RÜM-ün hesablanması aşağıdakı metodlara əsaslanır: 1) “aşağıdan yuxarıya” metodu. Bu metod ilkin informasiya kimi
iqtisadi vahidlərin - rezidentlərin məlumatlarına əsaslanır. Çünki onların
məlumatları cəmləndikdə region üzrə ümumi məlumat alınır. Regionlar
üzrə məlumatların cəmi milli səviyyədə həmin göstəriciyə bərabər olma
lıdır. Bu metodun üstünlüyü özünü onda göstərir ki, regional səviyyədə
informasiya mənbələrindən birbaşa istifadə olunması mümkündür. Onun
nöqsanı da vardır. Bu, ondan ibarətdir ki, regionlar və milli iqtisadiyyat
üzrə məlumatları uyğunlaşdırmaq üçün əlavə hesablamalar aparmaq
lazımdır;
2) ‘yuxarıdan aşağıya” metodu. Bu metodda ilkin informasiya kimi
milli iqtisadiyyat üzrə göstəricinin kəmiyyəti sonradan hər hansı bir
dolayı göstəricinin köməyilə regionlar arasında bölünür. Lakin bu zaman
hər bir vahid üçün məlumat ayrılıqda göstərilmir. Bu metodun üstünlüyü
ondadır ki, o, başlanğıcdan regionlar və milli iqtisadiyyat üzrə məlu
matların bir-birinə uyğun gəlməsini təmin edir. Onun nöqsanı isə özünü
onda göstərir ki, məlumatlar regionlara birbaşa deyil, dolayı yolla aid
edilir, düzgünlüyünə kifayət qədər təminat verilmir;
3) Qarışıq metod. Bu, yuxanda göstərilən iki metodun qarışığını
özündə əks etdirir. Başqa sözlə, bu metodda regionlar haqqında məlu
matlardan qismən və bütövlükdə ölkə səviyyəsində münasib informasi
yalardan istifadə olunur, onlar regionlar arasında mərkəzləşdirilmiş
qaydada “yuxarıdan aşağıya” metodu ilə bölüşdürülür.
RÜM-ün hesablanmasının ən mühüm metodu “aşağıdan yuxarı ya” metodudur. Bu metod təsərrüfatçılıq edən subyektlərin fəaliyyəti
haqqında bütövlükdə ölkə səviyyəsində olan məlumatlarla uyğunlaşdırıl
mış zəruri informasiyaların olmasını nəzərdə tutur. Lakin ölkələrin çoxu
nun təcrübəsində qarışıq metoda üstünlük verilir.
Ölkələrin əksəriyyətində RÜM istehsal metodu ilə hesablanır. Mə
lum olduğu kimi, ÜDM-in istehsal və bölgü metodları ilə hesablanması
iqtisadiyyatın sahələri və bölmələri üzrə həyata keçirilir. RÜM isə bu
metodların köməyilə yalnız sahələr üzrə hesablana bilər.
294 RÜM-ün ayrı-ayrı tərkib hissələrinin son istifadə metodu ilə hesab
lanması adətən çox böyük məhdudiyyətləri olan və əksəriyyət hallarda
region səviyyəsində müəyyən hesablamaları aparmaq üçün informasiya
bazası olmayan ölkələrdə yalnız analitik sorğu məqsədləri üçün həyata
keçirilir. Məsələn, regionlar üzrə ev təsərrüfatlarının son istehlak xərclə
rini hesabladıqda, onların həmin regionda əmtəə və xidmətlərin satın
alınmasına sərf etdikləri xərclər aşağıdakı kimi təshih olunmalıdır: onun
üzərinə regiondan kənarda (o cümlədən xaricdə) rezidentlərin əmtəə və
xidmətlərin satın alınmasına sərf etdikləri xərc əlavə olunmalı və həmin
regiona gələn (digər regionlardan və xaricdən) qeyri-rezidentlərin əmtəə
və xidmətlərin satın alınmasına sərf etdikləri xərclər onun üzərindən
çıxılmalıdır.