9.9. Regional daxili məhsul və onun hesablanması metodikası Müasir MHS-in ən mühüm bölmələrindən biri də regional hesablardır.
Bu hesablar regionların iqtisadi inkişafına xarakteristika vermək və ölkə
iqtisadiyyatında onların yerini müəyyən etməyə imkan verir. Regional
hesablar ərazisi çox böyük olan ölkələr üçün xüsusilə vacibdir. Çünki
ərazisi böyük olan Ölkələrdə regionlar təbii-iqlim və iqtisadi şəraitlərinə
görə bir-birindən kəskin surətdə fərqlənir. Regional hesablardakı məlu
matlar ərazi və mərkəzi idarəetmə orqanları tərəfindən qərarların qəbul
edilməsi, regional siyasətin formalaşdırılması və onun səmərəliliyinin
təhlili, ayrı-ayrı iqtisadi rayonlara maliyyə yardımının göstərilməsi, regio
nal büdcənin işlənib hazırlanması üçün lazımdır.
Regional hesabların tərtib olunması da bütövlükdə iqtisadiyyat üzrə
nəzərdə tutulan hesabların tərtib olunduğu prinsipə əsaslanır. Lakin buna
baxmayaraq onların tərtib olunmasının özlərinə məxsus bəzi spesifik
xüsusiyyətləri də ola bilər. Belə ki, ölkələrin əksəriyyətində məhdud
sayda regional hesablar tərtib olunur. Başqa sözlə, region səviyyəsində
daha çox tərtib olunan hesablar regional ümumi məhsulun (RÜM) və
onun ayrı-ayrı tərkib hissələrinin qiymətləndirilməsinə xidmət edir.
Hazırda regional hesabların işlənib hazırlanması və tərtib olun masında aşağıdakı işlər prioritet istiqamətlər hesab edilir: 292 1) Sahələr üzrə istehsal hesablarının tərtib olunması. Bu, ÜDM-in
cari qiymətlərlə istehsal metodu ilə hesablanmasına imkan verir. Bunun
üçün ayrı-ayrı sahələrdə yaradılmış ümumi əlavə dəyər cəmlənir və onun
üzərinə məhsullara görə alman xalis vergilər əlavə edilir;
2) Regionların iqtisadiyyatının artım sürətini müəyyən etmək üçün
RÜM sabit qiymətlərlə qiymətləndirilir;
3) Gəlirlərin əmələ gəlməsi hesabının tərtib olunması və onda müəs
sisələr tərəfindən istehsalın iştirakçılarına (muzdlu işçilərin əməyinin
ödənilməsi, istehsala görə digər vergilər, mənfəət və qarışıq gəlirlər)
ödənilmiş ilkin gəlirlərin qeyd edilməsi; Bu, prinsipcə RÜM-ün bölgü
metodu ilə hesablanmasına imkan verir;
4) Gəlirlərdən istifadə hesabının ayrı-ayrı göstəricilərinin (ev təsər
rüfatlarının son istehlak xərcləri, əsas kapitalın ümumi yığımı) hesab
lanması.