9.8. Ümumi daxili məhsulun hesablanmasında nəzarət olunmayan iqtisadiyyatın qiymətləndirilməsi Dünyanın əksər ölkələrində statistikanın ən mühüm vəzifələrindən biri
də ÜDM-in düzgün hesablanmasının təmin olunmasıdır. Bu vəzifənin həll
edilməsi isə xüsusi müayinələrin aparılmasını tələb edir. Bu, onunla əlaqə
dardır ki, bəzi fəaliyyət növlərinə və müəssisələrin işinə birbaşa nəzarət
etmək mümkün deyildir. Bu, hər şeydən əvvəl gizli, kriminal və qeyri-
rəsmi iqtisadiyyata aiddir.
Bunları xüsusi ədəbiyyatda nəzarət edilmə yən iqtisadiyyat adlandırırlar. Nəzarət olunmayan iqtisadiyyat aşağıdakı göstəricilərin təhrif edilmə
sinə səbəb olur:
- ÜDM-in həcmi;
- iqtisadi artım sürəti;
- iqtisadiyyatm quruluşu göstəriciləri (iqtisadiyyatın sahə və bölmələr,
habelə ÜDM-in müxtəlif məqsədlər üçün istifadə olunması üzrə
quruluşu);
- əməyin və kapitalın məhsuldarlığı göstəriciləri;
- ÜDM-lə əlaqədar olan bir sıra makroiqtisadi göstəricilər (milli gəlir,
sərəncamda qalan milli gəlir, milli qənaət və i.a.);
288 - ÜDM-in beynəlxalq miqyasda müqayisə edilməsinin nəticələri,
ölkələrin, regionun və dünyanın iqtisadiyyatında yeri.
ÜDM-in və qarışıq makroiqtisadi göstəricilərin hesablanmasında gizli
və qeyri-rəsmi iqtisadiyyatın nəzərə alınması ilə əlaqədar beynəlxalq
tövsiyə ilk dəfə MHS-nin 1993-cü il variantında formalaşdırılmışdır.
Hazırda bu sahədə beynəlxalq standart dedikdə, İİƏT, BVF, BƏT və
MDB-nin Statistika Komitəsi tərəfindən işlənib hazırlanmış
“ Nəzarət olunmayan iqtisadiyyatın qiymətləndirilməsinə dair əsasnamə” (2002-ci il) nəzərdə tutulur. Bu sənəd 1993-cü ildə qəbul edilmiş sənədin
daha da təkmilləşdirilmiş variantıdır. Sənəddə bu sahə üzrə əsas anla
yışlar, təriflər, təsnifləşdirmələr və terminologiyalar vahid şəklə salınmış
dır. Ondan istifadə olunması ÜDM-in həcmini, quruluşunu və dinami
kasını, bu göstərici üzrə daha dəqiq beynəlxalq müqayisə aparılmasını
təmin edir. Əsasnamədə müşahidə edilməyən iqtisadiyyatın və onun
tərkib hissələrinin müəyyən olunmasının ətraflı şərhi verilmişdir. Burada
göstərildiyi kimi,