Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə88/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   262
2-ci movzu demoqrafiya

135
A


nəzarət qoyulur.
Siyahıyaalma vərəqələrində qeyd edilmiş və toplanmış məlumatlar 
ümumiləşdirilməlidir. Bu məqsədlə kodlaşdırılmış qeydlər hesablanır, 
ayrı-ayrı ərazilər və ölkə üzrə yekunlaşdırılır, habelə yaşa, cinsə, milliy­
yətə, təhsilinə, nikah vəziyyəti və sair əlamətlərinə görə qruplara bölünür. 
Ərazi çərçivəsində əlamətlərin və ona cavab verə bilən qruplaşdırmanın 
əlaqələndirilməsi siyahıyaalma materiallarının işlənməsinin proqramı 
deməkdir. Hər bir ərazi və ölkə üzrə əhalinin sayı haqqında məlumatların 
əks etdirildiyi yüzlərlə, minlərlə cədvəl tərtib olunur. Əhalinin siyahıya 
alınması zamanı tərtib olunan cədvəllərdə əks etdirilən göstəricilərin sayı 
bəzi hallarda bir neçə milyona çatır. Siyahıyaalma materiallarının tam 
işlənməsi bir neçə il ərzində həyata keçirilə bilər. Siyahıyaalmanın 
nəticələri bir neçə cildlik xüsusi nəşrlərdə çap olunur. Bununla yanaşı 
siyahıyaalmanın nəticələri internet saytlarında yerləşdirilə bilər. Siya- 
hıyaalma materiallarından istifadəyə olan tələbatı daha yaxşı ödəmək 
məqsədilə informasiyaların kompüterləşdirilmiş məlumat bazalarında 
yerləşdirilməsi daha münasibdir. Makro-məlumat bazalarının yaradılması 
da vacib məsələlərdən biridir.
5.5. Əhalinin siyahıya alınmasının təşkili sahəsində beynəlxalq
təcrübə
Statistik müşahidənin təşkil edilməsinin başlıca forması olan siyahıya- 
alma xarici ölkələrdə də geniş yayılmışdır.
Belə müşahidənin formalarından biri necə deyərlər “qısa qeydlərə” 
əsaslanan siyahıyaalmadır. Bu, dəyişkən başlanğıca, inkişaf mərhələsinə 
və dəyişən sonluğa malik uzunmüddətli proseslər üzərində fasiləsiz ola­
raq müşahidə aparılması formasıdır. Bu müşahidə statistik qeydiyyatın 
aparılmasına əsaslanır. Qeydiyyat müşahidə vahidləri üzərində nəzarətin 
həyata keçirilməsi və öyrənilən göstəricilərə müxtəlif amillərin təsirinin 
qiymətləndirilməsi üçün aparılır. Qeydiyyat vərəqində hər bir müşahidə 
vahidi kompleks göstəricilər sistemi ilə xarakterizə edilir. Onlardan bir 
qrupu müşahidənin aparıldığı vaxt ərzində dəyişmiş olur və bir dəfə qeyd 
edilir. Digər göstəricilərdən bəzilərinin dəyişdiyi vaxt məlum olmur və 
onlar dəyişdikcə yeniləşdirilir. Üçüncü qrup göstəricilər dinamika göstə­
riciləridir və yeniləşəcəkləri dövr qabaqcadan məlum olur. Bu göstərici­
lərin hamısı tədqiq olunan toplunun bütün vahidləri tam öyrənilənədək 
saxlanılır.
Aşağıdakı məsələlər həll edilmədən qeydiyyatın təşkili və aparılması
136
mümkün deyildir: 1) müşahidə vahidlərinin nə vaxt qeydiyyat vərəqinə 
daxil edilməsi və nə vaxt siyahıdan çıxarılması; 2) hansı informasiyaların 
saxlanılması; 3) məlumatların hansı mənbələrdən götürülməsi; 4) infor­
masiyanın tez-tez dəyişdirilməsi və tamamlanması.
Statistika işləri təcrübəsində əhalinin qeydiyyata alınması digər hadisə 
və proseslərin qeydiyyata alınmasından fərqlənir. Əhalinin qeydiyyata 
alınması ölkə sakinlərinin müntəzəm olaraq adbaad siyahısının tərtib edil­
məsi deməkdir. Bu prosesdə müşahidənin proqramı ümumi əlamətlərlə 
məhdudlaşır. Bunlara əhalinin cinsi, anadan olduğu tarix və yer, nikaha 
daxil olduğu tarix (bu məlumatlar bütün müşahidə dövrü ərzində dəyiş­
məz qalır) və nikah vəziyyəti (dəyişən əlamət) aiddir. Qeydiyyatda bir 
qayda olaraq yalnız sənədlərlə rəsmiləşdirilmiş olan dəyişən əlamətlər 
üzrə informasiya saxlanılır.
Qeydiyyat vərəqinə doğulan və xaricdən gələn hər bir şəxs üzrə infor­
masiya yazılır. Ölən, yaxud da daimi yaşamaq üçün başqa Ölkələrə gedən 
şəxslər haqqında olan məlumatlar qeydiyyat vərəqindən çıxarılır. Əha­
linin qeydiyyatı ölkənin ayrı-ayrı regionları üzrə aparılır. Yaşayış yeri 
dəyişdikdə müşahidə vahidi haqqında məlumat onun yaşamaq üçün 
getdiyi yeni əraziyə ötürülür. Qeydiyyatın aparılması çox mürəkkəb 
olduğu və bu işin həyata keçirilməsi böyük məbləğdə vəsait tələb etdiyi 
üçün müşahidənin bu formasından əsas etibarilə əhalisinin sayma görə 
kiçik, lakin mədəni səviyyəsi yüksək olan ölkələrdə (əsas etibarilə 
Avropa ölkələrində) istifadə olunur.
Qeyd etmək lazımdır ki, istər əhalinin qeydə alınması, istərsə də toplu 
vahidlərinin müşahidə ilə əhatə olunduğu istənilən qeydəalma özündə 
əlamət haqqında məhdud miqdarda məlumatları əks etdirir. Odur ki, 
qeydiyyatın aparılmasının xüsusi təşkil olunmuş, o cümlədən də əhalinin 
siyahıya alınmasının müəyyən edilmiş qaydada öyrənilməsi zəruridir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin