Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Xərc ünsürləri üzrə yenidənqiymətləndirmə metodunda



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə168/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   262
2-ci movzu demoqrafiya

Xərc ünsürləri üzrə yenidənqiymətləndirmə metodunda 
göstərici­
285


lər xərc ünsürlərinin deflyasiyası yolu ilə sabit qiymətlərlə hesablanır. Bu 
metoddan əsas etibarilə sabit qiymətlərlə qeyri-bazar xidmətlərinin 
dəyərini ifadə edən göstəricilərin hesablanmasında istifadə olunur. Çünki 
xidmətlər pulsuz göstərilir və onların qiymətini müəyyən etmək mümkün 
deyildir. Bu metodda qeyri-bazar sferasında əmək məhsuldarlığının 
dəyişmədiyi fərz edilir. Bir sıra ölkələrdə bu metodun başlıca nöqsan­
larını aradan qaldırmaq üçün əmək məhsuldarlığının dəyişməsi şərti 
üsulla təshih olunur. Belə bir şərti ölçü kimi bəzi hallarda əməyin texniki 
təchizat səviyyəsinin yüksəlməsi göstəricisindən istifadə edilir.
ÜDM və onun tərkib hissələri haqqında cari qiymətlərlə zəruri məlu­
matlar, başqa sözlə, ÜDM-i sabit qiymətlərlə qiymətləndirmək üçün 
lazım olan ilkin məlumatlar MHS-nin müxtəlif bölmələrində öz əksini 
tapmışdır. Belə ki, “əmtəə və xidmətlər hesabı”nda ÜDM-in istehsalı və 
ondan istifadə edilməsi ilə əlaqədar bütün məlumatlar vardır. Lakin bu 
hesab bütövlükdə iqtisadiyyat səviyyəsində tərtib olunduğuna görə 
sahələr və bölmələr üzrə məlumatların təfərrüatı ilə nəzərdən keçirilməsi 
mümkün olmur. 
ÜDM ayrı-ayrı sahələrdə yaradılmış əlavə dəyərə
bərabər olduğuna görə sahələr üzrə istehsal hesabındakı məlumat­
lara əsasən hesablanır. 
Sabit qiymətlərlə qiymətləndirmək üçün ÜDM- 
in tərkib hissələri kimi ümumi buraxılış və sahələrdəki aralıq istehlak, 
yaxud da sahələrdə yaradılmış ümumi əlavə dəyər götürülür.
ÜDM-dən son istifadənin tərkib ünsürləri haqqında məlumatları
“gəlirlərdən istifadə” (son istehlak xərcləri), “kapital ilə əməliyyatlar” 
(əsas kapitalın ümumi yığımı, maddi dövriyyə vəsaitləri ehtiyatlarının 
dəyişməsi, qiymətlilərin xalis alqışı) və “əmtəə və xidmətlərlə xarici 
əməliyyatlar” (əmtəə və xidmətlərin ixrac və idxalı) hesablarında tapmaq 
olar.
ÜDM-i əsas qiymətlərlə hesablamaq üçün adları çəkilən hesablardakı 
məlumatlardan istifadə edilməsinin üstünlüyü özünü onda göstərir ki, 
onlar hər il (bir sıra ölkələrdə hər rüb) nəzərdən keçirilir və qiymətləndir­
məni kifayət qədər operativ aparmağa imkan verir. Lakin 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin