Kollektiv istehlak, başqa sözlə, bütövlükdə cəmiyyət üçün xidmətlərin göstərilməsi büdcə təşkilatları, idarəetmə və ölkənin müda
fiəsini təmin edən orqanlar, elmi müəssisələr tərəfindən həyata keçirilir.
Artıq qeyd olunduğu kimi, MHS-nin 1993-cü il variantında son
istehlaka xarakteristika vermək üçün əmtəə və xidmətlərdən kimlərin
faktiki istehlak etməsini səciyyələndirən göstərici kimi “faktiki son isteh
lak” göstəricisindən istifadə edilir. Bu göstərici maliyyələşdirilmə mənbə
yindən asılı olmayaraq ev təsərrüfatları - rezidentlər tərəfindən fərdi
istifadə üçün əldə edilən bütün əmtəə və xidmətlərin və dövləti idarəetmə
orqanlarının bütövlükdə cəmiyyətə göstərdikləri kollektiv xidmətlərin
dəyərini xarakterizə edir.42 Ev təsərrüfatlarına xidmət edən qeyri-
kommersiya təşkilatlarının göstərdikləri xidmət şərti olaraq fərdi xidmət
hesab olunur və natura ifadəsində sosial transfertlərə aid edilir.
Bu təşkilatlar üçün faktiki son istehlak göstəricisi yoxdur. Ona görə ki, ev təsərrüfatlarının natura formasında aldıqları sosial
transfertlərin kəmiyyəti onlara (ev təsərrüfatlarına) xidmət edən dövləti
idarəetmə və qeyri-kommersiya təşkilatlarına verilmiş transfertlərin
cəminə bərabərdir. Bütövlükdə iqtisadiyyat üzrə faktiki son istehlak və
son istehlaka sərf olunan xərclər bir-birinə bərabər olmalıdır.
Ümumi yığım cari dövrdə istehsal edilmir. Lakin istehlak olunmamış
əmtəə və xidmətlərin rezidentlər tərəfindən xalis alqışı (xaricolma çıxıl
maqla) deməkdir. Ümumi yığıma əsas kapitalın ümumi yığımı, maddi
dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsi və qiymətlilərin xalis alqışı
daxildir.
Əsas kapitalın ümumi yığımı gələcəkdə istehsal prosesində yeni gəlir
yaratmaq üçün institusional vahidlər - rezidentlər tərəfindən əsas kapital
obyektlərinə vəsait qoyuluşu deməkdir. Əsas kapitala istehsal prosesində
uzun müddət ərzində dəfələrlə iştirak edən, öz dəyərini istehsal olunan
məhsullara xidmətetmə müddətində amortizasiya ayırmaları formasında
tədriclə, hissə-hissə keçirən bina və tikililər, maşın və avadanlıqlar, nəq
liyyat vasitələri, cins mal-qara, südlük və iş heyvanları, bağlar, üzüm
lüklər və digər çoxillik əkmələr; geoloji-kəşfiyyat, proqram təminatı və
EHM üçün məlumat bazaları; ədəbi-bədii əsərlərin (çoxaldılmaq üçün
42 Bu barədə dərs vəsaitinin “Milli hesablar sistemi” fəslində ətrafh bəhs olunur.
268 əsas olan filmlər, səsyazmalar, əlyazmalar) orijinalları daxildir. Geoloji-
kəşfiyyat işlərinə EHM-in proqram təminatının yaradılması və alqışına
sərf olunan xərclərin, ədəbi-bədii əsərlərin orijinallarının əsas kapitala aid
edilməsi onunla əsaslandırılır ki, onların nəticələri istehsal prosesində
dəfələrlə və uzun müddət iştirak edir.