Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Bunlara konkret olaraq aşağıdakılar daxil edilir



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə150/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   146   147   148   149   150   151   152   153   ...   262
2-ci movzu demoqrafiya

Bunlara
konkret olaraq aşağıdakılar daxil edilir:
1) 
sərf olunan xammal və materialların, yanacağın, enerjinin, toxu­
mun, yemlərin (satın alınmış və öz istehsalı), qida məhsullarının, kimyəvi 
vasitələrin, dəftərxana ləvazimatlarının, xüsusi geyimlərin və s. dəyəri; 2) 
digər müəssisələr və ayrı-ayrı şəxslər tərəfindən görülən işlərin və gös­
tərilən xidmətlərin (təmir işləri, nəqliyyat, rabitə, hesablama mərkəzləri­
nin, kommunal təsərrüfatlarının, habelə reklam, bank, sığorta, hüquqşü­
nas və məsləhətçilərin göstərdikləri xidmətlərin dəyəri və s.) dəyəri. 
Aralıq istehlak əmtəə və xidmətlər istehsal prosesinə daxil olduğu
anda (məqamda) qüvvədə olan alıcı qiyməti ilə qiymətləndirilir. 
Bu 
qiymətə ticarət-nəqliyyat əlavələri və məhsullara qoyulan vergilər (əlavə 
dəyər vergisindən başqa) daxil edilir, məhsullara görə verilən subsidiyalar 
isə onun üzərindən çıxılır.
39 Bəzi ölkələrdə hələ də dövriyyə vergisindən istifadə olunur.
264
Ümumi əlavə dəyər hesablanarkən maliyyə vasitəçilərinin göstərdikləri 
xidmətin dolayı yolla müəyyən edilən aralıq istehlakı nəzərə alınmalıdır. 
Bu xidmətlərin dəyəri maliyyə vasitəçilərinin (məsələn, bankların) aldıqları 
və verdikləri faiz məbləğləri arasındakı fərq kimi müəyyən edilir. Və bu, 
prinsipcə bütün müştərilərə - müəssisələrə, ev təsərrüfatlarına, rezidentlərə 
və qeyri-rezidentlərə şamil edilir. Ona görə də bu, onların arasında bölüş­
dürülməli və müvafiq olaraq müəssisələrin aralıq, ev təsərrüfatlarının isə 
son istehlakında və xidmətlərin ixracında göstərilməlidir. Bu, MHS-nin 
1993-cü il variantındakı tələblərə uyğun gəlir. Lakin, bu cür hesablama 
metodikasından hələ istifadə olunmur, o, baxılma mərhələsindədir və buna 
görə də ölkələrin əksəriyyətində köhnə metoddan istifadə edilir. Köhnə 
metoda uyğun olaraq maliyyə vasitəçilərinin göstərdikləri və dolayı yolla 
ölçülən bütün xidmətlər ümumi buraxılışı sıfıra bərabər olan şərti vahidlə 
aralıq istehlaka aid edilir. Beləliklə, bütün bölmələrin, yaxud da sahələrin 
ümumi əlavə dəyərinin cəmi maliyyə vasitəçilərinin dolayı yolla müəyyən 
edilən xidmətlərinin dəyəri qədər azaldılmalıdır.
Lakin ÜDM-i bazar qiymətləri ilə qiymətləndirmək üçün bu, kifayət 
deyildir. Bunlarla yanaşı, məhsullara qoyulan xalis vergilər də nəzərə alın­
malıdır. Başqa sözlə, sahələrin, yaxud da bölmələrin ümumi əlavə dəyərinə 
daxil edilməmiş məhsullara görə vergiləri əlavə etmək və ümumi əlavə də­
yərə daxil edilmiş məhsullara görə alman vergiləri onun üzərindən çıxmaq 
lazımdır. Məhsullara qoyulan belə vergilərə hər şeydən əvvəl idxala görə 
alman və ümumi əlavə dəyərə daxil edilməmiş əlavə dəyər vergisini aid 
etmək olar. Bundan başqa, ümumi əlavə dəyər MHS-nin 1993-cü il varian­
tında tövsiyə olunduğu kimi əsas qiymətlərlə hesablandıqda, məhsullara 
görə alınan bütün vergiləri (aksizlər, ixrac vergisi, satış vergisi, dövriyyə 
vergisi və i. a.) onun üzərinə əlavə etmək lazımdır. Çünki onlar bu zaman 
ÜƏD-də nəzərə alınmamış olurlar. Əksinə, məhsullara görə verilən 
subsidiyalar (idxala görə verilən subsidiyalardan başqa) əsas qiymətlərlə 
sahələrin, yaxud da bölmələrin ümumi əlavə dəyərinə daxil edilir və buna 
görə də bazar qiymətləri ilə hesablanan ÜDM-dən çıxılmalıdır.
Beləliklə, fikrimizi konkretləşdirməklə aşağıdakıları demək olar: 
ÜDM-i istehsal metodu ilə hesablamaq üçün ölkə üzrə bütövlükdə əmtəə 
və xidmətlərin ümumi buraxılışından (ƏXÜB) aralıq istehlakı (Aİ) 
çıxmaq lazımdır. Yəni:
ƏXÜB - Aİ = ÜDM.
Məsələn, 2012-ci ildə Azərbaycan Respublikasında məhsul və xidmət­
lərin ümumi buraxılışı cari qiymətlərlə 74455,2 mln. manata, aralıq
265


istehlak isə 23780,2 mln. manata bərabər olmuşdur.40 Düsturda rəqəmləri 
yerinə yazmaqla ölkəmizdə 2012-ci ildə istehsal edilmiş ÜƏD-i aşağıdakı 
kimi hesablamaq olar:
ÜƏD = ƏXÜB - Aİ = 74455,2 - 23780,2 = 50675 mln. manat.
ÜDM-i istehsal metodu ilə iqtisadiyyatın bütün sahələrində yaradılmış 
əlavə dəyəri cəmləmək yolu ilə də hesablamaq olar. Bu isə o deməkdir ki, 
əsas qiymətlərlə ÜDM əsas qiymətlərlə iqtisadiyyatın bütün sahələrində 
yaradılmış əlavə dəyərin cəminə bərabər olmalıdır. Bunu belə ifadə etmək 
olar:
Əsas qiymətlərlə ÜDM = Əsas qiymətlərlə I ÜƏD
Ayrı-ayrı sahələrdə yaradılmış əlavə dəyərin ümumi kəmiyyətinin 
hesablanması üçün istifadə olunan əsas qiymətlər dedikdə, məhsullara 
qoyulan vergilərin daxil edilmədiyi, lakin subsidiyaların daxil edildiyi 
qiymətlər nəzərdə tutulur. ÜDM-i bazar qiymətləri ilə hesablamaq üçün 
subsidiyalar çıxılmaqla ÜƏD-in üzərinə məhsullara və idxala görə alman 
vergiləri əlavə etmək lazımdır:
Bazar qiymət- 
Məhsullara və id- 
Məhsullara və idxala
ləri ilə ÜDM 
= L ÜƏD - xala görə verilən + 
görə alman vergilər
subsidiyalar
Azərbaycan Respublikasında 2011-ci ildə əsas qiymətlərlə 49026,0 
mln. manatlıq ÜƏD yaradılmış, məhsullara və idxala görə 127,0 mln. 
manatlıq subsidiya verilmiş, məhsullara və idxala görə 3460,0 mln. 
manatlıq vergi alınmışdır. Düsturda rəqəmləri yerinə yazmaqla 
ölkəmizdə 2011-ci ildə əsas qiymətlərlə yaradılmış ÜDM-i aşağıdakı 
kimi hesablamaq olar:
ÜDM - 49026,0 - 127,0 + 3460,0 - 52359,0 mln. manat.
ÜDM-in istehsal metodu ilə hesablanması ölkədə gedən prosesləri 
təhlil etməyə, son məhsulun yaradılmasında hər sahənin və ya bölmənin 
rolunu aydınlaşdırmağa, iqtisadiyyatın sahə strukturunu müəyyənləş­
dirməyə imkan verir.
40 Azərbaycanın statistik göstəriciləri, 2013. Bakı, “Səda” nəşriyyatı. 2013. s. 375.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin