İstehsal və idxala görə alman vergilər iki yerə bölünür. Bunlardan
birindən - məhsullara görə müəyyən edilmiş vergilərdən bu fəsildə artıq
bəhs olunmuşdur. İstehsala görə alman digər vergilərə istehsal amillə
rindən istifadə, habelə lisenziyalar və hər hansı bir fəaliyyət növü ilə məş
ğul olmaq üçün icazə verilməsi, yaxud da fəaliyyəti istehsal vahidləri -
rezidentlər üçün zəruri olan digər məcburi tədiyələr daxildir. Bu tədiyələr
istehsal prosesində istifadə olunan torpağa, istehsal vasitələrinə, işçi
qüvvəsinə, yaxud da müəyyən bir fəaliyyət növünü və ya əməliyyatı
həyata keçirmək hüququna görə ödənilə bilər. İstehsala görə müəyyən
olunan digər vergilər müəssisənin əldə etdiyi mənfəətə, yaxud da digər
gəlirlərə görə alman vergilərə daxil edilmir. Belə vergilər istehsalın
rentabelliyindən asılı olmayaraq dövlət büdcəsinə ödənilməlidir.
Subsidiya - əmtəə və xidmətlərin istehsalı, satışı və idxalı, habelə
müəyyən bir iqtisadi və sosial siyasətin həyata keçirilməsi üçün istehsal
amillərindən istifadə edilməsi ilə əlaqədar olaraq dövlət tərəfindən müəs
sisələrə əvəzsiz və qaytarılmamaq şərtilə verilən tədiyələrdir. Subsidi
yalar məhsullara və istehsala görə verilən digər subsidiyalara bölünür.
Məhsullara görə verilən subsidiyalar bu fəsildə bir qədər ətraflı nəzərdən
keçirilmişdir. Müəssisələr istehsala görə digər subsidiyaları dövləti
idarəetmə orqanlarından istehsal amillərindən istifadə ilə əlaqədar olaraq
alırlar. Bunlara aşağıdakılar aiddir:
1) xüsusi şəxslər kontingentinin (əlillər, yeniyetmələr) əməyindən
istifadə edilməsi ilə əlaqədar olaraq ödənilən subsidiyalar;
2) digər istehsal amillərindən istifadə edilməsi ilə əlaqədar olaraq
ödənilən subsidiyalar (məsələn, hər hansı bir xammal, enerji növündən
istifadə edilməsinin stimullaşdırılması üçün);
3) ətraf mühitin çirklənməsinin azaldılması (məsələn, istehsal tullan
tılarının əlavə emalına sərf olunan xərclərin ödənilməsi) üçün subsidi
yalar.