Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Cədvəl 8.2 Azərbaycan Respublikasında 2012-ci ildə “Gəlirlərin yaranması



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə128/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   262
2-ci movzu demoqrafiya

Cədvəl 8.2
Azərbaycan Respublikasında 2012-ci ildə “Gəlirlərin yaranması
hesabı” (cari qiymətlərlə, milyon manatla)
Ehtiyatlar
İstifadə
1) Ümumi əlavə dəyər (əsas 
qiym ətlərlə) - 49026,0
2) Əməyin ödənilməsi - 7761,0
3) İstehsala və idxala vergilər (+) - 277,0
4) İstehsala və idxala subsidiya ( - ) - 0.0
5) Ümumi mənfəət (qarışıq g ə lirlə r)-4 0 9 8 8 ,0
6) Əsas fondların istehlakı - 2406,7
7) Xalis mənfəət (xalis qarışıq gəlirlər) - 38581,3
E htiyatların cəmi - 49026,0
İstifadənin cə m i- 49026,0
Bunların məzmununu qısaca nəzərdən keçirək.
Əməyin ödənilməsi iki hissədən ibarətdir: 1) əmək haqqı; 2) sosial sı­
ğortalara ayrılmalar. Əməyin ödənilməsi dedikdə ÜƏD-nin yaradılma­
sında iştirak edən həm rezidentlər, həm də qeyri-rezidentlər tərəfindən
235


həyata keçirilən ödənişlər nəzərdə tutulur. Məsələn, Azərbaycanda 
müxtəlif ölkələrin iş adamları iqtisadiyyatın ayrı-ayrı sahələrində çalışır 
və deməli, ÜƏD-nin yaradılmasında iştirak edirlər. İstehsala görə digər 
vergilərə ayrı-ayrı istehsal amillərinə (torpaq, binalar, nəqliyyat vasitələri, 
əmək haqqı fondu) görə müəyyən olunan vergiləri misal gətirmək olar. 
Bu maddə xalis şəkildə, yəni istehsala görə verilən digər subsidiyalar 
çıxılmaqla qeyd edilir. Əsas kapitalın istehlakı onun bərpa dəyərinə görə 
hesablanan köhnəlmə dəyərini xarakterizə edir.
Mənfəət korporasiyalar üçün tarazlaşdırıcı maddədir. Başqa sözlə, o, 
qeyri-maliyyə və maliyyə korporasiyalarının gəlirlərinin əmələ gəlməsi 
hesablarında əks etdirilir. Qarışıq gəlir korporasiyalara daxil olmayan 
müəssisələr üçün tarazlaşdırım maddədir. Başqa sözlə, qarışıq gəlirlər ev 
təsərrüfatı bölməsində gəlirlərin əmələ gəlməsi hesablarında öz əksini 
tapır, ev təsərrüfatlarının mülkiyyətində olan və korporasiyalara daxil 
olmayan müəssisələr də (ayrı-ayrı ailələrə məxsus olan kiçik firmalar, 
emalatxanalar, restoran və mağazalar) bu bölməyə aiddir. Qeyd etmək 
lazımdır ki, MHS-də hesablanan mənfəət göstəricisi mühasibat uçotunun 
məlumatlarına əsasən hesablanan mənfəətə uyğun gəlmir. Bu, məhsulla­
rın və xərclərin qiymətləndirilməsi və ayrı-ayrı xərc maddələrinin 
müəyyən olunmasındakı müxtəlifliklə əlaqədardır.
MHS-nin çox mühüm hesablarından biri də “Gəlirlərin ilkin bölgüsü 
hesabı”dır. Bu hesabdan bir bölmədə istehsalçılar tərəfindən yaradılan 
əlavə dəyərin, digər bölmələrə - istifadəçilərə ilkin gəlir şəklində necə 
daxil olmasını göstərmək üçün istifadə edilir. Bunu 8.3. cədvəlindən daha 
aydın görmək olar.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin