Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Cədvəl 8.5 Azərbaycan Respublikasında 2008-ci ildə “Sərəncamda qalan gəlirlərin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə131/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   262
2-ci movzu demoqrafiya

Cədvəl 8.5
Azərbaycan Respublikasında 2008-ci ildə “Sərəncamda qalan gəlirlərin
istifadəsi hesabı” (cari qiymətlərlə, milyon manatla)
Ehtiyatlar
İstifadə
1) Sərəncam da qalan ümumi gəlir -
37358.3
2) Son istehlak xərcləri - 16829.8
3) Qənaət - 20528.5
Ehtiyatların cəmi - 37358.3
İstifadənin cəmi - 37358.3
Məlum olduğu kimi, son istehlak xərclərinə aşağıdakılar daxildir: 1) 
ev təsərrüfatlarının son istehlak xərcləri; 2) dövləti idarəetmə orqanlarının 
son istehlak xərcləri; 3) ev təsərrüfatlarına xidmət edən qeyri-kommersiya 
təşkilatlarının (ictimai) son istehlak xərcləri. Bütün bu xərclər müvafiq 
bölmələrin hesablarında qeyd edilir. Hesabın sxemi standart maddələr 
“toplusu”ndan ibarətdir və tarazlaşdırıcı maddəsi qənaətdir. İqtisadiyyatın 
bütün bölmələrindəki qənaətləri cəmlədikdə MHS-nin daha bir makro­
iqtisadi göstəricisi - milli qənaət alınır.
“Natura formasında olan gəlirlərin təkrar bölgüsü” hesabı da vardır. 
Təkrar bölgü yalnız pul formasında olan transfertlərin deyil, həm də 
natura formasında olan sosial transfertlərin köməyilə həyata keçirilir. 
Natura formasmda sosial transfertlər dedikdə, ayrı-ayrı şəxslərə, yaxud da 
şəxslər qrupuna (məsələn, əlillərə pulsuz dərman, əlil arabaları, yaxud da 
maşın verilməsi və i. a.) pulsuz sosial-mədəni xidmətlərin göstərilməsi 
nəzərdə tutulur. Əhaliyə göstərilən bir sıra xidmət növlərinə görə bəzi 
xərclərin (məsələn, tibb müəssisələrinin göstərdikləri xidmətin ödənil­
məsi xərclərinin) sosial sığorta fondundan ödənilməsi də natura ifadəsin­
də sosial transfertlərə aiddir. Natura ifadəsində olan gəlirlərin təkrar 
bölgüsü MHS-nin xüsusi hesabında əks etdirilir. Onun forması 8.6. 
cədvəlində verilmişdir.
İqtisadiyyatın heç də bütün bölmələri natura formasında sosial trans-
239


fertləri alan və verənlər deyildirlər. Burada ev təsərrüfatları alıcı, dövləti 
idarəetmə və ev təsərrüfatlarına xidmət edən qeyri-kommersiya təşkilat­
ları bölmələri isə ödəyicidirlər. Qeyri-maliyyə və maliyyə korporasiyaları 
natura formasında sosial transfertlərin nə alıcısı, nə də vericisidirlər. 
Bütövlükdə natura formasında alınmış (ev təsərrüfatlarının aldıqları) 
sosial transfertlər natura formasında verilmiş (dövləti idarəetmə orqanları 
və ev təsərrüfatlarına xidmət edən qeyri-kommersiya (ictimai) təşkilat­
larının verdikləri) sosial transfertlərə bərabərdir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin