Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


6.6. İşçi qüvvəsinin hərəkəti göstəriciləri



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə102/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   262
2-ci movzu demoqrafiya

171


6.6. İşçi qüvvəsinin hərəkəti göstəriciləri
Ayrı-ayrı müəssisə və təşkilatlarda işçilərin sayı daim dəyişir. Bu, 
işçilərin işə qəbulu və işdən çıxarılması ilə əlaqədar olaraq baş verir. 
Ayrı-ayrı müəssisələr, sahələr və regionlar arasında işçi qüvvəsinin 
yenidən bölgüsünə gətirib çıxaran prosesə işçi qüvvəsinin hərəkəti 
deyilir. İşçi qüvvəsinin hərəkəti həmişə baş verir və bunun bir çox 
səbəbləri vardır. Bunlardan biri demoqrafik xarakter daşıyır. Bu, ondan 
ibarətdir ki, təbii proses olaraq insanların bir hissəsi əmək qabiliyyətli 
yaşa daxil olur, bir hissəsi isə pensiya yaşma çatır. İqtisadiyyatda baş 
verən dəyişikliklər işçilərin sahələr və ərazilər arasında yenidən bölgü­
sünə, iqtisadi konyunkturanın dəyişməsi isə yeni yaradılmış iş yerlərinin 
ixtisar olunmasına gətirib çıxarır. Bu, həmçinin işçilərin özlərinin 
maraqları və tələbatları ilə əlaqədardır. Bu məlumatlara əsasən kadrların 
hərəkəti (işçi qüvvəsi balansı) balansını tərtib etmək olar (cədvəl 6.6).
Cədvəl 6.6
Müəssisədə kadrların hərəkəti balansı
İşçi
kateqo­
riyaları
qrupları
Dövrün
əvvəlinə
mövcud
dur
D övr ərzində daxil 
olmuşdur
Dövr ərzində 
xaric olm uşdur
Dövrün
axırına
mövcuddur
0 cüm­
lədən bü­
tün dövr 
ərzində 
işləmişlər
c
ə
m
i
O cümlədən 
mənbələr 
üzrə
c
ə
m
i
0 cümlədən 
istiqamətlər 
üzrə
İşçi qüvvəsinin daxil olduğu mənbələr içərisində müəssisənin təşəb­
büsü, məşğulluq xidməti orqanlarının göndərişləri, ali məktəbi bitirdikdən 
sonra isə göndərilmə, digər müəssisələrdən köçürmələr xüsusi yer tutur.
İşçilərin işdən çıxarılmaları istiqamətlərinə xarakteristika vermək üçün 
müxtəlif yanaşmalar vardır. Məsələn, bunlardan biri fizioloji xarakterli 
səbəblərlə əlaqədar xaric olmalardır. Bu səbəblərə işçilərin vəfat etməsi, 
uzun müddət xəstə olması, səhhəti ilə əlaqədar hamin müəssisədə işi 
davam etdirə bilməməsi, pensiya yaş həddinə çatması aiddir. İşçi qüv­
vəsinin zəruri və artıq dövriyyəsi də onun xaricolma səbəblərindəndir. 
İşçi qüvvəsinin zəruri dövriyyəsinə onların qanunla müəyyən edilmiş 
qaydada müqavilə müddəti başa çatması, hərbi mükəlləfiyyətə çağırıl­
ması, istehsalatdan ayrılmaqla ali və ya orta ixtisas təhsili müəssisələrinə 
daxil olması, seçkili orqanlara vəzifəyə seçilməsi, başqa müəssisələrə
172
köçürülməsi, ərinin (arvadının) yaşadığı yerə getməsi və s. əlaqədar işdən 
çıxarılması aiddir. Artıq işçi qüvvəsinin dövriyyəsinə - kadr axıcılığına 
(Beynəlxalq təcrübədə «axıcılıq» anlayışı ilə «işçi qüvvəsinin hərəkəti» 
anlayışları eyniləşdirilir və sinonim sözlər kimi işlədilir) gətirib çıxaran 
səbəblərə bilavasitə qanunda nəzərdə tutulmayan, işçilərin özləri ilə 
əlaqədar olan səbəblər (işçinin öz arzusu ilə işdən çıxması, əmək 
intizamını pozduğuna görə işdən çıxarılması) aiddir. Artıq işçi qüvvəsi 
dövriyyəsinin ayrıca müəyyən edilməsi axıcılıq əmsalının hesablanma­
sına imkan vermişdir. Axıcılıq əmsalı kadr axıcılığı ilə əlaqədar işdən 
çıxarılanlarının sayının işçilərin orta siyahı sayma olan nisbəti kimi 
müəyyən edilir. Bu göstəricidən müəssisənin kadr siyasətinə qiymət 
vermək üçün istifadə oluna bilər.
İşçi qüvvəsinin hərəkətini öyrənərkən ona təsir edən amillərin təhlilinə 
xüsusi diqqət yetirilir. Bu məqsədlə işçi qüvvəsinin dövriyyəsini ifadə 
edən mütləq və nisbi göstəricilər hesablanır. Mütləq göstəricilərə 
aşağıdakılar aiddir:
-kadrların dövriyyəsi. Bu, işə qəbul edilmiş (siyahı tərkibinə daxil 
edilmiş) və işdən çıxarılmış işçilərin toplusu deməkdir;
- işdən xaricolma üzrə dövriyyə. Bu, hesablama aparılan dövrdə bütün 
səbəblərdən işdən xaric olunanların sayı deməkdir;
- işə qəbul üzrə dövriyyə. Bu göstərici hesablama aparılan dövrdə 
əmrlə müəssisəyə işə qəbul olunan şəxslərin sayını ifadə edir.
İşə qəbul olunan və işdən çıxarılan işçilərin tərkibinə dövlət 
təşkilatları ilə bağlanmış xüsusi müqavilə ilə cəlb edilmiş (hərbçilər və 
azadlıqdan məhrum olunduqlarına görə cəza çəkənlər), xaricdən gəlmiş 
və əvəzçiliklə işləyən, işi mülki-hüquqi xarakterli müqavilələrlə yerinə 
yetirən şəxslər daxil edilmir.
İşə qəbul üzrə dövriyyəni müəyyən edərkən daxilolma mənbələri 
aşağıdakı xüsusi qruplara ayrılır: 1) məşğulluq və işədüzəltmə mərkəz­
lərindən göndərilənlər; 2) müəssisənin özünün təşəbbüsü ilə işə götürü­
lənlər; 3) digər müəssisə və təşkilatlardan köçürülənlər; 4) ali və orta 
ixtisas təhsili müəssisələrini bitirib işə göndərilənlər.
İşçilər aşağıdakı səbəblərə görə işdən çıxarıla bilər: 1) ordu sıralarına 
çağırıldıqda; 2) başqa müəssisələrə köçürüldükdə; 3) bağlanmış müqa­
vilənin vaxtı başa çatdıqda; 4) pensiyaya çıxdıqda (pensiya yaşma 
çatdığına, əlilliyə görə); 5) işçi vəfat etdikdə; 6) ştatlar ixtisar olunduqda; 
7) öz xahişi ilə; 8) proqul və əmək intizamının pozulmasının başqa 
hallarında.
Əmək ehtiyatlarının hərəkətini təhlil etmək üçün aşağıdakı nisbi
173


göstəricilərdən də istifadə olunur:
1) İşçi qüvvəsinin sayı indeksi:
Dövrün axırına işçilərin

=
sayı
say
Dövrün əvvəlinə işçilərin sayı
x 100

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin