Cədvəl 8.11 “Dövrün əvvəlinə və ya axırma aktiv və passivlər balansı” Aktivlər Təəhhüdlər və kapitalın xalis dəyəri 1) Qeyri-maliyyə aktivləri
2) M aliyyə aktivləri
3) Təəhhüdlər
4) K apitalın xalis dəyəri (1+2-3)
Aktivlərin cəmi
Təəhhüdlərin və kapitalın xalis dəyərinin cəmi
Bu hesabın tarazlaşdırıcı maddəsi kapitalın xalis dəyəridir. İqtisadiy
yatın bütün bölmələri üzrə kapitalın xalis dəyərini cəmlədikdə MHS-nin
daha bir ümumi göstəricisi -
milli sərvət alınır. Milli gəlir həmin ölkənin
bütün r e zid e n tlə rin in m a lik o ldu qla rı k a p ita lın x a lis d ə y ə rin in c ə m i k im i də müəyyən oluna bilər.
Dövrün əvvəlinə və axırma aktivlər və passivlər balansının tərtib olun
ması milli gəlirin artmasını (azalmasını) aşkara çıxarmağa imkan verir.
Balansın məlumatlarma əsasən aktiv və passivlərin strukturunda baş
verən dəyişmələri də müəyyən etmək mümkündür. Məsələn, belə
məlumatlar aktivlərin ümumi həcmində qeyri-maliyyə və maliyyə
aktivlərinin xüsusi çəkisini göstərir. İqtisadiyyatın bir bölməsinin maliyyə
aktivləri digər bölmələrin (külçə qızıl və xüsusi əvəzetmə hüququndan
başqa) maliyyə təəhhüdləridir. Digər ölkələrlə əlaqələrdən sərf-nəzər
etdikdə demək olar ki, bu maddələr iqtisadiyyat miqyasında bir-birini
qarşılıqlı surətdə ödəyir. Lakin əslində bəzi maliyyə aktivləri qeyri-
rezidentlərin təəhhüdləri və əksinə, rezidentlərin bəzi təəhhüdləri qeyri-
rezidentlərin maliyyə aktivləri ola bilər. Beləliklə, milli sərvəti ölkənin
qeyri-maliyyə aktivlərinin üzərinə digər ölkələrin təəhhüdləri - maliyyə
aktivləri ilə həmin ölkə rezidentlərinin onun (həmin ölkənin) qeyri-
rezidentləri qarşısında olan maliyyə təəhhüdləri arasındakı müsbət fərqin
cəminə bərabərdir.
244 8.7. İqtisadiyyatın ayrı-ayrı bölmə və sahələrində hesabların tərtib