TəLƏBƏ:Əyyublu vüqar müƏLLİM: qasimov şİkar fəNN: azərbaycan tariXİ



Yüklə 46,2 Kb.
tarix13.12.2023
ölçüsü46,2 Kb.
#176471
3tarix SƏRBƏST İŞ 3


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


  • TƏLƏBƏ:ƏYYUBLU VÜQAR

  • MÜƏLLİM:QASIMOV ŞİKAR

  • FƏNN:AZƏRBAYCAN TARİXİ

  • QRUP:581A

  • KURS:1

  • İXTİSAS:MEXANİKA MÜHƏNDİSLİYİ




  • GƏNCƏ XANLIĞI

Yaranması
1736-cı il Suqovuşan qurultayında Nadirin şah elan edilməsinə qarşı çıxdıqları üçün Nadir şah onları sürgünə yollamışdı. Sürgün edilən Ziyadoğlular Nadirin öldürülməsindən sonra vətənə qayıdıb dövlət yaratmağa imkan tapdılar. Gəncə xanlığının banisi Qacar tayfasının yerli nəslinin nümayəndəsi II Şahverdi xan Ziyadoğlu olmuşdur. O, Nadir şahın Gəncədəki qarnizonunu darmadağın etməkdə yardımçı olan Kartli-Kaxetiya hakimi II İrakli 5 köpük pul verməyi öhdəsinə götürmüşdür. Şahverdi xanın oğlu Məhəmmədhəsən xan (1760–1780) bu pulu verməkdən imtina edərək Kartli-Kaxetiyadan asılılğa son qoymuşdu. Qardaşını öldürərək hakimiyyətə gələn Məhəmməd xan da bu siyasəti davam etdirmişdir.
İkikahimiyyətlilik dövrü
1780-cı ildə Kartli-Kaxetiya hakimi II İraklinin və Qarabağ xanı İbrahimxəlil xanın birləşmiş qoşunları Gəncəni tutdu. Hakimiyyətə yeni gələn Məhəmməd xan kor edilərək Şuşa qalasına salındı. Bundan sonra Gəncə xanlığını qaliblərin eyni vaxtda təyin etdikləri iki nümayəndə idarə edirdi.İkihakimiyyətliliyin bütün ağırlığı xalqın üzərinə düşürdü.
Müstəqillik uğrunda mübarizə
1778-ci ildə saray çəkişmələrinin qurbanı olan Gəncə xanlığının hakimi Məhəmmədhəsən xanı ona sui-qəsd edən qardaşı Məhəmməd xan əvəz etdi. Onun hakimiyyəti dövründə Gəncə xanlığı xeyli zəiflədi. Vəziyyətin belə bir şəkil almasından istifadə edən II İrakli Gəncəni zəbt etmək fikrinə düşdü. Lakin o, tələsməyib bu içdə Azərbaycanda böyük nüfuza malik olan və tez-tez ittifaqa girdiyi qarabağlı İbrahimxəlil xandan istifadə etməyi qərara aldı. Zəngin Gəncə şəhərində çoxdan gözü olan İbrahimxəlil xan tərəddüd etmədən II İraklinin təklifıni qəbul etdi. Beləliklə, 1780-ci ildə İrakli və İbrahim xanın qoşunları Gəncə qalasını mühasirəyə aldılar. Ciddi müqavimət göstərə bilməyən Gəncə qarnizonu təslim oldu. Qaliblər Gəncə xanlığını birlikdə idarə etməyi qərarlaşdırıb, öz nümayəndələrini Gəncə şəhərində yerləşdirdilər. Bu hadisədən sonra altı il müddətində Gəncə xanlığı İbrahim xanın təyin etdiyi Həzrətqulu bəy və II İraklinin nümayəndəsi Keyxosrov tərəfindən idarə olundu. Lakin tezliklə İbrahimxəlil xanla II İrakli arasında Gəncə üstündə ziddiyyət baş verdi. Hər iki hakim feodal Gəncə xanlığına tam sahib olmaq üçün tədbirlər görməyə başladı. Mübarizə yerli feodalların köməyindən istifadə edən İbrahimxəlil xanın qələbəsi ilə nəticələndi. II İraklinin nümayəndəsi və qoşunları Gəncəni tərk etməli oldular. Lakin bu hadisədən sonra İbrahimxəlil xanın nümayəndəsi də Gəncədə çox qala bilmədi. Gəncəlilər üsyan qaldırıb onu da qovdular. Beləliklə, Gəncə xanlığı üsyan başçılarından biri olan Rəhim bəyin əlinə keçdi. Lakin bir ildən sonra onu xan taxtında qardaşı Cavad xan əvəz etdi. 1786-cı ildə Gəncəni yenidən Qarabağ xanlığı və Kartli-Kaxeti çarlığının qoşunları mühasirəyə aldılar. Nəticədə şəhərə ciddi ziyan dəydi.
Gəncə xanlığında ikihakimiyyətliliyə son qoymaq üçün 1783-cü ildə Hacı bəyin başçılığı ilə üsyan başladı və hakimlər Gəncədən qovuldu. 1784-cü ilin payızında II İrakli polkovnik S.Burnaşovun başçılıq etdiyi rus qoşunu ilə birlikdə Gəncəyə hücum etdi. Lakin Dağıstan hakimlərinin köməyi ilə Gəncə xanlığı yenə təcavüzdən xilas oldu.
Yerli əyanlarının bir hissəsinin Şuşa qalasında həbsdə olan Məhəmməd xanı yenidən Gəncə taxtında görmək istəyinin həyata keçirməsinə mane olmaq üçün İbrahimxəlil xan onu edam etdirdi. Lakin onun qardaşı Rəhim bəy (1785–1786) Şuşa qalasından Gəncəyə qaçaraq hakimiyyəti ələ almağa nail oldu. Bundan narazı qalan İbrahimxəlil xan II İrakli ilə birlikdə Gəncəyə hücum təşkil etdilər və müəyyən məbləğdə xərac ödəməyə razı olan Cavad xan (1786–1804) hakimiyyətə gəldi.



Cavad xanın ştandardı.
Lakin o, 1795-ci ildə bu xəracı verməkdən imtina etdi. Cavad xan bu asılılğa son qoymaq məqsədilə Cavad xan 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Tiflisə hücüm edəndə ona qoşun və ərzaqla yardım etmişdi. 1796-cı ildə V.Zubovun Cənubi Qafqaza hücumu zamanı bundan istifadə edən Cavad xan nümayəndəsi Məhəmmədqulu bəyi onunla danışığa göndərdi. II Yekaterinanın ölümündən sonra rus qoşunu geri çağrıldı. Cavad xan rus qoşunları Azərbaycanı tərk etdikdən sonra, Nadir şahın vaxtında Kartli çarlığına verilmiş Şəmşəddil, Qazax və Borçalı mahallarını geri aldı. Bu məqsədlə o, gürcü şahzadəsi Aleksandrı himayə etdi. Gəncə xanlığı ilə Gürcüstan və Rusiyanın münasibətləri kəskinləşdi, rusların Gəncəni tutmaq planı reallaşdı.
Ruslar tərəfindən işğalı
Gəncənin xüsusilə əlverişli mövqedə yerləşdiyini nəzərə alan Rusiya həmin ərazini ordunun dayağı kimi istifadə edərək Azərbaycanın digər xanlıqlarını da işğal etmək üçün bu ərazini seçmişdir. Rus ordusunun komandanlığı Gəncəni "İranın şimal əyalətlərinin açarı" adlandırırdı. General Sisianov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələdir.
Cavad xana təslim olmağı bir neçə dəfə təklif edən Sisianov hər dəfə rədd cavabı aldı. 1803-cü il noyabrın 20-də General Sisianov Tiflis istiqamətindən Gəncəyə sarı hərəkətə başladı, qoşun dekabr ayında Gəncə qalasına gəlib çatdı. Qalanın almağı çətin olduğunu başa düşən Sisianov, müəyyən hazırlıqdan sonra, 3 yanvar 1804-cü ildə səhər saat 5-də hücum əmri verdi ağır döyüşdən sonra ruslar qalanı aldılar. Bu döyüşdə Cavad xan və iki oğlu qəhrəmancasına həlak oldu. Gəncə müharibəsində yaralılardan savayı, iki mindən çox adam həlak olmuşdu, on səkkiz minədək adam isə əsir tutulmuşdu. Bu işğaldan sonra Gəncə xanlığı ləğv olundu və adı Aleksandrın arvadı Yelizavetanın şəhərinə dəyişərək Yelizavetpol qoyuldu. Xanlığın yerində Yelizavetpol dairəsi yaradıldı.
İnzibati bölgüsü
Araşdırmalar nəticəsində "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə Gəncə xanlığının sərhədləri çərçivəsinə düşən təxmini ərazilərdə 1727-ci ildə 12 mahal: Gəncəbasan, Sunqurabad, Böyük Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan, Danqı, Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan, Xılxına mahalları qeydə alınmışdır (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, s.29–272). Qeyd etmək lazımdır ki, göstərilən mahallardan Gəncəbasan, Sunqurabad, Böyük Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan və Danqı mahalları bütövlükdə Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan və Xılxına mahalları ərazisinin isə yalnız bir hissəsi Gəncə xanlığının tərkibinə düşürdü (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, s.29–272).
Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürənbasan, Şamxor, Samux və Ayrım mahallarını qeydə almışdır
1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının olması göstərilmişdir
1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir:
1) Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir;
2) Şəmşəddil distansiyası ilə sərhəddə olub Şamxor çayın hər iki sahilində yerləşən Şamxor mahalı;
3) Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalı;
4) Şamxor və Kürəkbasan arasında yerləşən Gəncəbasan mahalı;
5) Kür çayının sağ sahili boyu Samux dağ silsiləsini əhatə edən Samux mahalı;
6) Bütün dairəyə səpələnmiş, köçəriliklə məşğul olan Ayrumlar mahalı (Обозрение…ч. ЫЫ, с.355–356.). Görünür, Gəncə xanlığı ləğv edildikdən sonra, çox ehtimal ki, XIX əsrin 20-ci illərinin II yarısında, çar məmurları Yelizavetpol dairəsinin inzibati quruluşunda bəzi dəyişikliklər etmiş və nəticədə yeni bir mahal-Dağlıq mahalı yaradılmışdır.
Əhalinin məşğuliyyəti
Gəncə xanlığının təsərrüfatında maldarlıq, ipəkçilik, bağçılıq, üzümçülük, bostançılıq əsas yer tuturdu. Toxuculuq, xalçaçılıq, zərgərlik, boyaqçılıq, dulusçuluq kimi sənət sahələri inkişaf etmişdi. Əhalidən malcəhət, bəhrə, darğalıq və s. vergilər toplanırdı.
Mahalları
Samux mahalı
Kürəkbasan mahalı
Dağlıq mahalı
Şamxor mahalı
Ayrım mahalı


  • İstifadə olunmuş ədəbiyyat siyahısı

  • Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı. " Elm". 2007

  • Əliyarlı S. Azərbaycan tarixi. Bakı, “Çıraq”. 2009

  • İbnTəqriberdi. Ən-Nucmi əz-zahirə, səh. 577

  • Azərbaycan tarixi (yeddi cilddə), Bakı, 2007, II cild

  • Ət-Təbəri, III, səh. 1015

Yüklə 46,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin