Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Gəlirlərin təkrar bölgüsü (gəlirlərin yenidən bölgüsü) hesabım



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə138/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   262
2-ci movzu demoqrafiya

Gəlirlərin təkrar bölgüsü (gəlirlərin yenidən bölgüsü) hesabım
tərtib edərkən ayrı-ayrı bölmələr üzrə aşağıdakıları nəzərə almaq 
lazımdır. Gəlirlərə və əmlaka görə vergiləri yalnız dövləti idarəetmə 
bölməsi əldə edir. Bu vergilərin ödəyiciləri isə ETXEQKT-dən başqa 
iqtisadiyyatın yerdə qalan bütün bölmələri ola bilər.
Sosial sığortaya ayırmalar ev təsərrüfatları bölməsi tərəfindən ödənil­
diyinə görə onların əməyinin ödənilməsi də bu maddəyə daxil edilir və 
həmin transfertin alıcısı dövləti idarəetmə bölməsi olur. Sosial sığorta 
ödəmələri dövləti idarəetmə orqanlarının xərci, ev təsərrüfatlarının isə 
gəliri kimi əks etdirilir. Ödənilmiş sığorta mükafatları cari transfertlərin
246
maddələrindən biri kimi iqtisadiyyatın istənilən bölməsinin hesabında əks 
etdirilə bilər. Sığorta şirkətlərinin aldıqları mükafat onun (şirkətin) daxil 
olduğu maliyyə korporasiyası bölməsinin hesabında əks etdirilir. Digər 
tərəfdən, alınmış sığorta haqları (mükafatları) iqtisadiyyatın bütün bölmə­
lərinin hesablarında, verilmiş sığorta ödənişləri isə maliyyə korporasiya­
larının ödədikləri cari transfertlərin tərkibində öz əksini tapır.
“Sərəncamda qalan gəlirdən istifadə hesabları”nda 
yalnız ev təsər­
rüfatları, dövləti idarəetmə orqanları və ETXEQKT bölmələri üzrə son 
istehlak xərcləri qeyd edilir. Qeyri-maliyyə və maliyyə korporasiyaları 
üzrə hesablarda son istehlaka sərf olunan xərclər müəyyənləşdirilə 
bilməz.
Natura formasında gəlirlərin təkrar (yenidən) bölgüsü hesablarında 
sosial transfertlərin alıcısı ev təsərrüfatlarıdır. Bu transfertləri dövləti 
idarəetmə orqanları və ETXEQKT bölmələri həyata keçirirlər. Sərəncam­
da qalan təshih olunmuş gəlirdən istifadə olunması hesablarında faktiki 
son istehlak yalnız ev təsərrüfatları və dövləti idarəetmə bölmələri üzrə 
qeyd edilir. ETXEQKT-nin göstərdiyi bütün xidmətlər şərti olaraq fərdi 
ev təsərrüfatlarına verilən sosial transfertlər hesab edilir və buna görə də 
bu bölmədə faktiki son istehlak müəyyən olunmur. Təshih olunmuş 
sərəncamda qalan gəliri alanlar ev təsərrüfatları və dövləti idarəetmə 
vahidləri hesab olunurlar, iqtisadiyyatın digər bölmələrinin hesablarında 
bu gəlir kateqoriyaları qeyd edilmir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin