-üm um i daxili məhsul aşağıdakı metodlarla hesablanır: a) istehsal
metodu; b) son istifadə metodu; c) bölgü metodu;
-üm um i buraxılışın üç növü vardır: a) bazar üçün ümumi məhsul
buraxılışı; b) özünün son istifadəsi (istehlakı) üçün istehsal olunan məh
sullar; c) digər qeyri-bazar məhsulları;
-A ralıq istehlak digər əmtəə və xidmətlərin istehsalı prosesində
həmin dövrdə istehlak olunmuş əmtəələrin və göstərilmiş bazar
xidmətlərinin dəyəri deməkdir;
-Ü D M son istifadə metodu ilə aşağıdakıların cəmi kimi müəyyən
edilir: a) əmtəə və xidmətlərin son istehlak xərcləri; b) ümumi yığım; c)
əmtəə və xidmətlərin ixrac-idxal qalığı;
- əsas kapitalın ümumi yığımının tərkib hissələrinin qiymətləndiril
məsində müxtəlif qiymətlərdən istifadə edilir;
-Ü D M bölgü metodu ilə hesablandıqda aşağıdakılar cəmlənir: a)
muzdlu işçilərin əməyinin ödənilməsi; b) istehsala və idxala görə alman
xalis vergilər (bu məqsəd üçün verilən subsidiyalar çıxılmaqla); c) ümumi
mənfəət və ümumi qarışıq gəlirlər;
- ÜDM-in hesablanmasında istifadə edilən bölgü metodu əsas metod
deyildir. Çünki onun təkmilləşdirilməsinə ehtiyac vardır. Bu səbəbdən də
bölgü metodu bir o qədər geniş yayılmamışdır;
- müxtəlif hesablamaları aparmaq üçün ÜDM əsas, sabit, cari və bazar
qiymətləri ilə qiymətləndirilir;
- ÜDM-in fiziki həcminin və qiymətlərin dinamikasının hesablan
masında indeks metodundan geniş istifadə olunur. Bunların içərisində
ÜDM-in fiziki həcmi və defiyatoru indeksləri xüsusi yer tutur. Paaşe və
Laspeyres indeksləri də hesablanır;
- MHS metodologiyasına uyğun olaraq hər beş ildə bir dəfə müqayisə
üçün əsas götürülən il dəyişdirilməlidir. Çünki daha uzun dövr ərzində
ÜDM-in strukturunda və qiymətlərdə çox böyük dəyişikliklər baş verir;
-Ü m um i daxili məhsulu sabit qiymətlərlə qiymətləndirmək üçün
müxtəlif metodlardan istifadə edilir;
- ümumi daxili məhsulu hesablayarkən nəzarət edilməyən iqtisadiy
yatın qiymətləndirilməsi də olduqca vacibdir. Çünki bu iqtisadiyyat bir
sıra göstəricilərin təhrif olunmasına səbəb olur;
- İqtisadi statistikada nəzarət olunmayan fəaliyyət növlərinin tərkibi
də konkretləşdirilir;
-nəzarət edilməyən iqtisadiyyatı qiymətləndirmək üçün müxtəlif
metodlardan istifadə olunur;
296
- nəzarət edilməyən iqtisadiyyatla əlaqədar ayrı-ayrı ölkələrdə
müxtəlif metodlardan istifadə edilir;
- regional daxili məhsul müxtəlif metodların köməyilə hesablanır;
- regional hesablar da tərtib olunur. Onların əsasını regionların rezi
dentləri olan iqtisadi vahidlərin apardıqları əməliyyatlar təşkil edir.
- RÜM il, rüb və ay üzrə hesablanır. Bununla yanaşı, hazırda regionun
ərazisində ev təsərrüfatlarının faktiki son istehlakı və əsas kapitalın
ümumi yığımı göstəriciləri də müəyyən olunur.
Dostları ilə paylaş: