9.4. Ümumi daxili məhsulun bölgü metodu ilə hesablanması
ÜDM-i bölgü metodu ilə hesablamaq üçün onun tərkibinə institusional
istehsal vahidləri - rezidentlər tərəfindən ödənilən aşağıdakı
ilkin gəlir
növləri daxil edilir: 1) muzdlu işçilərin əməyinin ödənilməsi; 2)
istehsala
və idxala görə alınan xalis vergilər (istehsala və idxala görə ödənilən
vergilərdən verilmiş subsidiyalar çıxılmaqla); 3)
ümumi mənfəət və
ümumi qarışıq gəlirlər.
Muzdlu işçilərin əməyinin ödənilməsi dedikdə,
hesabat dövründə
yerinə yetirilmiş işin müqabilində işverənlərin natura və pul formasında
muzdlu işçilərə ödəməli olduqları haqq nəzərdə tutulur.
Əməyin ödə
nilməsinin özü də iki hissədən ibarətdir: 1
) əmək haqqı; 2) işverənlər
tərəfindən ödənilən sosial sığortaya ayırmalar.
Əmək haqqı - maliyyələşdirilmə mənbəyindən asılı olmayaraq verilən
mükafat və əlavələr də daxil olmaqla natura və pul formasında hesab
lanan bütün ödəmələrdən (qanunvericiliyə
uyğun olaraq işçilərə
işləmədikləri iş günləri - növbəti məzuniyyət, bayram günləri və i. a. -
müqabilində verilən ödəmələr də daxil olmaqla) ibarətdir.
Əmək haqqı
vergilər və muzdlu işçilərdən tutulan digər məbləğlər çıxılana qədər
hesablanan məbləğdir.
Həm də bu zaman rezident müəssisə və təşkilat
ların işçilərə ödədikləri əmək haqqı nəzərdə tutulur.
Sosial sığortaya ayırmalar işverənlər tərəfindən həyata keçirilir.
Burada məqsəd muzdlu işçilərə gələcəkdə sosial yardım göstərməkdən
ibarətdir. Sosial yardım isə dövlət sosial sığorta orqanları, dövlət və qey
ri-dövlət pensiya fondları, sığorta təşkilatları, ev təsərrüfatlarının işverən-
ləri tərəfindən həyata keçirilir. Bunlar bir qayda olaraq ev təsər
rüfatlarının gəlirlərinin azalmasına gətirib çıxarır və aşağıdakılardan
ibarətdir:
1) xəstələnmə,
zədələnmə, uşaq doğulması, əlillik, qocalıq və s. sə
bəblər nəticəsində müalicəyə tələbatın olması;
2) himayədə olan şəxslərin (ər və ya arvadın, uşaqların, ahıl qohum
ların, əlillərin və i.a.) saxlanmasının zəruriliyi;
3) pensiyaya çıxmaq, işsiz qalmaq, xəstələnmək, zədələnmək, uşaq
doğulması
nəticəsində ümumiyyətlə, yaxud da tam olmayan iş günü
ərzində işləməyin mümkünsüzlüyü;
4) ailə başçısının vəfat etməsi;
5) təhsil almağa çəkilən xərclərin ödənilməsinin zəruriliyi;
6) az gəlirli ev təsərrüfatlarının (pensiyaçılar, çoxuşaqlı ailələr və
i.a.) mənzil haqqının ödəyə bilmələrinin mümkünsüzlüyü.
Dostları ilə paylaş: