Ölkə üzrə ixrac və idxal olunan əmtəə və xidmətlər FOB və ya ixracatçının franko-sərhəd qiyməti ilə qiymətləndirilir. Xarici iqtisadi fəaliyyət statistikasında əm
təə və xidmətlərin ixrac və idxal olunmasının uçota alınması ilə yanaşı,
MHS-də kömək məqsədi ilə əvəzsiz olaraq humanitar yardım, yaxud da
hədiyyə kimi verilən, qeyri-mütəşəkkil ticarətin, bağlamaların, miqrant-
ların əmlakının dəyəri də əmtəə və xidmətlərin ixrac-idxalına daxil edilir.
Xidmətlərin ixrac-idxalına isə konkret olaraq nəqliyyat, turizm, kommu
nikasiya, tikinti, maliyyə, kompüter, informasiya, reklam, mühasibat
uçotu, idarəetmə ilə əlaqədar məsləhətlərin verilməsi və s. xidmətlər
aiddir.
Yuxarıda deyilənləri ümumiləşdirərək fikrimizi konkretləşdirməklə
ÜDM-in son istifadə metodu ilə hesablanmasını belə müəyyən etmək
olar: ən sadə şəkildə desək,
ÜDM-i son istifadə metodu ilə hesablamaq üçün bütün iqtisadi bölmələrin son istehlak xərclərini, ümumi yığımını
və xalis ixracını cəmləmək lazımdır.
Son istehlak xərcləri (SIX) aşağıdakı tərkib hissələrdən ibarətdir: a)
270 ev təsərrüfatlarının xərcləri; b) dövlət müəssisələrinin xərcləri; c) ev
təsərrüfatlarına xidmət edən ictimai (qeyri-kommersiya) təşkilatların
xərcləri. Dövlət müəssisələrinin xərcləri də kollektiv və fərdi istehlakı
ödəyən xərclərə bölünür.
Ev təsərrüfatlarının son istehlakı əmtəələrin və fərdi xidmətlərin isteh
lakı deməkdir. Milli hesablar sistemində ev təsərrüfatlarına xidmət edən
ictimai təşkilatların bütün xərcləri fərdi xərclər hesab edilir.
Ümumi yığım (ÜY) aşağıdakı tərkib hissələrinə bölünür: a) əsas
kapitalın (əsas fondların) ümumi yığımı; b) maddi dövriyyə vəsaitləri
ehtiyatlarının dəyişməsi; c) qiymətlilərin xalis alqışı.
Xalis ixrac daxili qiymətlərlə əmtəə və xidmətlərin ixracı və idxalı
arasındakı fərq kimi (İx - İ d) hesablanır və ölkənin digər ölkələrlə ticarət
dövriyyəsinə daxil edilir. Beləliklə, son istifadə metodu ilə ÜDM
aşağıdakı düsturla hesablana bilər:
ÜDM = SIX + ÜY + İx - İ d
Bu metod ÜDM-dən istifadənin strukturunu, son istehlakçıların
tələbatının ödənilməsində və ölkənin milli sərvətinin artırılmasında onun
rolunu aydınlaşdırmağa imkan verir.
ÜDM-in son istifadə metodu ilə hesablanmasını Azərbaycan Respub
likası iqtisadiyyatını səciyyələndirən faktiki statistik rəqəmlərdən istifadə
etməklə nümayiş etdirək. Azərbaycan Respublikasında 2011-ci ildə son
istehlak xərcləri 24679,7 mln. manat, əsas fondların ümumi yığımı
10508,9 mln. manat, məhsul və xidmətlərin xalis ixracı isə 15156,4 mln.
manat olmuşdur.43 Maddi dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsi
(+56,0) mln. manata bərabərdir. Düsturda rəqəmləri yerinə yazmaqla son
istifadə metodu ilə ÜDM-i hesablayaq:
ÜDM (bazar qiymətləri ilə) = 24679,7 + 10508,9 + 15156,4 + 56,0 =
50401,0 mln. manat.
İstehsal və son istifadə metodu ilə aparılan hesablama nəticəsində əldə
edilən göstəricilər üst-üstə düşür. Həmin göstəricilər arasında kəskin fərq
olduqda bu, gizli iqtisadiyyatın mövcudluğuna işarə kimi qiymətləndirilə
bilər. Son istifadə metodu ilə hesablanan ÜDM-in tərkibində son istehlak
xərcləri 56,1%-ə, ümumi yığım 18,2%-ə, məhsul və xidmətlərin xalis
ixracı 25,6%-ə bərabərdir.
43 Azərbaycanın statistik göstəriciləri, 2013. Bakı, “Səda” nəşriyyatı. 2013. s. 376.