Ölkənin iqtisadi ərazisi onun coğrafi ərazisindən fərqlənir.
Milli
hesablar sistemində iqtisadi əraziyə dövlətin inzibati idarəçiliyi altında
olan və əhalinin, əmtəə və kapitalın sərbəst hərəkətinə imkan verən ərazi
daxildir. Hava yolları, ərazi suları və beynəlxalq sulardakı kontinental
şelflər də iqtisadi əraziyə aid edilir. Başqa ölkələrdəki “ərazi anklavları”
da iqtisadi ərazi hesab olunur. Bu, başlıca olaraq başqa ölkənin ərazisində
yerləşən, lakin həmin ölkənin icarə və ya mülkiyyət hüquqi ilə elmi, dip
lomatik və digər məqsədlər üçün istifadə olunan torpaq sahəsidir. Ank-
lavlarda ölkənin xarici səfirlikləri, konsulluqları, ticarət və başqa nüma
yəndəlikləri yerləşdirilə bilər. Başqa ölkələrin və beynəlxalq təşkilatların
ərazi anklavları onların yerləşdikləri ölkənin iqtisadi ərazisinə daxil edil
mir. Korporasiyalar və qeyri-kommersiya təşkilatları hansı ölkədə yara
dılıb və qeydə alınıblarsa, həmin ölkənin rezidenti hesab olunurlar. Kor
porasiyaların uzun müddət xaricdə fəaliyyət göstərən şöbələri, ofisləri,
istehsal sahələri yerləşdikləri ölkənin rezidentləri hesab olunurlar.
Nəhayət
ÜDM ümumi məhsuldur.
Çünki o, istehlak olunmuş əsas
kapitalla birlikdə hesablanır. Əsas kapitalın istehlakı dedikdə, hesabat
dövründə onun tərkib ünsürlərinin (binaların, tikililərin, maşın və
avadanlıqların və s.) fiziki və mənəvi aşınması nəzərdə tutulur.
Daxili məhsul nəzəri cəhətdən istehlak olunmuş əsas kapitalın dəyəri
çıxılmaqla, xalis formada hesablanmalıdır. Deməli, ÜDM-dən istehlak
olunmuş əsas kapitalın dəyəri çıxıldıqda
xalis daxili məhsul (XDM)
almır. Lakin MHS-nin prinsiplərinə uyğun olaraq istehlak olunmuş əsas
kapitalın dəyərini müəyyən etmək təsəvvür olunduğu qədər də asan
məsələ deyildir. Çünki əsas kapitalın istehlakı haqqında mühasibat
uçotunun məlumatları MHS-nin tələblərinə cavab vermir. Ona görə ki,
əsas kapital MHS-də tövsiyə olunan bərpa dəyəri ilə deyil, bir qayda
olaraq tam ilk dəyərlə qiymətləndirilir və amortizasiya ayırmaları da buna
əsasən hesablanır. Digər tərəfdən, ölkələrin hamısı belə bir hesablama
aparmır, aparanlar isə müxtəlif metodlardan istifadə edirlər. Bütün
bunlara görə ölkələr arasında müqayisə aparmaq üçün ÜDM-dən istifadə
olunması daha məqsədəuyğundur.
Odur ki, ÜDM-dən beynəlxalq miqyasda istehsalın həcminin, əhalinin
həyat səviyyəsinin, iqtisadi artım sürətinin hesablanmasında, habelə bir
sıra göstəricilərin səviyyəsinin (dövlət büdcəsi kəsirinin, yaxud da
təhsilin, səhiyyənin saxlanması və inkişaf etdirilməsinə, ölkənin müda
fiəsi üçün ayrılan xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi və i. a.)
müəyyən edilməsində istifadə olunur. Ona görə də BMT, BVF, Dünya
Bankı, AYIB və dünyanın digər nüfuzlu qurumları ölkələr arasında
260
müqayisə apararkən bu göstəricidən istifadə olunmasını tövsiyə edirlər.
Aydın məsələdir ki, ölkə öz iqtisadiyyatını qapalı şəkildə inkişaf etdir
səydi, başqa sözlə, digər ölkələrlə heç bir əlaqə yaratmasaydı, onlarla
əməkdaşlıq etməsəydi, onda ÜDM rezidentlərin istehsaldan əldə etdikləri
ümumi gəlirin cəminə bərabər olardı. Lakin hər bir ölkə dünyanın digər
ölkələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, daha dəqiq desək, digər
ölkələrdən bu və ya digər formada gəlir əldə edir və öz gəlirlərinin bir
hissəsini onlara verir. Bütün bu gəlirlər nəzərə alındıqda ümumi milli
gəlir (ÜMG) hesablanmış olur. Bir zamanlar bu, ümummilli məhsul
adlandırılırdı. Lakin qeyd etmək lazımdır ki, rezidentlərin istehsalda
iştirakdan və sahibi olduqları mülkiyyətdən əldə etdikləri ilkin gəlirlərin
toplusu kimi bu, onun mahiyyətini düzgün əks etdirmirdi. Odur ki, MHS-
nin 1993-cü il variantında onun ümumi milli gəlir (ÜMG) adlandırılması
tövsiyə olunur.
Beləliklə, MHS-də ümumi daxili məhsul (ÜDM), xalis daxili məhsul
(XDM), ümumi milli
gəlir (ÜMG) və xalis milli
gəlir (XMG)
kateqoriyalarından istifadə olunur. Bunların arasında qarşılıqlı əlaqə
vardır və onu aşağıdakı kimi ifadə etmək olar:
ÜDM -
istehlak edilmiş əsas
kapitalın dəyəri
= XDM
ÜDM +
qalan dünyadan əldə
edilən ilkin gəlirlərin
qalığı
= ÜMG
XDM +
qalan dünyadan əldə
edilən ilkin gəlirlərin
qalığı
= XMG
ÜMG
-
istehlak edilmiş əsas
kapitalın dəyəri
= XMG
Dostları ilə paylaş: