- satılan, satın alınan məhsullara qoyulan vergilər, dövriyyə vergisi;39
- ayrı-ayrı xidmət növləri (nəqliyyat, rabitə, sığorta, reklam xidmət
ləri;
əyləncəli oyunlar, proqramlar və lotereya biletləri, idman tədbirləri)
ilə əlaqədar vergilər;
- fıskal inhisar mənfəətinə görə alman vergilər (istehsal və müəyyən
növ əmtəə və xidmətlərin bölgüsü üzərində
müəssisələrin qanunla
müəyyən edilmiş inhisarla əlaqədar əldə etdikləri vəsait);
- idxal və ixracla əlaqədar qoyulan vergilər, gömrük rüsumu.
Məhsullara görə verilən subsidiyalar - rezident müəssisələr tərəfindən
İstehsal edilən, satılan, yaxud da idxal olunan əmtəə və xidmətlərin
miqdarına və ya dəyərinə mütənasib olaraq verilən vəsait deməkdir.
Bunlara baş verən zərərin dövlət büdcəsindən müəssisələrə ödənilməsi
(bu, onların istehsal etdikləri məhsulların satış
qiymətlərinin orta istehsal
xərclərindən aşağı olması nəticəsində baş verir), idxal və ixraca görə
verilən subsidiyalar və s. aiddir.
Özünün son istifadəsi üçün istehsal olunan əmtəə və xidmətlər oxşar
bazar məhsullarının əsas qiymətləri ilə qiymətləndirilir.
Ev təsərrüfatlarına xidmət edən dövləti
idarəetmə müəssisələri və
qeyri-kommersiya təşkilatlarının göstərdikləri qeyri-bazar xidmətləri əsas
kapitalın istehlakı da daxil olmaqla həmin təşkilatların cari xərcləri ilə
qiymətləndirilir.
Aralıq istehlak dedikdə, digər əmtəə və xidmətləri istehsal etmək üçün
həmin dövrdə istehlak olunmuş əmtəələrin (əsas fondlar istisna olmaqla)
və göstərilmiş bazar xidmətlərinin dəyəri nəzərdə tutulur.
Dostları ilə paylaş: