6.4. Məşğul şəxslərin sayı və tərkibinin müəyyən edilməsi İqtisadiyyat rəsmi və qeyri-rəsmi bölmələrə ayrılır. Məşğul şəxslərin
ümumi sayını müəyyən etmək üçün bu bölmələrdə fəaliyyət göstərən iqti
sadi vahidlərdə çalışan işçilərin sayı haqqında məlumat toplamaq və
onları cəmləmək lazımdır. Hər iki bölməyə daxil olan iqtisadi vahidlər
hüquqi şəxs statusuna malik olmalıdırlar. Məşğul əhali haqqında
məlumatlar cins, yaş, ailə vəziyyəti, təhsil səviyyəsi, şəhər və kənd əhalisi
əlamətlərinə görə qruplaşdırılır. İqtisadiyyatda məşğul olanların sayı və
strukturu mülkiyyət formaları üzrə də öyrənilir. Müstəqillik şəraitində
Azərbaycan Respublikasının iqtisadiyyatında məşğul olan əhalinin sayı
156 və strukturunda əsaslı dəyişikliklər baş vermişdir. Bunu 6.2 saylı
cədvəldəki məlumatlardan aydın görmək olar.
Cədvəl 6.2 Azərbaycan Respublikasının iqtisadiyyatında məşğul olan əhalinin mülkiyyətin növləri üzrə bölgüsü34 Məşğul əhalinin mülkiyyətin növlərinə görə bölgüsü Min nəfər Yekuna görə %-lə 1995- ci il 2009-cu il 2012- ci il 1995- ci il 2009- cu il 2012- ci il İqtisadiyyatda
məşğuldur:
3613,0
4071,6
4445.3
100,0
100,0
100,0
Cəmi
o cümlədən m ülkiyyətin
növləri üzrə:
Dövlət
2027,2
1149,7
1157.7
56,1
28,2
26,0
Qeyri-dövlət
1585,5
2921,9
3287.6
43,9
71,8
74,0
Ondan:
Sərbəst m əşğul əhali
604,1
706,5
989.6
16,7
П ,4
22,3
6.2
cədvəlindəki məlumatlardan aydın görünür ki, 1995-2012-ci illərdə
Azərbaycan iqtisadiyyatında məşğul olan əhalinin mülkiyyətin növləri
üzrə bölgüsündə dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. Belə ki,
həmin dövrdə iqtisadiyyatda məşğul olan əhalinin tərkibində dövlət
bölməsinin xüsusi çəkisi 56,1%-dən 26,0%-ə enmiş, qeyri-dövlət
bölməsinin payı isə 43,9%-dən 74,0%-ə yüksələrək 30,1 bənd artmışdır.
Sərbəst məşğul olanların xüsusi çəkisində də demək olar ki, əhəmiyyətli
dəyişikliklər olmuşdur.
Hazırda ölkəmizdə nəşr olunan statistik məcmuələrdə və digər sənəd
lərdə məşğul əhali beynəlxalq standartlara uyğun olaraq təsnifləşdirilir.
İqtisadiyyatda məşğul olan şəxslər yerinə yetirdikləri işin növündən,
ixtisasından asılı olaraq beynəlxalq standartlar nəzərə alınmaqla müxtəlif
qruplara bölünür. Bu zaman iki anlayışdan istifadə olunur. Bunlardan biri
yerinə yetirilən işin və ya məşğulluğun növü, digəri isə işçinin ixtisasıdır.
Məşğulluq aşağıdakı iriləşdirilmiş qruplara ayrılır:
1) İqtisadi subyektlərin rəhbərləri də daxil olmaqla hakimiyyətin və
bütün səviyyələrdə idarəetmə orqanlarının rəhbərləri (nümayəndələri);
2) Yüksək ixtisasa sahib olan mütəxəssislər; 3
4