Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Ümumi daxili məhsulun sabit qiymətlərlə qiymətləndirilməsi



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə160/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   262
2-ci movzu demoqrafiya

9.5. Ümumi daxili məhsulun sabit qiymətlərlə qiymətləndirilməsi
ÜDM-in və onun tərkib hissələrinin fiziki həcm indekslərini hesab­
lamaq üçün o, sabit qiymətlərlə qiymətləndirilir. Başqa sözlə, hər hansı 
bir dövr əsas götürülür və müxtəlif illərdə istehsal olunmuş məhsullar 
onun vasitəsilə qiymətləndirilir. Bütün dünyada ÜDM-in fiziki həcmi 
iqtisadi artımın və iqtisadi konyunkturanın dəyişməsinin ən mühüm 
göstəricisi hesab olunur. ÜDM-in və onun tərkib hissələrinin fiziki həcmi 
indeksləri həm də əmək məhsuldarlığını, milli gəlirin ayrı-ayrı ünsürlərin­
dən istifadəni və əhalinin həyat səviyyəsini təhlil etmək, iqtisadiyyatın 
strukturunda baş verən dəyişiklikləri aşkara çıxarmaq üçün lazımdır. 
Sabit qiymətlərlə ÜDM və onun tərkib hissələri haqqında uzun bir dövrü 
əhatə edən dinamika sırasından iqtisadi modelləşdirmə və proqnozlaş- 
dırmada istifadə olunur.
Lakin qeyd etmək lazımdır ki, MHS-nin bütün göstəriciləri sabit 
qiymətlərlə hesablanmağa “yararlı” deyildir. Sabit qiymətlərlə qiymətlən­
dirilməyə yalnız asanlıqla iki ünsürə, yəni kəmiyyət (miqdar) və qiymət 
ünsürünə bölünə bilən göstəricilər uyğun gəlir. Bunlara ÜDM-dən son 
istehlak, yığım və ixrac üçün istifadə olunması, ümumi buraxılış, idxal, 
aralıq istehlak, əlavə dəyər, əməyin ödənilməsi, mənfəət, milli sərvət gös­
təriciləri misal ola bilər. Gəlirlərin (transfertlərin) təkrar bölgüsü, investi­
siyaların maliyyələşdirilməsi mənbələri, xalis kreditlər və xalis borcların 
fiziki həcm indekslərinin hesablanması asanlıqla iki ünsürə bölünə bilmə­
dikləri üçün onlann sabit qiymətlərlə qiymətləndirilməsi mümkün 
deyildir.
276
MHS-nin 1993-cü il variantında fiziki həcm göstəricisi ilə onların real 
göstəriciləri arasında dəqiq fərq qoyulur. Fiziki həcm göstəriciləri (sabit 
qiymətlərlə) istehsal edilmiş, yaxud da istifadə olunmuş əmtəə və xidmət­
lərin fiziki həcminin dəyişməsinə xarakteristika vermək üçün nəzərdə 
tutulmuşdur. Real göstəricilər isə gəlirlərin alıcılıq qabiliyyətinin dəyiş­
məsini öyrənməyə imkan verir. Gəlirlər haqqında onların alıcılıq qabiliy­
yəti daha düzgün təsəvvür verir. Lakin qeyd etmək lazımdır ki, makroiq­
tisadi və statistika məsələlərinə həsr edilmiş elmi və tədris ədəbiyyatının 
çoxunda onların müəllifləri terminologiyada göstərilən fərqlərə tərəfdar 
çıxmır və bir çox hallarda “real ifadədə” və “fiziki həcm indeksləri” an­
layışlarından istifadə edirlər. Belə ki, bəzi hallarda ÜDM-in fiziki həc­
minin dəyişməsi əvəzinə, onun real ifadədə artması haqqında fikir 
söylənilir.
ÜDM-in fiziki həcmi konsepsiyası ilk yanaşmada müxtəlif əmtəə və 
xidmətlər kütləsi ilə eyniləşdirilir. Nəzəri baxımdan müxtəlif istehlak 
dəyərlərinə malik olan və müxtəlif ölçü vahidləri ilə (ton, metr, ədəd) 
ölçülən məhsulların müqayisə edilə bilən vəziyyətə gətirilməsi yalnız 
faydalılıq funksiyasının və təfavütsüzlük əyrisinin düzəldilməsi yolu ilə 
mümkündür (Pareto əyrisi). Təcrübədə isə bu “müqayisə edilə bilən 
vəziyyət” yalnız bazar qiymətlərinin köməyilə həyata keçirilə bilər.
Hər hansı bir əsas dövrün (müqayisə üçün əsas götürülən dövrün) bazar 
qiymətlərindən istifadə edilməsi bu və ya digər dövrdə ÜDM-in fiziki həc­
mini ölçməyə imkan verir. Başqa sözlə, belə yanaşma qiymət (deflyator) 
indeksinin köməyilə inflyasiyanın təsirini aradan qaldırmaqla ÜDM-in fiziki 
həcm indekslərini (real ifadədə ÜDM-in dinamikasını) hesablamağa imkan 
verir.
Təcrübədə həll edilməsi vacib olan ən mühüm məsələlərdən biri də 
əmtəə və xidmətlərin keyfiyyətində baş verən dəyişikliklərin müəyyən 
edilməsidir. Qeyd etmək lazımdır ki, əmtəə və xidmətlərin keyfiyyətinin 
dəyişməsini məhsulların fiziki və texniki-iqtisadi göstəricilərinin dəyiş­
məsi kimi təsəvvür etmək düzgün deyildir. Keyfiyyət göstəricisinə daha 
geniş aspektdən yanaşmaq lazımdır. Keyfiyyət göstəricisinə yuxarıda 
deyilənlərlə yanaşı, əmtəələr reallaşdırılarkən alıcılara edilən əlavə gü­
zəştlər (məhsulun qaytarılması üçün təminat və zay məhsulların təmirinin 
öhdəyə götürülməsi), güzəştli ticarət şərtlərinin müəyyənləşdirilməsi, 
prinsipcə yeni məhsulların (mobil telefon, yeni dərman preparatları və 
i.a.) satışa çıxarılması da keyfiyyət anlayışı ilə eyni vaxtda təhlil 
olunmalıdır.
Oxşar əmtəələrin qiymətlərindəki fərqlər bir qayda olaraq onların
277


keyfiyyətindəki fərqləri əks etdirir. Ona görə də bu məhsullar üzrə orta 
qiymət indekslərinin hesablanması məqsədəuyğun deyildir. Çünki bu, 
fiziki həcm indekslərinin təhrif olunmasına gətirib çıxara bilər. Bu zaman 
çəkili orta qiymət indekslərinin hesablanması daha məqsədəuyğundur. 
Lakin əksəriyyət hallarda eyni əmtəələrin qiymətlərindəki fərqlər təkrar 
bölgü xarakteri daşıyır və məhsulların keyfiyyətindəki fərqlərlə deyil, 
qiymət ayrı-seçkiliyi ilə əlaqədardır. Əksinə, belə hallarda qiymət indek­
sini (deflyatoru) hesablayarkən orta qiymətlər haqqında məlumatlardan 
istifadə etmək lazımdır. Bəzi hallarda isə əmtəələrin keyfiyyətinin dəyiş­
məsinin qiymət indeksinə təsirinin aşkara çıxarılması onların (yəni əm­
təələrin) texniki-iqtisadi parametrləri ilə qiymətləri arasındakı qarşılıqlı 
əlaqəni aşkara çıxarmağa imkan verən reqressiv təhlildən istifadə olun­
masını tələb edir. Belə yanaşma məsələn, kompüterlərin texniki xarakte­
ristikalarının onların fiziki həcmi indeksinə təsirini təhlil etmək üçün 
faydalı ola bilər. Beləliklə, ÜDM-in deflyatoru indeksinin hesablanması 
onun əmtəələrin keyfiyyətinin dəyişməsinin təsirindən “təmizlənməsini”, 
yalnız qiymətlərin təsirinin nəzərə alınmasım tələb edir. Tikinti məhsul­
ları və İnvestisiya əmtəələri üzrə belə indekslərin hesablanması xüsusilə 
mürəkkəbdir. Dövləti idarəetmə orqanlarının göstərdikləri qeyri-bazar 
xidmətlərinin keyfiyyətinin dəyişməsini izləmək də olduqca mürəkkəbdir. 
Məsələn, təhsil sahəsində göstərilən xidmətlərə maddi-texniki təchizat 
kimi amillərin (kompüterlərin və digər texnikanın), müəllimlərin ixtisası­
nın və s. təsirinin aşkara çıxarılması qeyri-müəyyən olaraq qalır. Qeyri- 
bazar xidmətləri üzrə ümumi buraxılışın sabit qiymətlərlə hesablanması 
metodları hələlik qeyri-təkmildir ki, bu da ümumi iqtisadi artım sürətinin 
qiymətləndirilməsinə mənfi təsir göstərir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin