310 MHS-nin 1993-cü il variantında
milli gəlir də digər əsas məhsul və
gəlir göstəriciləri kimi yalnız
cari qiymətlərlə hesablanır. MHS-də
istehsal amilləri üzrə qiymətləndirmə nəzərdə tutulmasa da bu sistemdə
lazım gəldikdə, milli gəlirin istehsal amilləri nəzərə alınmaqla hesablan
masına imkan verən ünsürləri tapmaq olar. Əslində MHS-nin 1993-cü il
variantında istehsal amillərinə görə gəlirlər anlayışı ilkin gəlirlər anlayışı
ilə əvəz edilmişdir. İlkin gəlirlər konsepsiyası istehsal amillərinə görə
gəlirlər anlayışından bir qədər genişdir. Belə ki, ilkin gəlirlər konsep
siyasında istehsala və idxala görə qoyulan vergilər dövləti idarəetmə
orqanlarının ilkin gəlirləri kimi nəzərdən keçirilir.
Statistikanın qarşısında duran ən mühüm vəzifələrdən biri də gəlirlərin
əmələ gəlməsi və onlardan istifadə olunmasını təhlil etməkdən ibarətdir.
MHS çərçivəsində hesablanan gəlirlər haqqında məlumatların təhlil olun
ması istiqamətlərindən biri onların növlər üzrə quruluşunun müəyyənləş-
dirilməsidir. Burada söhbət hər şeydən əvvəl məşğulluqdan, sahibkarlıq
fəaliyyətindən, mülkiyyətə görə əldə edilən müxtəlif gəlir növlərindən
(renta, faiz, dividend və i. a.) gedir. Növlər üzrə gəlirlərin strukturu
haqqında məlumatların təhlili iqtisadiyyatın tərkibində baş verən başlıca
dəyişikliklərə xarakteristika vermək üçün olduqca vacibdir. Məsələn,
ölkəmizdə müstəqillik dövründə gəlirlərin təhlili belə bir nəticə çıxarmağa
imkan verir ki, bu müddətdə xüsusi sahibkarlığın inkişaf etməsi ilə əlaqədar
sahibkarlıqdan və mülkiyyətdən əldə edilən gəlirlərin artması meyili özünü
göstərir.
Bu məlumatlar planlı iqtisadiyyatın bazar iqtisadiyyatına çevrildiyini deməyə əsas verir. Bunlarla yanaşı, qeyd etmək lazımdır ki, MHS-də nəzərdə tutulan gə
lir göstəriciləri gəlirlərin əhali qrupları üzrə qeyri-bərabər bölüşdürülmə
sini təhlil etmək üçün kifayət deyildir. Bu məqsədlə əhali və ev təsərrü
fatları gəlirlərinin seçmə müayinəsi yolu ilə öyrənilməsi nəticəsində əldə
olunan məlumatlardan istifadə edilməsi daha məqsədəuyğundur. Bu yolla
əldə edilən məlumatların işlənməsi gəlirlərin qeyri-bərabər bölüşdürül
məsi dərəcəsini səciyyələndirən bir sıra göstəricilərin hesablanmasına
imkan verir. Bunların içərisində ən mühümləri Cini və gəlirlərin fərqlən
dirilməsi əmsallarıdır.