zaman məhsullar ehtiyat üçün ayrılan və ehtiyatdan
götürülən məqamda
mövcud olan qiymətlərlə qiymətləndirilməlidir. Lakin təcrübədə hesabat
dövrü ərzində ehtiyat üçün ayrılan və
ehtiyatda olan məhsullardan
götürülən məhsullar haqqında informasiya almaq olduqca çətindir. Odur
ki, ehtiyatların dəyişməsi müəssisələrin hesabatlarında dövrün əvvəlinə
və axırına olan məlumatlara əsasən onların arasındakı fərq kimi müəyyən
edilir. Başqa sözlə, dövrün axırma olan məlumatdan dövrün əvvəlinə olan
məlumat çıxılmaqla ehtiyatlarda baş verən dəyişiklik müəyyənləşdirilir.
Bu zaman ehtiyatların saxlanmaqda (ehtiyatda) olduqları müddətdə qiy
mətlərin dəyişməsinin onların dəyərinin
dəyişməsinə təsirini aradan
qaldırmaq lazımdır.
Qiymətlilərin xalis alqışı - istehsal, yaxud
da istehlak olunmaq üçün
deyil, dəyərin qorunub saxlanması üçün satın alman predmetlərə aid olan
kateqoriyadır. Bunlara zaman keçdikcə qiyməti (dəyəri)
artmağa doğru
gedən qiymətli metallar və qiymətli daşlar (külçə qızıldan və sənayedə
istifadə olunmaq üçün nəzərdə tutulan qızıl və qiymətli daşlardan başqa),
zərgərlik məmulatları,
əntiq şeylər, kolleksiyalar və i. a. aiddir. Bu gös
tərici qiymətlilərin alqışı ilə satqısı (xaric olması) arasındakı fərq kimi
müəyyən edilir.
Əmtəə və xidmətlərin ixrac və idxalı - hər bir ölkənin dünyanın digər
ölkələri ilə apardığı ixrac-idxal əməliyyatları deməkdir.
Əmtəə və
xidmətlərin ixracı və idxalı ölkədən aparılan və ölkəyə gətirilən əmtəə və
xidmətlərin dəyəri arasındakı fərqi göstərir.
Dostları ilə paylaş: