malları və xidmətlərin ümumi həcminin azalmasma səbəb ola bilər. Başqa
sözlə, bazar münasibətləri şəraitində real pul gəlirlərinin dinamikası
təshih olunmuş sərəncamda qalan gəlirlərin dinamikasından əhəmiyyətli
dərəcədə kənarlaşır. Istehlak qiymətləri indeksi nəzərə alınmaqla hesab
lanan sərəncamda qalan və sərəncamda qalan təshih olunmuş gəlirlərin
dinamikası göstəricilərindən əhalinin həyat səviyyəsinin dəyişməsini
təhlil etmək üçün istifadə edilir.
Bu göstəricilərə sərəncamda qalan real
gəlirlər deyilir.
Milli gəlir göstəricisi ümumi və xalis formada hesablana bilər.
Milli gəlirin ümumi formada hesablanması dedikdə onun istehlak olun
muş əsas kapitalın dəyəri ilə birlikdə müəyyən edilməsi başa düşülür.
Milli gəlirin istehlak olunmuş əsas kapitalın dəyəri çıxılmaqla hesablan
masına isə onun xalis formada müəyyən edilməsi deyilir. Ümumiyyətlə,
milli gəlir dedikdə, bu və ya digər bir dövrdə ölkə rezidentlərinin bazar
qiymətləri ilə əldə etdikləri ilkin gəlirlər nəzərdə tutulur. Lakin iqtisadi
ədəbiyyatda bəzi hallarda daxili məhsul və milli gəlir anlayışlarını eyni
ləşdirirlər. MHS-də isə bu iki, olduqca mühüm göstərici arasında həm
kəmiyyət, həm də keyfiyyət fərqlərinin olduğu göstərilir. Bunların arasın
dakı keyfiyyət fərqi ondan ibarətdir ki, daxili məhsul ölkədə fəaliyyət
göstərən müəssisələr - rezidentlər tərəfindən son istehlak üçün istehsal
olunan əmtəə və xidmətlərin dəyərini ifadə edir. Milli gəlir isə ölkə re
zidentlərinin həm fəaliyyət göstərdikləri ölkədə, həm də qalan dünya
ölkələrində ÜDM-in istehsalında iştirak etməklə əldə etdikləri ilkin
gəlirləri ifadə edir.
Milli gəlirlə (ümumi, yaxud da xalis formada) daxili məhsul (ümumi,
yaxud da xalis formada) arasındakı kəmiyyət fərqi özünü qalan
dünyadan
alınan ilkin gəlirlərin qalığmdakı fərqdə göstərir. Bunlara əməyin ödənil
məsi, habelə faiz məbləği, dividend formasında mülkiyyətdən və birbaşa
investisiya qoyuluşlarından əldə edilən yeni gəlirlər aiddir.
Dostları ilə paylaş: