(ETXEQKT) ümumi buraxılışı onların
göstərdikləri xidmətlərin
“isteh
sa lın a sərf olunan xərclərlə ölçülür.
Xərclərin əmələ gəlməsi hesablarında ümumi, yaxud da xalis mənfəət
əsas etibarilə qeyri-maliyyə və maliyyə korporasiyalarında aparılan
müvafiq hesabda qeyd edilir. Dövləti idarəetmə bölməsində gəlirlərin
əmələ gəlməsi hesabında kommersiya fəaliyyəti ilə məşğul olan struktur
larda az da olsa mənfəət əldə oluna bilər. Lakin
dövlətin tabeliyində olan
büdcə təşkilatlan tərəfindən qeyri-bazar xidmətləri göstərmək üçün əsas
kapitaldan istifadə edilməsi nəticəsində əldə edilən mənfəətin şərti qiy
mətlə qiymətləndirilməsi haqqında təkliflər də səslənir.
Bu təkliflər
reallaşdıqca dövləti idarəetmə bölməsində gəlirlərin əmələ gəlməsində
mənfəətin rolu və əhəmiyyəti də artacaqdır. Ev təsərrüfatı
bölməsində
gəlirlərin əmələ gəlməsi hesabında əmtəə və xidmətlərin istehsalı və mən
zil xidmətlərindən əldə edilən qarışıq gəlirlər qeyd edilir. ETXEQKT-də
gəlirlərin əmələ gəlməsi hesabında mənfəət olmur.
Çünki bu bölmə
vahidləri qeyri-bazar xidməti göstərməklə məşğul olurlar.
İqtisadiyyatın ayrı-ayrı bölmələrində gəlirlərin ilkin bölgüsü hesabının
tərtib olunmasının aşağıdakı xüsusiyyətləri vardır. Dövləti idarəetmə böl
məsində əldə edilən ilkin gəlirlərə istehsala və idxala qoyulan vergilər
(subsidiyalar çıxılmaqla) daxildir. İqtisadiyyatın digər bölmələrində apa
rılan hesablarda bu maddə açıq-aşkar qeyd edilmir.
Əməyin ödənilməsi
yalnız ev təsərrüfatlarının ilkin gəlirlərinin bölgüsü hesabının “ehtiyatlar”
hissəsində qeyd edilir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu
hesabdakı əməyin ödənilməsi həmin ölkənin rezidentləri tərəfindən həm
ölkə daxilində, həm də xaricdən aldıqları “əməyin ödənilməsi”nə aid edi
lir. Gəlirlərin əmələ gəlməsi hesabındakı “əməyin ödənilməsi”
isə həmin
ölkə müəssisələrinin həm onlarda işləyən rezidentlərə,
həm də qeyri
rezidentlərə verdikləri “əməyin ödənilməsi”nə aid edilir. Qarışıq gəlirləri
yalnız ev təsərrüfatları, mənfəəti
isə ETXEQKT-dan başqa bütün
bölmələr əldə edə bilərlər.
Dostları ilə paylaş: