Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


buna MHS-də holdinq mənfəəti deyilir



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə186/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   182   183   184   185   186   187   188   189   ...   262
2-ci movzu demoqrafiya

buna MHS-də holdinq mənfəəti deyilir. 
MHS-də müəyyən 
olunmuş qaydaya uyğun olaraq bu mənfəət əlavə gəlirdən və yaradılmış 
gəlirlərdən çıxılmalıdır.
Belə bir cəhəti də qeyd etmək lazımdır ki, C.Hiks konsepsiyası xalis 
gəlir müəyyən edilərkən istehlak olunan əsas kapitalın mühasibat uçotun­
da olduğu kimi ilk dəyərlə deyil, bərpa dəyəri ilə qiymətləndirilməsini 
tələb edir.
304
10.3. Milli Hesablar Sistemində gəlir göstəriciləri
MHS-nin 1993-cü il variantında C.Hiksin ümumi konsepsiyasına əsas­
lanan gəlir göstəriciləri sistemi nəzərdə tutulmuşdur. Bu sistemə aşağı­
dakı göstəricilər daxildir:
1) ilkin gəlirlər;
2) pul formasında cari transfertlər;
3) sərəncamda qalan gəlirlər;
4) natura formasında sosial transfertlər;
5) təshih olunmuş sərəncamda qalan gəlirlər;
6) milli gəlir;
7) sərəncamda qalan milli gəlir.
İlkin gəlirlər 
əlavə dəyərin ilkin bölgüsü nəticəsində təsərrüfat sub­
yektlərinin əldə etdikləri gəlirlərdir və onlar aşağıdakılardan ibarətdir: a) 
əməyin ödənilməsi; b) mənfəət; c) qarışıq gəlirlər; d) mülkiyyətdən əldə 
edilən gəlirlər; e) istehsala və idxala qoyulan vergilər. Lakin istehsalatda 
istifadə edilməyən əmlaka görə ödənilən vergilər və təsərrüfat subyektləri 
tərəfindən dövləti idarəetmə orqanlarına ödənilən vergilər (məsələn, 
mənfəət vergisi, ev təsərrüfatlarının ödədikləri ümumi gəlir vergisi və i. 
a.) ilkin gəlir kimi deyil, cari transfertlər, başqa sözlə, təkrar bölgü 
xarakterli tədiyələr kimi nəzərdən keçirilir.
Mülkiyyətdən əldə edilən gəlirlər müvəqqəti və əvəzsiz olaraq verilən 
maliyyə aktivləri (məsələn, ssuda) və istehsalın məhsulu olmayan maddi 
qeyri-maliyyə aktivləri (məsələn, torpaq) əhatə edir. Bunlar faiz məbləğ­
ləri, dividend, torpaqdan və istehsalın məhsulu olmayan digər maddi 
aktivlərdən istifadəyə görə renta, birbaşa yeni xarici investisiyalardan və 
sığorta şirkətləri ehtiyatlarının investisiya qoyuluşuna yönəldilməsi nəti­
cəsində əldə edilən gəlirlər və şairələrdir. Ölkənin təsərrüfat subyektlərinə 
(rezidentlərinə) ilkin gəlirlər həmin ölkədə və digər ölkələrdə yaradılan 
əlavə dəyərlərdən daxil olur. Digər tərəfdən ölkədə yaradılan əlavə də­
yərin bir hissəsi həmin ölkədə ÜDM-in istehsalında iştirak etdiklərinə 
görə qeyri-rezidentlərə (əsas etibarilə əməyin ödənilməsi və mülkiyyət­
dən əldə edilən gəlir formasında) ödənilir.
Pul formasında cari transfertlər gəlirlərə və əmlaka görə aparılan 
təkrar bölgü tədiyələri və cari daxilolmalardan, dövlət büdcəsindən sosial 
ehtiyaclara ödəmələrdən, sığorta mükafatları və sığorta ayırmalarından və 
s. ibarətdir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin