Əmək ehtiyatları balansının tərtib olunması metodologiyası daim tək
milləşdirilir. Məşğulluq problemi üzrə əhalinin rüblük müayinəsinin aparıl
ması təcrübəsi statistika hesabatlarında olmayan aşağıdakı kateqoriyalar
üzrə təsəvvürləri genişləndirməyə imkan vermişdir: sahibkarlıq fəaliyyəti
ilə məşğul olan şəxslər; kəndli (fermer) təsərrüfatlarında məşğul olan
şəxslər; fiziki şəxslərin yanında muzdla işləyən şəxslər; ev təsərrüfatlarına
kömək edən, əmək haqqı almadan çalışan işçilər.
Qeyri-rəsmi bölmədə
məşğul olan işçilərin sayı haqqında
müayinə yolu ilə əldə edilən
məlumatları dəqiqləşdirmək üçün əlavə məlumat mənbəyi kimi vergi
orqanlarının, hər hansı bir fəaliyyət növü ilə məşğul olmaq üçün icazə
(lisenziya) verən təşkilatm məlumatlarından istifadə etmək lazımdır.
Əmək ehtiyatları balansmı tərtib etmək üçün əsas məlumat mənbələri
aşağıdakılardır:
- əmək qabiliyyətli yaşda əhalinin sayı haqqında əhali statistikasının
cari məlumatları;
-m üəssisə və təşkilatların illik hesabatlarına əsasən işçilərin orta
siyahı sayının hesablanması;
- əhalinin sosial müdafiəsi orqanlarının
əmək qabiliyyətli yaşda
işləməyən əlillər və pensiyaçıların sayı haqqında məlumatı;
- istehsalatdan ayrılmaqla təhsil alanlar haqqında (16 və daha yuxarı
yaşda) ümumtəhsil müəssisələrinin məlumatı;
- təsadüfi işləri yerinə yetirən kəndli (fermer) təsərrüfatlarında məşğul
olan şəxslər, kömək edən ailə üzvlərinin və digər kateqoriyadan olanların,
qeyri-rəsmi bölmədə məşğul olan şəxslərin sayı haqqında məlumat;
- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məlumatlarına
əsasən ölkədə məşğul olan xarici vətəndaşların sayı.
Əmək ehtiyatlarının sayı daimi əhalinin sayma əsasən müəyyən edilir.
İqtisadiyyatda məşğul olanların sayı hesablanarkən işçilərin orta illik
sayı göstəricisindən istifadə edilir. İqtisadiyyatın rəsmi bölməsinin müəssisə
və təşkilatlarında bu kəmiyyət işçilərin orta siyahı sayma əsasən müəyyən
edilir. Əhalinin məşğulluq problemi üzrə müayinəsini apararkən məşğul
əhalinin sayı haqqında məlumat rübdə bir dəfə (tədqiqat aparılan həftədə)
əldə edilir və orta say fevral-noyabr aylarını əhatə edən dövrə aid edilir.
Rəsmi bölmənin müəssisə və təşkilatlarında məşğul əhalinin orta
siyahı sayında: 1) hamiləlik və doğuşla, habelə uşaq üç yaşa çatana qədər
ona qulluq edilməsi ilə əlaqədar məzuniyyətdə olan şəxslər nəzərə alın
mır; 2) davametmə müddətindən asılı olmayaraq inzibati məzuniyyətdə
olan şəxslər isə nəzərə almır. Məşğulluq
problemi üzrə müayinənin
metodologiyasına görə məşğul əhalinin sayma: a) hamiləlik və uşaq 1,5
170
yaşa çatana qədər ona qulluq edilməsi ilə əlaqədar məzuniyyətdə olduq
larına görə işdə olmayan şəxslər daxil edilir; b) 6 ay və daha çox müd
dətə müdiriyyətin təşəbbüsü ilə haqqı ödənilməyən məzuniyyətdə olan
şəxslər daxil edilmir.
Əhalinin məşğulluğu probleminin müayinəsində tətbiq olunan meto
dologiyadan fərqli olaraq əmək ehtiyatlan balansı metodologiyasında
iqtisadiyyatda məşğul olanların orta illik sayı hesablanarkən hərbi qulluq
çular nəzərə alınmır. Əhalinin məşğulluq probleminin müayinəsini apa
rarkən məşğul əhalinin sayı haqqında məlumat onların yaşadıqları yerə,
əmək ehtiyatları balansı metodologiyasında isə iş yerlərinə aid edilir. Bu
uyğunsuzluğun aradan qaldırılması əmək ehtiyatları balansı ərazi
çərçivəsində tərtib olunarkən xüsusilə vacibdir. Çünki bu zaman işləyən
əhalinin gündəlik miqrasiyasının nəzərə alınması zəruriliyi meydana çı
xır. Əmək ehtiyatları balansında məşğul əhalinin orta illik sayı haqqında
məlumat əsas iş yeri üzrə fiziki vahidlə verilir. Odur ki, tam olmayan iş
həftəsində, yaxud da tam olmayan iş günündə
məşğul olan şəxslərin orta
illik sayını hesablayarkən həmin işlər bütöv bir fiziki şəxs hesab olunur
(əgər bu iş onun üçün yeganə iş yeridirsə). Əvəzçiliklə işləyənlər, yalnız
əsas iş yeri üzrə nəzərə alınır.
Əmək ehtiyatları balansının məlumatlarına əsasən onların strukturunu
təhlil etmək, müxtəlif fəaliyyət sahələri arasında yenidən bölgüsünü işlə
mək, məşğul olmayan əhalinin sayı haqqında məlumat əldə etmək olar.
Əmək ehtiyatlarının gələcəkdə təkmilləşdirilməsində əsas diqqət onun
göstəriciləri ilə milli hesablar sistemində makroiqtisadi göstəricilər
arasında uyğunlaşdırmaya yönəldilməlidir.
Əmək ehtiyatlan balansındakı məşğulluq
göstəriciləri fiziki şəxslərə,
həm də onların əsas, yaxud da yeganə iş yerinə aiddir. Deməli, məşğul
əhalinin bir hissəsinin ikinci məşğulluğu nəzərə alınmır. Bu, balansın
təcrübəvi əhəmiyyətini azaldır. Çünki bu məlumatlar məşğulluqdan əldə
olunan gəlir göstəriciləri, işçi qüvvəsinə sərf olunan xərclər, istehsal
fəaliyyətinin nəticələri ilə uzlaşdırılır. Əmək məhsuldarlığının
və digər
analitik göstəricilərin hesablanmasında onlardan istifadə edilə bilməz.
Odur ki, hazırda iqtisadiyyatın sahələri və iqtisadi fəaliyyət növləri üzrə
ümumi əmək məsrəfləri cədvəllərinin işlənib hazırlanması üçün axtarışlar
davam edir. Bu, əmək ehtiyatları balansının məlumatlarını MHS göstə
riciləri ilə əlaqələndirməyə imkan verəcəkdir. Bütün bunların həyata
keçirilməsi onunla əlaqədardır ki, əmək ehtiyatları balansı bazar iqtisa
diyyatını təhlil etməyin başlıca metodları içərisində xüsusi yer tutur.
Dostları ilə paylaş: