Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


olunmasının xüsusiyyətləri



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə136/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   262
2-ci movzu demoqrafiya

olunmasının xüsusiyyətləri
Bundan əvvəlki yarımfəsillərdə iqtisadiyyatın bütün bölmələrində 
tərtib oluna bilən hesabların standart formasından bəhs olundu. Lakin hər 
bir bölmədə məhz hansı hesablardan istifadə olunacağını müəyyən­
ləşdirmək üçün onlardan seçim edilməlidir.
“İstehsal hesabı”nm 
standart formasından iqtisadiyyatın bütün sahə­
lərində istifadə oluna bilər. Lakin qeyd etmək lazımdır ki, hər bölmə üzrə 
ümumi buraxılışın hesablanmasında müəyyən fərqlər vardır. Məsələn, 
qeyri-maliyyə korporasiyaları bölməsində əmtəə və xidmətlərin ümumi 
buraxılışı bazar qiymətləri ilə onların satışı haqqında məlumatlara əsasən 
hesablanır və üzərinə satılmış hazır məhsul ehtiyatlarının və bitməmiş 
istehsal qalığının artımı əlavə edilir. Maliyyə korporasiyaları bölməsində 
ümumi 
buraxılış 
maliyyə vasitəçilərinin 
iqtisadiyyatın 
müxtəlif 
bölmələrinə verdikləri borc (ssuda) müqabilində aldıqları faiz məbləği ilə 
yerləşdirdikləri depozitlərə görə verdikləri faiz məbləği arasındakı fərq 
kimi müəyyən edilir. Sonra isə onun üzərinə göstərilən köməkçi maliyyə 
xidmətləri (hesabların aparılması, valyutaların dəyişdirilməsi və i.a.) 
müqabilində əldə edilən gəlir əlavə olunur.
Dövləti idarəetmə bölməsində 
ü m u m i bu raxılış e v təsərrü fatların a
və 
bütövlükdə cəmiyyətə göstərilən qeyri-bazar xidmətlərinin "istehsalrna 
sərf olunan xərclərin cəmi kimi hesablanır. Bunun üzərinə dövləti 
idarəetmə orqanlarının bazar strukturlarının (əgər varsa) göstərdikləri 
bazar xidmətlərinin ümumi buraxılışı əlavə olunur. Belə strukturlara 
dövlət xəstəxanalarında bəzi bölmələrin öz xidmətlərini bazar qiymətləri 
ilə satmalarını misal göstərmək olar.
Ev təsərrüfatlarının ümumi buraxılışı aşağıdakı kimi müəyyən
edilir:
E v tə sə rrü fa tla rın ın
B a z a rd a satıim ış 
Ö z istehlakları 
ü m u m i b u ra x ılışı =
m ə h su lla r 
+
ü çü n istifa d ə +
o lu n an
m əhsul
S atılm am ış h a ­
z ır m əhsul v ə 
b itm ə m iş is te h ­
sal e h tiy a tla ­
rın ın d ə y işm ə si
Bundan başqa, mənzil mülkiyyətçilərinin özlərinin özlərinə göstər­
dikləri şəxsi istehlakla əlaqədar xidmətlərin şərti qiymətlə hesablanan 
dəyəri də bu bölmənin ümumi buraxılışına daxil edilir.
Ev təsərrüfatlarına xidmət edən qeyri-kommersiya təşkilatlarının

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin