-əm təə axmı metodu. Bu, müşahidə olunmayan iqtisadiyyatın
uçota
alınmasının əsas metodu olmaqla əmtəə və xidmətlərin istehsalçıdan isteh
lakçıya (ölkə daxilində və ya xaricdə) çatdırılmasını izləməyə imkan verir.
Bundan başqa bu metod əmtəə və xidmətlərin ehtiyatlan ilə onlardan
istifadə cədvəllərinin, sahələrarası balansların, natura ifadəsində ayrı-ayrı
məhsul növləri balanslarının (məsələn, neft, qaz, kömür, taxıl, kartof,
bostan
bitkiləri, tərəvəz, şəkər, ət və ət məhsulları və i. a.) köməyilə
müqayisə aparmağa imkan verir.
-ayrı-ayrı sahələrdə istehsal olunmuş əlavə dəyərin alternativ qay
dada qiymətləndirilməsi. Bu metod sahələrin spesifikasını (məsələn, yem
sərfi ilə heyvandarlıq məhsulları istehsalı, sement sərfi ilə tikinti məh
sulları arasındakı nisbət haqqında məlumatların təhlil edilməsi)
nəzərə
almağa imkan verir;
- e v təsərrüfatları gəlirlərinin alternativ qaydada hesablanması. Bu,
məsələn, müəyyən əmtəə və xidmətlər üzrə gəlirlər və xərclər arasındakı
nisbət əsasında tələbin gəlirlərin səviyyəsindən asılı olduğunu aşkara
çıxarmağa imkan verir;
- müxtəlif məlumat mənbələrindən istifadə etmək əsasında “müşahidə
edilməyən
iqtisadiyyatın hesablanması”mn dolayı metodları. Bu
məlumatlar müşahidə olunmayan fəaliyyətin miqyası və yayılması
meyilləri haqqında təsəvvür əldə etməyə imkan verir.
Dostları ilə paylaş: