Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əsas kapitalın ümumi yığımı əldə edilən yeni əsas kapital ünsür­



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə153/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   262
2-ci movzu demoqrafiya

Əsas kapitalın ümumi yığımı əldə edilən yeni əsas kapital ünsür­
lərinin və mövcud olan əsas kapitalın dəyərindən xaric olan əsas
kapitalın dəyərini çıxmaq yolu ilə müəyyən edilir. 
Aktivlərin alqısma 
onların satın alınması, barter və natura ifadəsində kapital transfertlərin 
alqışı, özünün istifadə etməsi üçün istehsal olunan əsas kapital və əsaslı 
təmir işləri daxildir. Aktivlərin xaric olması mənfi işarə ilə göstərilir. 
Əsas kapitalın ümumi yığımının tərkib ünsürləri aşağıdakı kimi 
qiymətləndirilir:
1) əsas kapital satın alındıqda - satmalma (əldə edilmə) qiyməti ilə, 
(buna alıcı qiyməti də deyilir). Bu qiymətə mülkiyyət hüququnun veril­
məsi ilə əlaqədar olan bütün xərclər (vəkillərin, daşınmaz əmlakla əlaqə­
dar əməliyyatların aparılması müqabilində müvəkillərin və digər vasitə­
çilərin göstərdikləri xidmətlərin dəyəri, komisyon haqqı və rüsumlar, 
vergilər və i. a.) daxildir;
2) özünün xüsusi istifadəsi üçün istehsal etdiyi əsas kapital - əsas 
qiymətlərlə, yaxud da onun istehsalına sərf olunan xərclərlə.
İstehsalın məhsulu olmayan aktivlərin yaxşılaşdırılması və onlara 
olan mülkiyyət hüququnun başqasına keçməsi ilə əlaqədar olaraq sərf 
edilən xərclər də əsas kapitalın ümumi yığımına daxil edilir. İstehsalın 
məhsulu olmayan aktivlərə adından göründüyü kimi, istehsalın nəticəsi 
olmayan aktivlər, məsələn, torpaq, yerin təki və digər təbii resurslar, 
həmçinin patentlər, lisenziyalar və s. aiddir. Onlar əsas kapitalın tərkibinə 
daxil olmasalar da, onların yaxşılaşdırılması ilə əlaqədar görülən işlər 
(meliorasiya işləri, şaxtaların, meşə sahələrinin, plantasiyaların, bağların 
və kənd təsərrüfatına yararlı digər torpaq sahələrinin genişləndirilməsi ilə 
əlaqədar işlər), digər vahidlərə verilməsi ilə əlaqədar olaraq göstərilən 
xidmətlər istehsal fəaliyyəti hesab edilir. 
Və buna görə də onların də­

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin