İyun ayında işlənmiş adam-günlərin sayı
Cədvəl 6.4
T am m əşğul
olm ay an işçi
lərin siyahı
sayı
İş həftəsinin
uzunluğu,
saa t
İş g ü n ü
nün
uzunluğu,
s a a t
A y ərzində iş
günlərinin
sayı
B ir ay ərzində iş
g ü n ü n ə düşən işə
çıxılm ayan g ü n
lərin sayı
1
40
8,0 ” ” 1
11
“
1
40
4,0
20
2
1
36
7,2
10
1
1
36
3,6
22
'
Cədvəl “Эконс
götürülmüşdür.
(M., 2007)
( 8 x 1 1 )
+
( 4
x
2 0 )
+
( 4
x
2 )
( 7 , 2 x 1 0 )
+
( 7 , 2 x 1 ) + ( 3 , 6 x 2 2 )
"
'
' 8
+
7’2
176
8
1 5 8 , 4
7,2
=
22
+
22
44
CLUClliL g i l l i »
t
İyun ayında tam məşğul olmayan işçilərin orta sayı belə müəyyən
edilir: 44 : 22 = 2 nəfər. Deməli, iyun ayında tam məşğul olmayan
işçilərin sayı 2 nəfərə bərabərdir.
Ay m bütün günləri üzrə işçilərin siyahı sayı haqqında məlumat olma-
dıqda onların orta siyahı sayı ayın əvvəlinə və axırına olan məlumatları
cəmləyib iki yerə bölmək yolu ilə müəyyən edilir.
Kənardan cəlb olunan əvəzçiliklə işləyənlərin orta sayı da tam
olmayan iş rejimində çalışan işçilərin orta sayının hesablandığı metodla
163
müəyyən olunur.
Mülki-hüquqi xarakterli müqavilə ilə işləyən işçilərin orta aylıq sayı
işçilərin orta siyahı sayı kimi müəyyən edilir. Bu, həmin kateqoriyadan
olan işçilərin ayın hər təqvim günündəki sayı haqqında göstəriciləri
cəmləyib aydakı təqvim günlərinin miqdarına bölmək yolu ilə hesablanır.
Çalışdıqları təşkilatla müqavilə bağlamış və onun üçün iş görən və de
məli, həmin təşkilatın siyahısında olan, yaxud da hüquqi şəxs yaratmadan
fərdi sahibkarlıqla məşğul olan şəxslər bu kateqoriyadan olan işçilərin
tərkibinə daxil edilmir.
Hər hansı bir dövr üzrə (ay, rüb, il) müəssisə və təşkilatlarda çalışan
işçilərin orta siyahı sayı aşağıdakıları cəmləmək yolu ilə müəyyən edilir:
1) işçilərin orta siyahı sayı; 2) kənardan cəlb edilmiş əvəzçiliklə işlə
yənlərin orta siyahı sayı; 3) mülki-hüquqi xarakterli müqavilə ilə işi
yerinə yetirən işçilərin orta sayı.
İşçilərin orta siyahı sayı iqtisadiyyat üzrə bütövlükdə və onun ayrı-
ayrı sahələri üzrə də müəyyən edilir. Bu məqsədlə sahədə fəaliyyət göstə
rən müəssisələrdə çalışan işçilərin orta siyahı sayı haqqında məlumatları
cəmləmək lazımdır. Bu göstərici sahələr üzrə müəyyən edildikdən sonra
alınmış nəticələr cəmlənməklə, bütövlükdə iqtisadiyyat üzrə işçilərin orta
siyahı sayı müəyyən edilmiş olur.
İqtisadiyyatın qeyri-rəsmi bölməsində məşğulluq statistikası ölkəmizdə,
digər ölkələrdə və beynəlxalq statistikada statistikanın yeni bölməsidir.
Qeyri-rəsmi bölmənin sərhədlərinin müəyyən edilməsinin, habelə statistik
məlumatların toplanması və işlənməsinin təşkili üçün metodoloji əsas 1993-
cü ilin yanvar ayında əmək statistiklərinin 15-ci beynəlxalq konfransında
qəbul edilmiş sənəddir. Onun bölmələri MHS-ə daxil edilmişdir. Bu sənədə
görə qeyri-rəsmi bölmə dedikdə, iştirakçılarım iş və gəlirlə təmin etmək
məqsədilə əmtəə və xidmətlərin istehsalı ilə məşğul olan və ev təsərrüfat
larının malik olduqları cəhətlərə malik olan vahidlər toplusu nəzərdə tutulur.
Qeyri-rəsmi bölmənin iqtisadi vahidlərində istehsalın təşkili səviyyəsi
aşağı, fəaliyyət dairələri isə məhduddur. Onlar ev təsərrüfatlarından və
ya onların üzvlərindən ayrılıqda yaradılmış müstəqil hüquqi qurum
deyildirlər. Qeyri-rəsmi bölmə vahidlərində əmək münasibətləri təsadüfi
məşğulluğa, yaxud da qohumluq və şəxsi münasibətlərə əsaslanır. Ev
təsərrüfatlarının kooperasiyalaşdırılmamış müəssisələrinin əsas fondları
(əsas kapitalı) və digər aktivləri istehsal vahidlərinə deyil, onların sahib
lərinə məxsus olur. Həm də əsas fondlardan bir qayda olaraq istehsal və
şəxsi məqsədlər üçün istifadə olunur. İstehsal ehtiyacları üçün sərf olunan
xərclər bir çox hallarda ev təsərrüfatlarının sair xərcləri ilə birlikdə uçota
164
alınır. Sahibkarlar öz fəaliyyətlərini risk əsasında qurur və istehsal prose
si ilə əlaqədar olan hər hansı öhdəliklərə görə şəxsən cavabdehlik
daşıyırlar.
Qeyri-rəsmi bölmə vahidlərində sahibkarlıq fəaliyyəti ayrı-ayrı şəxslər
tərəfindən, yaxud da onlara kömək göstərən ailə üzvlərinin yardımı, ya da
haqqı ödənilməklə bir və ya bir neçə muzdlu işçi cəlb edilməklə həyata
keçirilir. İstehsal adətən daimi olmayan binada, yaxud da adamların evlə
rində təşkil olunur. Özünün şəxsi istehlakı üçün əmtəə və xidmətləri
istehsal edən ev təsərrüfatları qeyri-rəsmi bölməyə aid edilmir. Lakin
ayrı-ayrı ölkələrin statistika işləri təcrübəsində qeyri-rəsmi bölmədə
məşğul olanların tərkibinə özlərinin şəxsi həyətyanı təsərrüfatlarında
özləri üçün kənd təsərrüfatı məhsulları istehsal edən şəxsləri (bu fəaliyyət
ev təsərrüfatı gəlirlərinin çox hissəsini təşkil etdikdə) daxil edirlər.
Qeyri-rəsmi bölmə konsepsiyası gizli və qeyri-qanuni iqtisadiyyat
konsepsiyasından fərqlənir. Qeyri rəsmi bölmədə fəaliyyət göstərən
istehsal vahidlərinin əksəriyyəti əmtəə və xidmətlərin istehsalı və onların
reallaşdırılması ilə qanuni yolla məşğul olurlar. Qeyri-rəsmi bölmədə fəa
liyyət göstərən müəssisələr vergiləri, sosial fondlara ayırmaları ödəmək
dən şüurlu surətdə boyun qaçırmır, əmək qanunvericiliyini məqsədyönlü
şəkildə pozmağı qarşılarına məqsəd qoymurlar. Lakin bunlarla yanaşı bu
bölmənin bəzi müəssisələri istehsal xərclərini azaltmaq və deməli, gəlir
lərini gizlətmək üçün qanunları, müəyyən edilmiş qaydaları poza bilərlər
və pozurlar.
Qeyri-rəsmi bölməyə daxil olan müəssisələr iki qrupa bölünür: 1) daimi
işləmək üçün muzdlu işçi cəlb etməyən qeyri-rəsmi müəssisələr; 2) daimi
işləmək üçün muzdlu işçi cəlb edən müəssisələr. Söhbət ev təsərrüfatı müəs
sisələrindən getdikdə qeyd etmək lazımdır ki, milli xüsusiyyətlərdən asılı
olaraq muzdlu işçi cəlb etməyən, yaxud da fəaliyyəti milli qanunvericiliyə
uyğun olaraq qeydiyyata alınmış ev təsərrüfatlarının daimi işləmək üçün
muzdlu işçi cəlb etməyən qeyri-rəsmi müəssisələrə daxil edilməsi tövsiyə
olunur.
Daimi əsaslarla muzdlu işçilərin əməyindən istifadə edən qeyri-rəsmi
müəssisələr, yaxud da fəaliyyəti milli qanunvericiliyə uyğun olaraq qey
diyyata alınmış ev təsərrüfatlarının qeyri-rəsmi bölməyə daxil edilməsi
tövsiyə olunur. Daimi əsaslarla muzdlu işçilərin əməyindən istifadə edən,
yaxud da qeyri-rəsmi işverən müəssisələr aşağıdakı bir və ya iki meyara
uyğun gəlməlidir: a) məşğulluq baxımından müəssisənin həcminin çox da
böyük olmaması; b) müəssisənin, yaxud da onun işçilərinin olmaması.
İşçilərin sayma görə müəssisələrin həcmini müəyyən edərkən ya daimi
165
əsaslarla işləyən muzdlu işçilərin, yaxud da müəssisədə çalışan işçilərin
ümumi sayını (sahibkar və əmək haqqı ödənilmədən onun burada işləyən
və kömək edən ailə üzvləri də daxil olmaqla) götürmək olar. Müəssisə
nin, yaxud da onun işçilərinin qeydiyyatına gəldikdə, qeyd etmək lazım
dır ki, iqtisadiyyatın qeyri-rəsmi bölməsində çalışan muzdlu işçilərin
sosial və hüquqi mənafelərinin müdafiəsinin təşkili üçün zəruridir.
Müxtəlif ölkələrdə qeyri-rəsmi bölmədə məşğulluq hüdudlarının
müəyyən edilməsində əhəmiyyətli fərqlər vardır. Bu fərqlər özünü aşa
ğıdakıların qeyri-rəsmi bölməyə daxil edilib-edilməməsində göstərir:
1) Kənd təsərrüfatında fəaliyyət göstərən ev təsərrüfatları müəssi
sələrində məşğul olan şəxslər;
2) Ev təsərrüfatlarında muzdla işləyən şəxslər (qulluqçular, aşpazlar və
i.a.);
3) Müəssisə ilə müqavilə münasibətlərindən asılı olaraq evdə işləyən
şəxslər (onların yerinə yetirdikləri işlər iqtisadiyyatın qeyri-rəsmi bölmə
sində məşğul olanların tərkibinə daxil edilə və yaxud edilməyə bilər).
1997-ci ildə BMT-nin bir qrup ekspertinin qeyri-rəsmi bölmə statis
tikası məsələləri üzrə toplantısı keçirilmişdir (Dehli qrupu). Toplantıda
müxtəlif ölkələrdə iqtisadiyyatın qeyri-rəsmi bölməsində məşğulluq
statistikasının yaradılması sahəsində milli statistika orqanlarının təcrübəsi
ümumiləşdirilmişdir. Ümumiləşdirmənin nəticəsi olaraq tövsiyələr işlənib
hazırlanmışdır ki, bunlardan da istifadə olunması istər qeyri-rəsmi bölmə
nin hüdudlarının müəyyən edilməsində, istərsə də bu bölmədə məşğul
olanlar haqqında verilən məlumatların vahid şəklə salınmasının metodla
rının təkmilləşdirilməsində milli statistika orqanlarının mövqelərinin
yaxınlaşmasına imkan vermiş olardı.
Bütün ölkələrə tövsiyə olunur ki, iqtisadiyyatın qeyri-rəsmi bölməsini
müəyyən edərkən vahid meyardan istifadə etsinlər. Mühasibat uçotunun
bütün hesablarından və bütün statistika hesabatlarından istifadə etməyən
qeyri-rəsmi bölmənin müəssisələri digər müəssisələrlə kooperasiya
əlaqələrində olmur və onların istehsal etdikləri əmtəə və xidmətlərin çox
cüzi bir hissəsi bazar üçün nəzərdə tutulur. Ölkələrə tövsiyə olunur ki,
qeyri-rəsmi bölmə haqqında məlumatları işlədikdə və dərc etdirdikdə beş
nəfərdən az, habelə beş nəfər və daha çox işçisi olan müəssisələri bir-
birindən ayırsınlar. Bundan başqa, kənd təsərrüfatında fəaliyyət göstərən
müəssisələri qeyri-rəsmi bölməyə daxil edən ölkələr kənd təsərrüfatı və
qeyri-kənd təsərrüfatı xarakterli fəaliyyət növü ilə məşğul olanlar haq
qında məlumatları ayrılıqda təqdim etməlidirlər. Qeyri-rəsmi bölmədə
məşğul olan şəxslərin əsas işinin (fəaliyyət növünün) yalnız bu bölməyə
166
aid olduğu şəxsləri deyil, həm də əsas işinin (fəaliyyət növünün) iqtisa
diyyatın rəsmi bölməsinə aid olduğu, lakin bununla yanaşı qeyri-rəsmi
bölmədə ikinci fəaliyyət növü ilə məşğul olan şəxsləri də nəzərə almaq
lazımdır.
Beləliklə, ev təsərrüfatları bölməsinin bir hissəsini təşkil edən, yaxud
da ev təsərrüfatına mənsub olub, digər müəssisələrlə heç bir kooperasiya
əlaqələrinə girməmiş (kooperasiyalaşdırılmamış), mənsub olduqları ev
təsərrüfatlarından və ya onun işçilərindən ayrılıqda yaradılmış, müstəqil
hüquqi şəxs olmayan, bazarda satılmaq üçün əmtəə və xidmətlərin
istehsalını həyata keçirən istehsal vahidlərinin toplusu nəzərdə tutulur,
istehsal vahidlərinin qeyri-rəsmi bölməyə aid edilməsi üçün meyar onun
hüquqi şəxs kimi dövlət qeydiyyatınm olmamasıdır.
İqtisadiyyatın qeyri-rəsmi bölməsinə aşağıdakı məşğulluq kateqoriya
ları aid edilir:
- kənd və meşə təsərrüfatlarında hüquqi şəxs yaratmadan və ya fərdi
qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar (onların sahibkar kimi
dövlət qeydiyyatının olmasından asılı olmayaraq);
-h ü q u q i şəxs yaratmadan dövlət qeydiyyatının olub-olmamasından
asılı olmayaraq peşə və texniki xidmət göstərməklə məşğul olan şəxslər
(arxitektorlar, həkimlər, baytar həkimləri, ali məktəblərə daxil olmaq
üçün tələbə hazırlayan müəllimlər, notariuslar və i.a.);
- hüquqi şəxs yaratmadan başçısı (rəhbəri) sahibkar kimi qeydiy
yatdan keçmiş kəndli (fermer) təsərrüfatları;
- fiziki şəxslərin yanında muzdla işləyən şəxslər, fərdi sahibkarlar;
- işçi olub-olmamasından asılı olmayaraq evə pullu xidmət göstərilməsi
ilə məşğul olan şəxslər (sürücülər, cangüdənlər, bağbanlar, gözətçilər və
i-a-);
- avtomobillərin, məişət texnikasının, ev təsərrüfatlarının sifarişi ilə
mənzillərin tikintisi və təmiri ilə məşğul olan şəxslər;
- ev təsərrüfatlarında kənd təsərrüfatı məhsullarının istehsalı, ovçuluq,
balıqçılıq, kənd təsərrüfatı məhsullarının emalı (bu məhsullar satış üçün
nəzərdə tutularsa) ilə məşğul olan şəxslər.
Aşağıdakı kateqoriyalardan olan hüquqi və fiziki şəxslər iqtisadiyyatın
qeyri-rəsmi bölməsinə daxil edilmir:
-h ü q u q i şəxs statusu olmasından asılı olmayaraq maliyyə-sənaye
qrupları, pay əsasında formalaşdırılmış investisiya fondları, habelə
hüquqi şəxslərin nümayəndəlikləri, filialları, şöbələri, məntəqələri və
başqa əlahiddələşmiş bölmələri;
167
- hüquqi şəxs kimi qeydiyyata alınmış kəndli (fermer) təsərrüfatları;
-əm ə k haqqı almadan, könüllülük əsasında uşaqlara, xəstələrə və
ahıllara xidmət göstərən, habelə uşaq evlərində, internatlarda və valideyn
himayəsindən məhrum olan evlərdəki şəxslərə meyvə, tərəvəz və digər
kənd təsərrüfatı məhsulları təqdim edən şəxslər.
-qanunla qadağan olunmuş insanlığa zidd fəaliyyətlə (məsələn,
narkotiklərin istehsalı və satışı) məşğul olan şəxslər.
Qeyri-rəsmi bölmədə məşğul olan əhali yaşayış yerlərinə (şəhər və
kənd əhalisi), məşğulluq statusuna, demoqrafik xüsusiyyətlərinə (cins və
yaşa görə) və təhsil səviyyəsinə görə qruplaşdırılır.
Qeyri-rəsmi bölmə müəssisələri işçilərin sayından asılı olaraq iki
qrupa bölünür: a) işçilərin sayı beş nəfərdən az olan müəssisələr; b)
işçilərin sayı beş nəfər və daha çox olan müəssisələr. Qeyri-rəsmi bölmə
də məşğul olan şəxslər məşğulluğun tipinə görə aşağıdakı qruplara ayrılır:
a) yalnız qeyri-rəsmi bölmədə məşğul olan şəxslər. Bu kateqoriyaya ya
qeyri-rəsmi bölmə vahidlərindən birində yeganə işi, yaxud da bir neçə işi
yerinə yetirən şəxslər; b) qeyri-rəsmi bölmədə və ondan kənarda məşğul
olan şəxslər (o cümlədən əsas işi qeyri-rəsmi bölmədə olan, yaxud da
qeyri-rəsmi bölmədə əlavə işi olan şəxslər).
Qeyri-rəsmi bölmədə məşğul olanlar haqqında əsas informasiya
mənbəyi məşğulluq problemi ilə əlaqədar əhali arasında hər rübdə bir
dəfə aparılan seçmə müayinələridir. Bu müayinənin proqramı qeyri-rəsmi
bölmədə məşğul olan şəxslərin sayı, haqqında məlumatları qiymət
ləndirməyə, habelə bu bölmədə məşğul olan əhalini bir çox qruplaşdırma
əlamətinə görə təsnifləşdirməyə imkan verir. Lakin məşğulluq problemi
üzrə aparılan müayinələr qeyri-rəsmi bölmədə məşğulluq səviyyəsini
müəyyən etmək üçün yeganə məlumat mənbəyi deyildir. Əlavə məlumat
mənbəyi kimi inzibati statistikanın, vergi orqanlarının informasiyaların
dan, habelə pərakəndə ticarətdə fərdi sahibkarların, kəndli təsərrüfat
larının müayinəsi, bu və ya digər fəaliyyətlə məşğul olmağa razılıq (lisen
ziya) verən nazirlik və idarələrin də məlumatlarından istifadə etmək olar.
Dostları ilə paylaş: |