqədar ölkələrin qarşılıqlı
əlaqələri.
Nəticə
- əmək bazarı statistikasının əsas anlayışlarına iqtisadi fəal əhali, məş
ğulluq və işsizlik, iş vaxtı və ondan istifadə, əmək münaqişələri və s.
daxildir;
- bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq ölkəmizdə əmək statis
tikasının göstəricilər sistemində və onların hesablanması metodologi
yasında ciddi dəyişikliklər baş vermişdir;
- əmək bazarı statistikası bir sıra çox mühüm vəzifələri yerinə yetirir;
- məşğul və işsiz əhali ikisi birlikdə “iqtisadi fəal əhali”ni əmələ
gətirir;
- əmək bazarı statistikasında “əhalinin iqtisadi fəallığı”, “məşğulluq”,
“işsizlik” əmsalları hesablanır;
- beynəlxalq miqyasda müqayisə aparmaq üçün məşğul əhalinin
sayının müəyyən edilməsində müxtəlif metodlardan istifadə olunur;
- iqtisadi fəal əhali kateqoriyası ilə yanaşı, iqtisadi qeyri-fəal əhali
kateqoriyası da vardır və o, müxtəlif cəhətlərdən öyrənilir;
-ə h a li məşğulluq statusuna görə 1993-cü ildə qəbul edilmiş
beynəlxalq standartlara uyğun olaraq təsnifləşdirilir və bu zaman müxtəlif
işçi kateqoriyalarından istifadə olunur;
189
- məşğul əhali ilə yanaşı işsiz əhali də təsnifləşdirilir;
- iqtisadiyyat rəsmi və qeyri-rəsmi bölmələrə ayrılır. Bu bölmələrdə
fəaliyyət göstərən iqtisadi vahidlər müxtəlif əlamətlərə görə qruplaş
dırılır;
- əmək bazarı statistikasında işçilərin siyahı sayı, orta siyahı sayı,
kənardan cəlb edilmiş əvəzçiliklə işləyənlərin, mülki-hüquqi xarakterli
müqavilə əsasında iş görənlərin orta sayı və s. göstəricilər hesablanır. Bu
zaman müxtəlif metodlardan istifadə edilir;
- ayrı-ayrı ölkələrdə qeyri-rəsmi bölmədə məşğulluğun hüdudlarının
müəyyən edilməsində bir sıra fərqlər vardır. Lakin bütün ölkələrdə bu
sahədə vahid meyardan istifadə edilməsi tövsiyə olunur;
- qeyri-rəsmi bölmədə məşğul olan əhali bir sıra əlamətlərə (yaşayış
yerlərinə, şəhər və kənd əhalisi, məşğulluq statusuna, demoqrafik xüsu
siyyətlərinə - cins və yaşa, təhsil səviyyəsinə) görə qruplaşdırılır;
- əmək ehtiyatlarına olan tələbatın və onun təmin olunması mənbə
lərinin öyrənilməsində balans metodundan geniş istifadə olunur. Əmək
ehtiyatları balansını tərtib etmək üçün lazım olan məlumatlar müxtəlif
mənbələrdən götürülür; müəssisə və təşkilatlarda işçilərin sayı daim
dəyişir. Bu, bir sıra səbəblərlə əlaqədardır. Odur ki, baş verən prosesləri
təhlil etmək üçün «müəssisədə kadrların hərəkəti balansı» tərtib olunur;
- işçi qüvvəsinin hərəkətinə müxtəlif amillər təsir göstərir. Buna xa
rakteristika vermək üçün işçi qüvvəsinin dövriyyəsini ifadə edən mütləq
və nisbi göstəricilərdən istifadə olunur. Mütləq göstəricilərə: a) kadrların
dövriyyəsi; b) işdənçıxarılma üzrə dövriyyə; c)işə qəbul üzrə dövriyyə.
Nisbi göstəricilərə isə: a) işə qəbul üzrə dövriyyə əmsalı; b) işdən
çıxarılma üzrə dövriyyə əmsalı; c) işçi qüvvəsinin ümumi dövriyyəsi
əmsalı; d) axıcılıq əmsalı; e) tərkibin sabitliyi əmsalı daxildir.
- statistikada aşağıdakı iş vaxtı fondları bir-birindən fərqlənir: a)
təqvim üzrə iş vaxtı fondu; b) tabel üzrə iş vaxtı fondu; c) maksimum
mümkün olan iş vaxtı fondu. Bunları hesablamaq üçün əsas məlumat
mənbəyi «iş vaxtı balansı»dır. Balansın məlumatlarına əsasən iş
vaxtından istifadəni səciyyələndirən çox mühüm göstəricilər hesablanır;
- iqtisadi vahidlərdə işverənlərlə işçilər arasında müxtəlif səbəblərin
təsiri ilə əmək münaqişələri baş verir. Əmək münaqişələri onları törədən
səbəblər üzrə təsnifləşdirilir;
- əmək münaqişələrinin sayı müəyyən olunarkən müxtəlif meyarlar
dan istifadə edilir;
- əmək münaqişələri haqqında məlumatları beynəlxalq səviyyədə mü
190
qayisə edərkən bir sıra göstəricilər hesablanır;
- müasir dövrdə iqtisadi həyatın beynəlmiləlləşməsinin güclənməsi ilə
əlaqədar olaraq ölkələrarası əmək miqrasiya geniş vüsət almışdır. Əmək
miqrasiyasına bir çox amillər təsir edir və onun müxtəlif növləri vardır.
Həmçinin əmək miqrasiyası hər iki ölkədə, yəni işçi qüvvəsinin getdiyi
və onu qəbul edən ölkədə sosial-iqtisadi vəziyyətə təsir göstərir.
Dostları ilə paylaş: |